Nur surəsi, 31-ci ayəsinin təfsiri
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Allah Nur surəsi, 31-ci ayəsində belə buyurur: “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər”. Yəni, örtüklərini yaxalarının üstünə salsınlar. Baxın, burda Cənabı Allah, qadınların bəzəklərini kimlərə göstərəcəklərini bir-bir sayır. Azğın insanlar isə qışqır-bağır salır. Atasının, anasının yanında bir gənc qızın necə geyinə biləcəyini, necə azad olacağını Allah açıq şəkildə ifadə edir. “zinətlərini ərlərindən, atalarından, yaxud ərlərinin atalarından” – yəni, zinətlərini öz ərinə göstərə bilərlər, amma düşüncəsizlər buna qışqır-bağır salırlar – Cənabı Allah “və yaxud öz oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz müsəlman qadınlarından, sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən”, yəni cinsi gücü olmayan arzusuz, iqtidarsız xidmətçilərə, onlara da göstərə bilərsiniz deyir. Bəziləri isə, Allahın bu dediyini qəbul etmədiyini deyir. Amma, qışqır-bağır salmağa ehtiyac yoxdur, bax burada hökm açıqdır. Allah “Yaxud qadınların çılpaqlığını hələ anlamayan (məhrəm yerlərini tanımayan) uşaqlardan başqasına göstərməsinlər”- buyurur. Yəni qadınların cinsi orqanını bilməyən uşaqlara. Bunlara da zinətlərinizi göstərə bilərsiniz. Bəziləri “Yox mən qəbul etmirəm, mənim əxlaq anlayışım ayrıdır”– deyirlər. Allaha əxlaq dərsi verirlər, haşa. Azğınlar dəstəsi bu qədər axmaqdır. Ayənin hökmü isə çox açıqdır, aydın olmayacaq kimi deyil, çox dəqiqdir. Bir gənc qız atasının yanında necə gəzə biləcəyini Allah ayədə açıq şəkildə izah edir. Yoxsa, “yox mən qəbul etmirəm”, filan demək olmaz.