Əraf surəsi, 150-157-ci ayələrinin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram, Bismillahir Rəhmanir Rəhim. Əraf surəsi, 150-ci ayədə Allah belə buyurur: Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?“” İslamiyyəti qoruduğuna görə onlara qəzəblənir. Təbii ki, Peyğəmbərlərə kədərlənmək olmaz, bu Peyğəmbərin kiçik bir səhvidir, amma, acıqlana bilər. Müsəlmanların da lideri olmadıqda bax belə olur. Fitnə olur. Bunları mənəvi cəhətdən qurtara bilərmi? Xeyr, mənəvi olaraq xilas etmək olmur. AllahMusa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz? Musa lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi – deyir.

Çox şirin bir Peyğəmbər olduğu aydın olur. Çox hirslənmiş, elə qəzəblənmişdir ki, qardaşının saçlarından və saqqalından tutur. Allahın dininə bir zərər gələcək deyə çox qəzəblənir. Hz. Harun (ə.s) ona deyir. Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdilər Qardaşının ona yazığı gəlsin deyə, ürəyini yumşaltmaq üçün və onu buraxsın deyə  qəsdən “Anamın oğulu” deyərək müraciət edir. Fikirləşir ki, əgər anasının adını çəkərsə bir az yumşalar, hirsi soyuyar. Hz. Harun (ə.s)“Az qala məni öldürəcəkdilər”– deyir. Buradan görünür ki, o dövrün azğınları təcavüzkarlaşmışlar, qudurmuşlar. Azğınlar da həmişə vardır, həmişə Peyğəmbərə belə hücum edərlər.

Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma“- deyərək  hz. Musa (ə.s)- ın həssas yerinə toxunur ki, onu buraxsın. Çünki, elə qəzəblənir ki, saçını, saqqalını buraxmır hələ. Bir əli saçında, bir əli saqqalındadır. Elə deyincə hz. Musa (ə.s) mülayimləşir və Allaha belə dua edir: Musa dedi: Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!“” – təbii ki, hz. Musa (ə.s). Allahın qəzəbindən qorxur – Həqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir“. İndi də darvinistlər özlərinə meymunu ideal halına gətirmişlər. AllahHəqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir“. – buyurur.

Bu zamanda da dünyada bir zillət, bir bəla var. İman zəifliyi olduqda həmin xalqa, millətə, birliyə də zillət, bəla gəlir. AllahBiz iftira yaxanları belə cəzalandırırıq“- deyir.  Darvinistlər və materialistlər də buradan paylarını götürsünlər. Allah mütləq qarşılığını verir. Şeytandan Allaha sığınıram. Cənabı Allah Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlikdə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidirdeyir. Əgər insan pis bir iş etsə və bunun ardından dərhal tövbə etsə yaxşı olar. Yəni əvvəllər pislik etdiyinə görə iflic olmasına ehtiyac yoxdur. Allaha təslim olub tövbə etməlidir.

Elə isə, tövbə edib iman gətirənlərə gəldikdə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidirbax – Allah şübhəsiz kideyir. Musanın hirsi soyuduqdan sonra lövhələri götürdü. Həmin lövhələrdəki yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi. Allahın Hadi adının təcəllisi hz. Mehdi sözünün çıxış yeridir. Allah “Və mərhəmət var idi. Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi“- deyir. 70 kişidən ibarət olan cəmiyyət Sanhedrin məclisi adlanır. İndi də bu adı keçən Sanhedrin məclisi yenidən quruldu. Çox uzun müddət,  min ildir ki, yox idi. İlk dəfə Sanhedrin quruldu. Sanhedrinin quruluşu hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir. Tövrata görə, Yəhudi inancına görə bu, hz. Mehdi (ə.s)- ın çıxış əlamətidir. Çünki Sanhedrinin təsdiqi ilə hz. Mehdi (ə.s) vəzifəyə başlayır.

Sanhedrinə soruşurlar, “bu adamın Mehdilik mövzusu ilə əlaqədar nə deyə bilərsiniz? Bizim qənaətimizə görə artıq gəlib”- deyirlər. Ondan sonra hz. Mehdi (ə.s)- dır deyə xalqa eşitdirilir. Sonra ayədə Allah belə bildirir: Onları zəlzələ yaxaladıqda o dedi: Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin“”. “İstəsəydin hamımızı daha əvvəldən də həlak edə bilərdin”- deyir. 1999-cu ildə baş verən zəlzələ də Sanhedrinin qurulduğu zamanda baş verir. Əslində o dövrdə, onlar böyük hadisələrin olacağını düşünürdülər. O dövrdə, 1999-cu ildə Allahın diləməsiylə, o zəlzələ vəsiləsiylə Türk tarixi dəyişdi. Çünki, orada bir qərar almışdılar, o qərardan dərhal sonra zəlzələ oldu.

AllahEy Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? – deyir. İndiki zamanda da yəhudilərin içində belə beyinsizlər var. Bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparar, – yəni dəccal edərsən- Allahistədiyini də doğru yola yönəldərsən, o da Mehdi olar, buyurur. Sən bizim Himayədarımızsan! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən rəhimlisisən. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq! Allah dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir”deyir Cənabı Allah.

Çox qeyri-adi bir şeydir, istisnasız hər şeyi Allahın rəhməti əhatə edir. Mən onu Allahdan qorxan,“- yəni Allahdan qorxub, halala-harama diqqət edənlərə – zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam, Allah, Onun hökmlərinə iman edənlər üçün  yazacağını bildirir. AllahO kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin, yazıb-oxumağı bilməyən peyğəmbərin, ardınca gedərlər – deyir. Burada Tövrat və İncildə haqqında yazılmış olduğunu bildirir . Bəziləri də Tövrat və İncilin etibarlı olmadığını deyirlər. Allah ayədə var olduğunu deyir. Tövrat və İncilə baxdığımızda bunu görürük. “Yox, etibarlı deyil”- deyirlər. Belə olmaz.

Qurana uyğun olan Tövrat və İncil hökmlərinin hamısı etibarlıdır. Qurana zidd olanlar isə etibarsızdır. Peyğəmbərimiz (s.ə.v) ümmidir, Ərəbcə oxumağı-yazmağı yox idi. Hz. Mehdi (ə.s) da ümmidir, ərəbcə oxumağı-yazmağı bilməyəcək. Allah O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (bidatlardan, xurafatlardan) xilas edərdeyir. Xurafatları, haram saydıqları halalları, hamısını düzəldəcək, inşaAllah.

images (5)