Header

Nəhl surəsi, 94-100-cü ayələrinin təfsiri

Aa4a

Nəhl surəsi, 94-100-cü ayələrinin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nəhl surəsi 94-cü ayədə Cənabı Allah, “Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzaba düçar olarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar – deyir.

95- ci ayədə Allah buyurur, Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Allah yanında olan savab sizin üçün daha xeyirlidir. Bir bilsəniz!“. Məsələn, bəziləri vardır ki, ‘əgər bu adamla bir daha görüşsəm Allah məni həlak etsin, and içirəm ki, görüşməyəcəyəm’ – deyirlər. Müsəlman qardaşına qarşı belə and olar? Baxın nə deyir Cənabı Allah. “Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın“. Yəni, keçici bir kin üçün, keçici bir nifrət üçün məsələn, pulunu ödəmədi deyə ‘ömür boyu bir daha görüşməyəcəyəm’ deyərək and içərlər. Cənabı Allah belə and olmaz deyir.

96-ci ayədə Allah, “Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik“–deyir. Səbir etmək, insanın tarazlığını təmin edər. İnsanların çoxu səbir edə bilmədiyi üçün rüsvayçılıq çıxardar. Dostluqları itər, sevgiləri gedər, döyüşərlər, dözümsüzlükdən əcaib bir kin meydana gələr. Səbir sevginin dərmanıdır. Səbri ortaya çıxdıqda, hər cür anormallığı həll edən bir məlhəm olar, səbir hər cür xəstəliyi həll edər.

97- ci ayə. “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə ki, gözəl həyat bəxş edəcək“- baxın, Allah səmimi olan qadın və ya kişiyə gözəl bir həyat bəxş edəcəyini deyir. Amma şərti var, səmimi olmalıdır. Bu bir möcüzədir. Allah dəqiq olaraq gözəl həyat bəxş edəcəyini deyir. Allah ikinci bir ehtimal söyləmir. Allah ardından: “Və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracayıq.” – buyurur.

98-ci ayədə Allah belə buyurur: Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!“. Yəni, Quran oxunan vaxt şeytandan Allaha sığınmaq fərzdir.

99-cu ayədə Allah: “Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur“–deyir. Baxın, iman edənlər və Rəblərinə təvəkkül edənlər deyilir. Bir insan Rəbbinə təvəkkül edərsə nə olar? Son dərəcə rahatlayar. Birinci iman edər, iman etmədən onsuz da təvəkkülü olmaz, iman etdikdən sonra təvəkkül etdikdə məsələn, biri pis bir söz söylədikdə, təvəkkül etdiyi üçün bunu Allah yaradır deyir, yəni rahat olur. Pulunu itirsə, Allah yaratdı deyir, yenə rahat olur. Bir xəstəlik gəlsə Allah yaratdı deyir, rahatlayır. Vəzifəsini, işini itirsə, Allah yaratdı deyir, yenə rahatlayır. Heç bir şey onda dağıdıcı təsir meydana gətirmir, acı cavab vermir, hirslənmir, əsəbiləşmir, asıb-kəsmir, heç bir şey etmir, məqbul tarazlı insan olur. Bu səbəbdən şeytanın ovucuna düşməmiş olur. Əksinə olduqda isə, hirs ilə qalxan zərərlə oturur, özünü bəlaya salar. Ya özünə zərər verir, ya ətrafındakılara zərər verir, sevdiyi kəsləri itirir, dostlarını itirir, hirs onu boğur.

100-cü ayədə Allah deyir: “Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir“. Yəni, Allah sizə təsir edə bilməyəcəyini deyir, məcbur etmə gücü yoxdur. Başqa cür olsa məcbur etmə gücü olar. Adam, ‘dözə bilmirəm’ deyir və bəlanın içinə girir. “Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar”- yəni artıq şeytana bağlananlara – “və Allaha şərik qoşanlar üzərindədir“, Allah, Şeytan vasitəsilə Allaha şərik qoşduğunu bildirir.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313