Kəhf surəsi, 36-39-cu ayələrinin təfsiri
Adnan Oktar: Kəhf surəsi, 36-cı ayədə Allah belə buyurur: “O Saatın (Qiyamətin) gələcəyini də zənn etmirəm” Burada nə deyirlər? “Qiyamət hələ gəlməz, milyon il sonra olar.”-deyirlər. Buradakı məqsəd qiyamətdən yayınmaq, qiyamət əlamətlərindən yayınmaq, Axır zamandan yayınmaqdır. Baxın, sonsuzdan gəldik sonsuza gedirik. Əshabı Kəhf dövründən indiyə kimi insanlarda bu düşüncə var. Belə bir düşüncə dəlalət əhlində olur. “O Saatın (Qiyamətin) gələcəyini də zənn etmirəm“- ayədə deyilir. Axır zamandan çəkinmənin, Axır zamanı ört-basdır etmənin, qiyaməti ört-basdır etmənin o dövrdəki tətbiqidir. “Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!“- fikirləşirlər. Bu cür insanlar var və “əgər Allah varsa məni ən yaxşı yerə yerləşdirər”- deyirlər. Yəqin ki, belələrini çox eşitmisiniz. Bu cür küfr düşüncə hər vaxt, tarixin hər dövründə eynidir.
Kəhf surəsinin 37-ci ayəsində Allah, “Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?“ –deyir. O dövrün təbliğində də əvvəl yaradılış keçir. İlk olaraq insanın necə yaradıldığından başlayır. Yəni, təkamül nəzəriyyəsinə əvvəl cavab verir. Təsadüf inancına cavab verir. İlk təbliğdəki üsul bizim etdiyimiz kimidir. Yaradılışın həqiqi olduğunu dəlilləndirərək izah edir. Allah Kəhf surəsi, 38-ci ayədə deyir. “Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!“
Yəni, insanları bütləşdirmərəm, hər şeyi Allah rizası üçün edərəm. İnsanlara yararlı olmaq üçün, ona-buna yararlı olmaq üçün fikrimdən, inancımdan dönmərəm. Baxın, insan hər hansı bir işi məktəb yoldaşlarına, klub yoldaşlarına şirin görünmək üçün deyil, onları bütləşdirərək deyil, Allaha qul olmaq, Onun rizasını qazanmaq üçün etməlidir, inşaAllah. Kəhf surəsi, 39-cu ayədə belə deyilir: “Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!“ – deməli deyildinmi?”” Əgər, bağda bir dənə üzüm varsa ora artıq bağ sayılır və müsəlman bağına girdiyi zaman nə deməlidir?
“MaşaAllah, Allahdan başqa qüvvət sahibi yoxdur. MaşaAllah la qüvvətə illa billah. MaşaAllah, Allah nə gözəl yaratmışdır”- deməlidir. Bu fərzdir. Yəni bir insanın bağ evi varsa, bağçasında üzüm varsa, meyvələr varsa oraya girəndə “MaşaAllah Allahdan başqa qüvvət yoxdur, MaşaAllah, la qüvvətə illa billah. Allah nə gözəl yaratmış Allahdan başqa qüvvət sahibi yoxdur” deməlidir. Ayənin sonunda Allah, “Əgər var-dövlət və övlad cəhətdən məni özündən kasıb sayırsansa“ – deyir. Yəni, insanlar həmişə oğul-uşağı, malı ilə öyünür. Halbuki, oğul-uşağın hamısı ölüb gedəcək, mal-dövlət də qiyamətdə dağılacaq.