Yusuf surəsi, 1-34-cü ayələrinin təfsiri
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla. “Əlif. Lam. Ra. Bu, açıq-aydın Kitabın ayələridir“. Cənabı Allah, tez-tez Quranın açıq-aşkar olduğunu söyləyir ki, müşriklər azğın yollara getməsin, öz-özlərinə uydurmalar, xurafatlar çıxarmasın deyə Allah tez-tez Quranın açıq olduğunu bəyan edib onların o yolunu bağlayır.
“Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz“. Cənabı Allah yəni ‘ağlınızı işlədə biləsiniz, hikmətlərini düşünə, detalları görə biləsiniz deyə ərəbcə Quran olaraq nazil etdik‘ deyir. Amma düşünməsən tapa bilməzsən, anlaya bilməzsən. “başa düşə biləsiniz“ deyir. Demək ki, hər kəs ayrı-ayrılıqda Quranı düşünməlidir. ‘Məni maraqlandırmaz, mən hazır olanı istəyirəm’ demək olmaz mütləq araşdırmalıdır.
“Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl xəbəri həqiqi bir xəbər olaraq danışırıq“. Hər hansı bir xəbər deyil, bax Cənabı Allah, “ən gözəl xəbərləri həqiqi bir xəbər olaraq danışırıq“ deyir. Məsələn, bir çox yerdə nəql olunmalar vardır, amma çoxu xurafatdır, doğru deyil. Amma Allah nə deyir? “Həqiqi bir xəbər olaraq“. Məsələn, biz qəzetlərdə bir xəbər oxuyuruq, həqiqimi deyilmi şübhə edirik. Amma Quran üçün nə deyir Cənabı Allah? “Həqiqi bir xəbər” deyir. Qüsursuz düzlükdə, o xəbər mütləq düzdür. Verilən xəbərdə ən kiçik bir səhv yoxdur, tam doğrudur.
“Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin“. Yəni, ‘sən bu qeyb məlumatını bilmirdin’ deyir. Bilinən hər hansı bir mövzu da deyil, yəni Allah ‘xüsusi bir məlumatdır’ deyir.
“Bir zaman Yusif atasına dedi: “Atacan!“” Bax burada Allah müraciət formasını da öyrədir. “Atacan!” deyə müraciət edilməlidir.
“Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm“. On bir ulduz, Günəşi də əlavə etsək on iki. Avropa Birliyinin bayrağında neçə ulduz var? On iki. İslam ölkələrinin bayraqlarında həmişə ulduz vardır, Günəş vardır, Ay vardır. Bu nədir? Dünya hakimiyyəti. Baxın bayraqlara, hamısında görəcəksiniz, ya ulduz vardır, ya Günəş və yaxud Ay. Məsələn, Türk bayrağında həm ay, həm ulduz var. İslam ölkələrinin çoxunda ay və ulduz, bir çoxunda Günəş vardır. Buradakı ifadə həm dünya hakimiyyətinə işarə edir, həm də Avropa Birliyinin Mehdiyətin əmrinə girəcəyini buradan anlayırıq, Quran buna işarə edir.
“O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”“. Bir şey həqiqi də olsa, əgər qısqanacaqlarsa, həsəd edəcəklərsə onun gizli tutulmasında fayda vardır. “Yoxsa sənə hiylə qurarlar“ Başqasını qısqandıracaq, həsəd etdirəcək şeyin gizli tutulması daha yaxşı olar. Çox yaxını belə olsa, əgər həsəd edəcəklərsə söyləməməkdə fayda var. “Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir“ ‘Şeytan çox rahat təhrik edə bilər’ deyir, Cənabı Allah ‘o hərəkət adamın ağılına gəlməsə belə şeytan təhrik edə bilər’ deyir.
“Beləcə, Rəbbin səni seçəcək“ Peyğəmbər olduğu üçün vəhy yolu ilə bildirir. Bu bilinəcək bir şey deyil, xüsusi vəhy məlumatı tələb edir. ‘Səni seçəcək, səni Mehdi edəcək’ deyir. “Sənə sözləri yozmağı öyrədəcək“. Yəni, ‘Allahın çox gözəl hökmlərini izah etməyi sənə öyrədəcək. Allah çox gözəl natiqliyin olacaq, gözəl bəlağətli, məqsədəuyğun, doyurucu danışma gücün olacaq’ deyir.
“Və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır“. Hz. Yaqub (ə.s.) ailəsinin nemətinin tamamlanması nədir? Hz. Mehdi (ə.s.) vəsiləsiylə ən sonda İslamın dünyaya hakimiyyətidir. Çünki hz. Mehdi (ə.s.) da hz. Yaqub (ə.s.) ailəsindən, İsrail oğullarının soyundandır, hz. Davud (ə.s.)- ın soyundandır. Onun üçün Peyğəmbərimiz (s.ə.v.) hz. Mehdi (ə.s.)-ı təsvir edərkən “İsraili görünüşündədir” deyir . Bu haqda 10 -dan çox hədis var, “cismi İsraili” deyir, yəni görünüşü İsraili görünüşündədir.
Cənabı Allah: “Yaqub nəslinə də nemətini tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir“ deyir, “Sözsüz ki, Yusif və onun qardaşlarının həyatında soruşanlar üçün ibrətlər vardır” Yəni ibrətlər, Axır zamana işarədir, o dövrdə yaxud hansı dövrdə olursa olsun insanlara mənəvi işarələr vardır.
“Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir“”. Yobazların hz. Mehdi (ə.s.)-a qarşı olmalarının səbəbi nədir? Qısqanclıq. Buradakı hadisə nədir? Qısqanclıq. Nə deyirlər? “Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir“. ‘Atamız daha çox sevir’ deyirlər. Sevgi üzərinə olan qısqanclıqlar çox təhlükəlidir. Bunların bir çoxunda cinayətlər meydana gəlir, döyüşlər meydana gəlir, xeyli bəlalar çıxır. Qəzetdəki xəbərlərə diqqət yetirin, cinayətlərin səbəbi həmişə sevgidir, sevgi iddiasıyladır. Halbuki o sevgi deyil, həsəd aparmaqdır.
“Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir“ Xurafatçıların bir-birinə necə dəstək olacağına Quran diqqət çəkmiş olur. O dövrdə azğın rəftarları, amma sonra düzələr, o ayrı məsələ. Amma oradakı xurafat ruhuna da Quran işarə etmiş olur.
“Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir“. Xurafatçıların gözü dönərsə, hətta Peyğəmbəri belə tanımayacağına da Quran işarə edir. Məsələn, ataları Peyğəmbərdir, lakin onlar azğın, xurafat ruhundadırlar, nə deyir? “Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir“ Məsələn, bu gün də Peyğəmbərimiz (s.ə.v.) olsa azğınlar ona qarşı çıxarlar. Onun qadınlara qarşı marağı, qadınlara qarşı sevgisi azğınları dəli edər. Çox qadınla evlənmiş olması, qadınların ona marağı, oradakı Quran hökmləri onların Peyğəmbər (s.ə.v.)-ə qarşı olmasına səbəb olacaqdı, əgər elə olmuş olsaydı, Allah elə bir güc vermiş olsaydı, Peyğəmbərimiz (s.ə.v.) Axır zamanda gəlmiş olsaydı azğınlar, xurafatçılar ən çox -Allah qorusun- Peyğəmbərimiz (s.ə.v.)- ə qarşı çıxardılar.
Baxın, Allah xurafatçıların qan tökücülüyünə diqqət çəkir. “Yusifi ya öldürün“. Xurafatçıların ilk ağılına gələn, azğın ruhlarının təcəllisi olaraq xurafatçılarda öldürmə ruhu vardır. “Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin“. Münafiqlərin, xurafatçıların düşüncəsi, ‘bir şəkildə təsirsiz hala gətirmək, həbsə atdırmak, əzmək’. Bax, “atanız ancaq sizə məhəbbət bəsləsin“. Yəni onun hz. Mehdi (ə.s.) olmadığı aydın olsun, onun dəyərli bir insan olmadığı imici verilsin, ‘siz önə çıxın, siz daha diqqəti çəkin’ buradakı məqsəd budur, guya. “Və bundan sonra siz əməlisalehlərdən olarsınız“ ‘Səmimi bir birlik olarsınız’ deyir. Halbuki, səmimiyyətlə heç bir əlaqələri yoxdur, amma səmimiyyəti istifadə edirlər.
“Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”“ Quranda bu tərz ifadələr ümumiyyətlə həmişə hz. Xızır (ə.s.)- a aiddir. Yəni bu şəkildə biləcəksiniz. Məsələn, “Onlardan biri“. Kəhf surəsində də vardır. “Onlardan biri“. Yaşlı bir insan görünüşündəmi olar, küçədən keçən bir adam şəklindəmi olar, amma “Onlardan biri“. “Onlardan biri dedi: “Yusifi öldürməyin!“. Bax maneə törədir, razı salır. Onların o azğın düşüncəsində bir maneə meydana gətirir. “Onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!“ Yalnız ‘öldürməyin’ desə inanmazlar. Onlara başqa bir həll verir, amma o həllin içində həm hz. Yusif (ə.s.) -ın qurutuluşu var, həm hz. Yusif (ə.s.) -ın lider olma planı var. Yəni, “onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!“ deməsi, onsuz da nə olacağını bilir. Uşaq quyunun dibində ölə bilər, amma o bilir. Yəni mütləq o quyudan çıxacağı qənaətindədir.
“Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən?” xurafatçılarda, azğınlarda yersizlik vardır, nalayiqdirlər. Üsluba baxın. “Onlar dedilər: “Ey atamız! Sənə nə olub“. Peyğəmbər olan bir insana müraciətə baxın! “Yusifi bizə etibar etmirsən?“ Demək ki, xurafatçılara bir şey əmanət edilməz, təhlükəlidir, etibarsız bir insandırlar. “Həqiqətən də, biz ona xeyir arzulayırıq“. Demək ki, xurafatçı çoxlu yalan danışar və çox həyasızca, insanın üzünə baxaraq yalan danışar ki, məşhur bir azğının nə qədər yalançı, nə qədər şərəfsizcə insanların üzünə baxa-baxa necə yalan danışdığını hər kəs gördü, elə deyilmi? Bəli.
“Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar“. Azğınlar demək ki, bəzən belə könül alıcı danışa bilirlər. Bax, “bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!“ xurafatçılar, yalan danışarkən, oyun oynayarkən demək ki, insanların xoşuna gələcək belə ifadələrdən də istifadə edə bilirlər.
“O dedi: “Onu aparmağınız məni narahat edir. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin“. İndi burada təbii olaraq peyğəmbər zəlləsi (xətası) var. “Onu aparmağınız məni narahat edir“. Bir dəfə bilin ki, mömin kədərlənməz, hər şeydə xeyir görər. Bu bir peyğəmbər zəlləsidir. “Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin“. Bu da bir zəllədir. Çünki zəifliyi bildirmiş olur. Orada onlara fərqində olmadan necə oyun oynamaları lazım olduğuna dair bir fikir vermiş olur. Çünki onların başı işləmir, bunu tapa bilməzlər. Amma o onlara belə bir ehtimalı söyləməklə imkan tanımış olur. Onun üçün zəiflik heç bir şəkildə deyilməz. Məsələn, bir şeydən qorxursa insan onu söyləməməsi lazımdır, bir tərəfdən zəifdirsə onu hiss etdirməməlidir, düşmənləri onu istifadə edər. Məsələn pulu yoxsa, “pulum yox” deyər də gücsüz mövqeyə düşəcəksə “pulum yox” deməsi doğru olmaz. Tam əksinə.
“Dedilər ki, “And olsun””. Münafiqlərin ən çox istifadə etdiyi şey and içməkdir. Andla başlayırlar. Münafiq sıxışdığında “vallah, billah, tallahi” deyə and içər. Bax, “and olsun” deyir, Allaha and içirlər, “and olsun” deyir. “Biz bir-birimizə arxa duran bütöv bir dəstə olduğumuz halda“. Həqiqətən münafiqlər öz qrupları içərisində bir-birlərinə arxa durarlar. “Biz bir-birimizə arxa duran bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq“. “Belə bir şeydə onsuz da biz itirərik, biz acizliyə düşmüş mövqeyində olarıq, belə bir şey olmaz” deyirlər.
“Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə“. Bax o adamın sözünü dinləyirlər, görürsünüzmü? Normalda öldürməyi istədikləri halda o deyir ki “onu bir quyuya atın“, ona dərhal razı olurlar. O, hz. Xızır (ə.s.)-dır, Allahualəm.
“Quyuya atmaq qərarına gəldikdə“. Təbii ki, havadan atma şəklində deyil, iplə buraxırlar, vedrəylə buraxırlar. “Biz ona belə vəhy etdik“. Peyğəmbər olduğu üçün Allah ona vəhy edir. “And olsun” Cənabı Allah and içir, “sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən“ Bax, “gözləmədikləri bir halda“, məsələn, azğınlar Mehdiyyətin fərqində deyil. Demək ki, hz. Mehdi (ə.s.) azğınlara etdiklərini xəbər verəcək, etdikləri anormallıqları onlara xəbər verəcək, izah edəcək, yəni pozuqluqlarını, çirkinliklərini bildirəcək. Çünki Quran nə deyir? “İbrət var” deyir. Axır zamanda ibrət nədir, Mehdiyyət dövründə olduğumuza görə? Bu, ibrətdir.
“Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəldilər“. Oyun oynanacağı vaxt, bir sui-qəsd ediləcəyi vaxt, ümumiyyətlə, axşamüstü istifadə edilər. Çünki bütün vəzifəlilər çəkilmiş olar, bütün insanlar geri çəkilmiş olar, artıq xəbərləşmə, əlaqə yolları bağlanmış olar, o şəxsin özünü qurtarması daha da çətinləşər. Gündüz olsa daha asan olar. Amma axşam vurduqlarında bir çox kömək və nəqliyyat kilidlənəcəyi üçün o adam zərər çəkmiş olacağını düşünərək axşamı seçər, tələ qurarlar. “Gecənin şərindən” deyə Quranda diqqət çəkir Cənabı Allah.
“Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəldilər“. Münafiqlərin üsulu nəymiş? Ağlamaq. Ağlayınca günahsız görünür. Məsələn, çıxar televiziyaya, əxlaqsızlıq etdiyi halda hönkür-hönkür ağlayar. Adam da deyir ki, “adam ağlayır, demək ki səmimidir”, “demək ki, dürüstdür” deyir. Halbuki, fırıldaqlığından ağlayır, saxtakarlığından ağlayır, amma inanır ağlamağına. Bir çox adam da bilirsiniz çıxar televiziyada -səmimi olanları tənzih edirəm- hönkür-hönkür ağlayaraq rüsvayçılıq çıxardar və beləcə də istədiyini əldə etmiş olar, ictimaiyyətdə də diqqət çəkmiş olar.
“Dedilər: “Ey atamız! Həqiqət budur ki, biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik“. Bax, “Həqiqət budur ki“. Yalançının xüsusiyyətidir. “Desəm də inanmazsan” deyə başlayarlar, “həqiqət budur ki“ deyirlər. “Yarışmaq üçün getmişdik“. Xurafatçıların necə yalan danışma xüsusiyyəti olduğuna, necə mütəşəkkil yalan danışdığına, necə dillərinin yalana vərdiş etdiyinə Allah diqqət çəkir. Xurafatçılarda bu məşhurdur. O dəqiqə hekayə uydurarlar.
“Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik“ Bax hekayədə ona da bir örtük uydurur. “Canavar da onu yedi“. Hz. Yaqub (ə.s.) nə demişdi? “canavarın yeməsindən qorxuram” demişdi. Onlar nə deyir? “Canavar yedi”. Onlara fikir vermiş olur, yəni onların edəcəyi sui-qəsddə onlara fikir vermiş olur, istəmədən də olsa fikir vermiş olur. Bir zəiflikdir, zəifliyini bildirmiş olur. Onlar da zəifliyini ona qarşı istifadə edirlər, “canavar yedi” deyirlər. Çünki desə ki, “canavarı haradan çıxartdınız?” “Sən demədinmi? ‘Canavar yeməsin, təhlükəlidir’ demişdin” deyəcəklər, “ehtimal verdiyinə görə, beləcə ehtimal verdiyin şey oldu” deyəcəklər.
“Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən“. Azğınların yalan danışarkən istifadə etdiyi üsullardan bir də budur. Yalan danışdığı üçün vicdanı təzyiq edir. Nə deyir? “Doğru danışsaq da, sən bizə inanan deyilsən“. Bu səfər onu günahlandırır. Yəni doğru adama inanma günahı meydana gətirmiş olurlar. Azğınların bir üsuludur.
“Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər“ Bax bu yenə azğınların axmaqlığıdır. “Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir“ Yəni köynəyin şəklindən, atası o etdikləri saxta oyundan anlayır. Amma bax burada çox gözəl bir şey söyləyir. “mənə gözəl səbir gərəkdir“. Müsəlman səbirli olmalıdır. “Düzüb-qoşduqlarınızın müqabilində“. Bax orada tam mənasıyla yoxlamış. Bax “düzüb-qoşduqlarınızın müqabilində“, ‘hamısı yalandır’ deyir. “Düzüb-qoşduqlarınızın müqabilində Allahdan kömək diləmək lazımdır“. ‘Mən, Allahdan kömək istəyirəm’ deyir.
“Quyunun yaxınlığına bir karvan gəldi “. Bu karvan, xüsusi gələn bir karvandır, yəni hər hansı bir karvan deyil. Bunlar əvvəldən Allahın yaratdığı bir karvandır. Təsadüfi karvan gəlmir. Hz. Yusif (ə.s.)-ı oradan çıxaracaq karvan xüsusidir. “Suçularını su dalınca göndərdilər. O, vedrəni (su qabını) quyuya saldı “ baxın Quran bir ayrıntını verir “vedrəni quyuya saldı“. Vedrə. Quran bu ayrıntını verməyə bilər. “İpi saldılar” deyər, “qabı saldılar” deyə bilər və yaxud “bir şəkildə quyunun içindən götürdülər” deyər hər hansı bir şəkildə. Amma təfərrüatına girir bax, “vedrəsini (su qabını) saldı“ deyir. Çünki hz. Mehdi (ə.s.) dolça dövründə gəlir. Dolça dövrünə xüsusi diqqət çəkilmiş. İncildə də su qabına diqqət çəkilir. Eynisidir, eyni şəkildədir. O da dolça dövrünə işarə edir.
“O, su qabını quyuya saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!” – dedi“. Hz. Mehdi (ə.s.)-a işarə edir. “Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar“. Bildiyiniz kimi bəhsi keçən mövzu hz. Mehdi (ə.s.)- ın müəyyən bir müddət gizli fəaliyyətidir, hədislərdə də var. Bax “apardılar” deyir, bir müddət gözdən itməyinə işarə edir. “Allah isə onların nə etdiklərini bilirdi“. Cənabı Allah ‘Onsuz da Mən yaradıram’ deyir. Onlar, özləri etdiklərini zənn edirlər, amma taledə yaradan Allahdır. “Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər“ Başlanğıcda hz. Mehdi (ə.s.)- a da insanlar əhəmiyyət verməyəcəklər, əhəmiyyətsiz görəcəklər, dəyərsiz görəcəklər.
“Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək” – dedi“. Bax Allah ona hiss etdirir. “Ona yaxşı bax“. Bax Allah qorunması üçün ona qarşı ürəyinə bir sevgi verir. Hz. Musa (ə.s.)- da da vardır bu. Burada Misirli Əzizə də hz. Yusif (ə.s.)- a qarşı Allah ürəyinə bir sevgi verir. “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin“. Ona deyil, bütün Misirə faydası toxundu, Allah söylədir. “Və ya onu oğulluğa götürək“. Övladlığa götürmək də istəyir, o qədər çox sevib.
“Beləliklə, Yusifi yer üzündə yerləşdirdik və ona sözləri yozmağı öyrətdik“ Çox gözəl təfsir etmə, çox gözəl diaqnoz qoyma qabiliyyəti var, hz. Yusif (ə.s) çox ağıllıdır. “Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu bunu bilmir“ deyir. ‘Allah nə desə o da olar’ deyir. “Yusif yetkinlik dövrünə çatdıqda Biz ona hökm vermək bacarığı və elm verdik“. Hökm etməyi və bir də elm verir, Allah onu müdhiş mədəni yetişdirir. O misirli Əzizin yanında Allah vəsilə edir. Məsələn hz. Musa (ə.s.) da, Fironun sarayında müdhiş ümumi mədəniyyət götürmüşdür. O da misirli Əzizin yanında müdhiş bir elm və mədəniyyət imkanına qovuşur, həm Rəhmanı elm, həm də hər cür ümumi mədəniyyət.
“Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Evində qaldığı qadın ondan murad almaq istədi“. İndi münafiqlərə bir söyləsən, desən ki, “hz. Yusif (ə.s.) qadının evində qalırmış”, hz. Yusif (ə.s.)- ı daşa tutmağa qalxar, “sən, qadının evində necə qalırsan” deyə öldürməyə çalışarlar. Bir azğın üçün qəbul edilə biləcək şeydirmi bu? Ediləsi şey deyil. O dövrdə münafiqlərin hz. Yusif (ə.s.)- la qarşılaşdığını düşünün, qadının evində qalır, nə etməzlər? Hansı münafiq, azğın hz. Yusif (ə.s.)- ın qadının evində qalmasını qəbul edər?
Qəbul etməzlər, elə deyilmi? İllərcə qalır qadının yanında, baş-başa qalırlar, tək başına qalırlar otaqda. “Ondan murad almaq istədi”. Amma bax, Quran “yetkinlik dövrünə çatınca” deyir, diqqətini çəkirmi? İki, İki, iyirmi iki. O ayrı, indi onu açmayım çoxdur. İyirmi üç, bax, “evində qaldığı qadın“. Hz. Yusif (ə.s.) bir qadının evində qalır, tək başına qadınla birlikdə qalır. Azğınlara görə hz. Yusif (ə.s.) harama girmiş vəziyyətdədir, elə deyilmi? Həm də xeyli bir harama girmiş vəziyyətdədir, haşa. “Ondan murad almaq istədi”. Yəni sevişmək istəyir qadın. “Bunu necə söyləyərsən?” deyir, “uşaqlarla biz birlikdə seyr edirik” deyir. Yaxşı, Allah söyləyir, necə söyləməyim? “Deyilərmi?” deyir, “izah etməməyin lazımdır” deyir.
Uşaqlarla birlikdə seyr edirlər deyə Quran ayəsini oxumayacaqmışıq. “Və qapıları bağlayıb“ bax, “və qapıları bağlayıb“. Yəni qadın kilidləyir qapıları, hz. Yusif (ə.s.)- ın qaçmasına maneə törətmək üçün. Demək ki, kişi cazibədar ola bilərmi? Ola bilər. Sırf qadın cazibədar olmaz, kişi də cazibədar olar. Bax, qadın onu arzulayır. “Qapıları bağlayıb: “istəklərim sənin üçündür yanıma gəl!” – dedi“ deyir. Demək ki, uzaqdadır, “gəl!” deyir, yanına çağırır. Yəni cinsi əlaqəyə girmək istəyir. Çünki onsuz da yan-yanadırlar, qadınla bir hüquqları var, danışırlar, qadın onu bəyənir, sevir, söhbətləri olur, yalnız cinsi əlaqəyə girmir h z. Yusif (ə.s.). Amma qadın açıqca söyləyir bax, “istəklərim sənin üçündür” deyir.
Açıqca bəyan edir, cinsi əlaqə istədiyini söyləyir. “Yanıma gəl!“ deyir, yəni cinsi əlaqəyə dəvət edir. “(Yusif) Dedi ki: “Allaha sığınıram””. Müsəlman olduğu üçün. Nə ilə maneə törədilir? Polisləmi? Arasına sədd çəkilərək mi? Qadının başına çarşab çəkilərək də deyil, elə deyilmi? Nə ilə? İmanıyla. Ağılı, vicdanı özünü dayandırır. Demək ki, ölçü nəymiş? İman, Allahdan qorxmaqmış. Zinaya nə maneə törədirmiş? Allahdan qorxmaq qarşısını alırmış, imanla qarşısı alınırmış. “Allaha sığınıram. Çünki o mənim ağamdır”. ‘Rəbbim’ deyir Allaha, ‘O mənim Rəbbimdir’. “Mənə yaxşı baxmışdır“. Çünki çox rahat bir mühitdə yaşayır.
“Şübhəsiz ki, zalımlar nicat tapmazlar!“ – dedi.“ Elə bir şey zülmdür deyir. Mən bunu etmərəm’ deyir ‘və nicat tapmazlar’ deyir. “And olsun qadın onu arzulamışdı”. Yetkinlik dövrünə gəlincə yaraşıqlı, əvvəl kiçik ikən o qədər qadının diqqətini çəkmir, amma sonra quruluşlu, aslan kimi cavan olunca qadın ondan təsirlənir. “Əgər Rəbbinin (zinanı qadağan edən) qəti dəlilini görməsəydi- o da (Yusif də) onu arzulamışdı”. Bax, o da onu arzulayır. Amma haram olduğu üçün yanaşmır. Arzulama var, istəyir qadını, içində var. Amma haram olduğu üçün nə edir? Yanaşmır. “Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır“. Pisliyi, fahişəliyi necə geri çevirir Cənabı Allah? İmanıyla, Allaha imanıyla inşaAllah.
“Qapıya doğru ikisi də qaçdılar”. Hz. Yusif (ə.s.) çox sevimli, maşAllah, dünya şirini. Bir də geniş bir ev, yəni qaçmaq üçün çətindir, çünki kiçik bir ev olsa, kiçik bir otaq olsa elə olmaz. Qaçmaq üçün sürət alınması lazımdır. Böyük bir salon olduğu aydın olur, yəni izahatdan aydın olur. Qadın qaçıb arxasından çatır və köynəyini tutur və arxadan çəkib cırır. Hz. Yusif (ə.s.) da qüvvətlidir, amma qadın da qüvvətliymiş demək ki. Tutunca, yəni şəhvətdən gözü döndüyü üçün qadın köynəyi tutduğunda hz. Yusif (ə.s.) da müqavimət göstərdiyi üçün kürəyindən cırılır köynək. “Elə bu vaxt qapının yanında qadının əri ilə qarşılaşdılar”. Allah müqayisə edir. “Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin“”. Bax, nə qədər namərdcə bir rəftar, görürsünüzmü? Bəs sevirdin sən, elə deyilmi?
Allah qorxusu, Allah xatirinə söykənməyən bir sevgi həvəsdir və belə alçaq və çox mərhəmətsiz və namərd olar. Madam o qədər eşqlə sevirsən, məhəbbətlə sevirsən, belə bir böhtan atılarmı? Bax nə deyir, “Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!“ deyir, yəni tam namərd xarakteri. Baxın, “ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan“ bir də bax nə qədər ardıcıl ağılına gəlir. Adamı da təhrik edir. Bax, “ailənə pislik”. “Pislik etmək istəyənin“ deyir, “qüruruna, şərəfinə, namusuna hücum etdi” deyir və istiqamətləndirir “zindana salınmaqdan“ ona ağıl verir, “zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!“. Yəni, ‘qırmanclanması, döyülməsindən başqa nə ola bilər?’ “Yusif dedi: “O məni yoldan çıxartmaq istəyirdi“” Yəni ‘özü əlaqəyə girmək istədi.’ “Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi:
“Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır“ baxın, “onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır“. Bu da hz. Xızır (ə.s.) Allahualəm. Çünki bu çox təhlükəli bir şərhdir. Qadın köynəyi öndən də cırmış ola bilərdi. Bu onsuz da etibarlı bir dəlil deyil. Qadın hər vəziyyətdə cıra bilər. Məsələn hz. Yusif (ə.s.)- ı soyundurmağa çalışar, çəkər cırar. Dolayısilə hz. Yusif (ə.s.) zərər çəkmiş vəziyyətdə qalacaq. Amma köynəyin arxadan cırıldığını bildiyi üçün bunu söyləyir, Allahualəm. Bəlli ki, öndən söyləyir ki, işi sağlama alsın. “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır“.
Öndən diaqnoz qoymur “yalandır” deyə. O zaman heç yararı olmaz bu ifadəyə görə. Halbuki, çox da günahsız mövqedəykən. “Yox əgər onun köynəyi arxadan cırılıbsa“. Bax əvvəl ziyanına olanı öndən söyləyir, onun əleyhinə olanı, sonra onu qurtaracaq olanı ən sona buraxır. Bax, hüquqda bu çox əhəmiyyətlidir. Ən son, yəni müdafiə etməyi ən sona buraxır. Məhkəmələrdə də müdafiə etmə ən sona buraxılar. “Yox əgər onun köynəyi arxadan cırılıbsa“ amma çəkmək surətində cırılmışsa “qadın yalan deyir“. Bax qəti hökm meydana gətirir. “O isə doğru danışanlardandır“. Halbuki, tam əksinə də ola bilər, yəni köynək hər hansı bir şəkildə arxadan cırıla bilər, qadın burada niyə zərər çəkmiş olsun?
Köynəyi özü də cıra bilər, kürəyindən və yaxud hər hansı bir yerə ilişib cırıla bilər. “Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir“” deyir. Bu ona kafi olur, bax o adamın sözüylə ona inanır. Dəqiq hökm verir. Nə deyir? “Şübhəsiz ki“ doğrusu, doğru olan hökm “bu sizin qadın hiylələrinizdəndir“. Yəni ‘bir hiylə qurmusan’ amma qadının mütəşəkkil bir hiylə qurduğunu söyləyir. “Sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür“ deyir. Yəni ‘sən hz. Yusif (ə.s.)-a qarşı böyük bir oyun oynamısan’ deyir.
“Yusif, sən bundan vaz keç!“ deyir. “Bununla bir daha görüşmə”. Bu bir həlldir, çünki bəla müəyyən olunub. “Sən də (qadın) günahın səbəbindən bağışlanma dilə.” Adam müsəlman tərəfindən yaxınlaşır. “bağışlanma dilə”. Başqası olsa çəkər vurar, bilməm nə edər, elə deyilmi? Bax, o deyir ki, ‘yalnız bağışlanma dilə.’ “Günahın səbəbindən bağışlanma dilə. Doğrusu sən günahkarlardan oldun”. Bax Quran hökmü kimi, o dövrdəki Allahın hökmüylə açıqlayır, müsəlman tərəfindən bir rəftar göstərir, rüsvayçılıq çıxartmır. Bəzisi olsa çörək bıçağıyla qadına vurar, elə deyilmi? İyirmi üç yerindən, bilməm hətta ortadan biçir, bilmirəm nə, cürbəcür dəlilik edirlər Allah əsirgəsin. Yəni Allahın ağıllarını almasına, dəliliklərinə insan gülür.
“Şəhərdəki qadınlar dedilər: “Əzizin arvadı öz xidmətçisinin nəfsindən murad almaq istəyirmiş. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”“ Qadınlar belə şeyləri heç qaçırmazlar. Halbuki, qadınları belə şeylər təhrik edər, bir çox qadını. Məsələn , bəzi qadınlar”seks partiyası təşkil edirmiş” deyər, “seksə çox düşkünmüş, hiperseksualmış” deyər, amma özünün əslində doyumsuzluğundan qaynaqlanan bir heyranlığın ifadəsidir bu sözlər. Onsuz da indi qadınların normal bir qadın olmadığını da görəcəyik rəftarlarından. Məsələn, biri olar, “gecə gündüz seks edirmiş, seks partiyası təşkil edirmiş, qadına doymurmuş” deyər amma qınayırmış kimi söyləyər, amma əslində əri gücsüzdür, həqiqətən doyuma çatmamış bir insandır, həqiqətən bir həsrət duyulur şüuraltında.
O doyuma çatmamanın, şüur altındakı o həsrətin ifadəsini şikayətçi bir üslubla əks etdirər. Məsələn, bəzən qəzetlərdə də görərsiniz, məsələn, qadının lüm-lüt şəkilini qoyar, “vay alçaq qadın” deyər, elə deyilmi? Məsələn, anadan gəlmə şəkilini qoyar, “insanların canını yandırmaq üçün poza verdi” deyər, “tərbiyəsiz qadın” deyər, sanki pisləyirmiş kimi. Halbuki, məqsədi orada onu göstərməkdir, yəni əsl dərdi odur. Bəzən də qadınlar elə, məsələn, bir kişini tənqid edərkən bunu söyləyərlər, cinsi gücünün çox-çox olduğunu, qadınlara çox arzulu olduğunu ona söyləyər.
“Nə edirsən?” dediyində, “onu ayıblayıram” deyər. Halbuki, öz həsrətini dilə gətirir. Bəzi qadınlarda belədir, şüuraltında. “Əzizin arvadı öz xidmətçisinin nəfsindən murad almaq istəyirmiş. Ehtiras onu coşdurmuşdur“ Bax, hekayə kimi izah edir. “Biz onu aşkar bir azğınlıq içində görürük“ Bax onu cinsi pozğunluqla, yəni hiperseksual, çox arzulu olmaqla günahlandırır, amma onları da həyəcanlandırmışdır. Yəni yoxsa sənə nə? Elin belə bir şeyi varsa səni heç maraqlandırmaması lazım, həmsöhbət belə olmamağın lazımdır. Bu qədər dərdinə düşməyin normalmı? Demək ki, sənin də şüuraltında elə bir istəyin var, onun gərəyi olaraq bunu söyləyirsən. Bəzi hadisələrdə bu belədir.
“Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi“. Yəni o da onların nə olduğunu bilir, onların da azğın və arzulu olduqlarını bilir, yəni təmin olmamış duyğular içində olduqlarını bilir. “Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi“. Onların dedi-qodularını eşidincə onlara kinlənmiş. “Və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu)“ yəni belə rahatca oturacaqları bir yer. “Onların hər birinə bir bıçaq verdi“. Bu, ərəbcədə daha dəyişikdir, amma biz təbii bıçaq olaraq götürürük. Meyvə olaraq da o bölgədə olan xüsusi bir meyvə var, Tövratda keçir. Oval bir meyvə, tam ağlıma gəlmir. Bax, “və Yusifə: “Onların qarşısına çıx!“ – dedi“ Nə üçün deyir? “Təhrik et onları” deyə.
Qadınların, o cavandan təhrik olacaqlarını bilir. Onların ondan təsirlənəcəklərini bilir. “Onların qarşısına çıx!” – dedi. Qadınlar Yusifi gördükdə onu o qədər təriflədilər ki”, şiddətli təsirlənir qadınlar, “əllərini kəsdilər“. Bəs yalnız kişini qadın təhrik edirdi? Kişi də təhrik edirmiş demək ki. Əgər niyyəti qadın pozsa, bax təhrik olurmuş, təsirlənirmiş. “Əllərini kəsdilər” deyir. Əli-ayağı boşalır. Təhrik olduğunda insan həqiqətən danışma qabiliyyəti pozula bilər, əli-ayağı boşala bilər, yəni gücünün dərəcəsinə görə. “Və dedilər: “Allahı tənzih edirik! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!“. “İnsana bənzəmir” deyirlər, ‘bu qədər təsir etməsi’. Yəni bu qədər təsir edici gücünün olmasını çox çaşdırıcı görürlər. Yəni özlərinin də bu qədər təsirlənmələrinə çaşırlar.
Halbuki, imanından təsirlənirlər. İmanından meydana gələn bir elektrik var, yəni İlahi bir elektrik, ondan təsirlənirlər. “Bu ancaq hörmətə layiq bir mələkdir!“ Yəni, belə bir insan ola bilməz deyirlər. “Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur!“”. “Amma siz məni qınayırdınız” deyir, “siz məndən daha çox təsirləndiniz” deyir. Bax onun üçün müsəlmanlara bəzən deyirlər , “seks partiyası təşkil edirmiş, hiperseksualmış”. O, içindəki həsrətdən qaynaqlanır əslində, şiddətli həsrətdən qaynaqlanır. Bəzi dedi-qoduçularda mənşəyi budur. Məsələn, heç ümid etmədiyin mühitdə birdən belə “sizə belə deyirlər elə deyirlər” deyən qadınlar olar. O, əslində, o doyumsuzluğun bir ifadəsi olaraq bunu söyləyir.
O həyəcanı eşitmək istəyir, onu səndən eşitmək istəyir, onu yaşamaq istəyir onun üçün söyləyir, inşaAllah. Quran ona işarə edir. “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə özünü qorudu“. Qoruyunca təbii ki, bir kişi daha cazibədar olar, çox daha gözəldir. Fahişə kişi qadın üçün diksindiricidir. Yəni özünü qoruyan bir kişi, imanlı bir kişi qadın üçün çox-çox təsir edicidir. Yəni ucuz bir kişi fahişə kimidir, qadına çox diksindirici gəlir. Fahişə bir qadın da kişiyə diksindirici gəlir, iyrənər. İmanlı bir qadın gözəl gəlir. “Və and olsun, əgər o əmrimi yerinə yetirməsə, mütləq zindana atılacaq”. Bax, ‘cinsi əlaqəyə girməzsə’ deyir, ‘zindana atacağam’ deyir. O qədər gözü dönmüş, yəni şəhvətdən havalanmış. “Və əlbəttə hörmətdən salınanlardan olacaq”. ‘Xəcalətli edəcəyəm’ deyir, ‘hörmətdən salacağam’ deyir.
“Yusif dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların“” bax, ‘bir tək bu’ demir, “bunların” deyir, qrup olaraq. Qadınların hz. Yusif (ə.s.)- a qarşı niyyəti ciddidir . “Məni sövq etdikləri işi görməkdən“ yəni qeyri-qanuni cinsi əlaqəyə çağırırlar “daha xoşdur“. ‘Mən zindan istəyirəm Rəbbim’ deyir, ‘mən bunların bu rəftarına yanaşmaq istəmirəm’ deyir. Amma bax qadınla görüşür. Qadınların qarşısına bəzənmiş və gözəl, yəni qadınların təsirlənəcəyini bildiyi halda hz. Yusif (ə.s.) qarşılarına çıxır. Yəni peyğəmbər, istəsə çıxmaz, elə deyilmi? Münafiq, azğın dəstəsinə görə hz. Yusif (ə.s) çox böyük günaha girmiş, haşa.
O qadınla evdə qalmaqla çox böyük günaha girmiş. Halbuki, hz. Yusif (ə.s.) imanıyla onsuz da özünü qoruyur. Belə bir şeyə ehtiyacı yoxdur. “Ey Rəbbim!” deyir, “Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur“. Bax “daha xoşdur“, ifadəni görürsənmi? “Daha xoşdur”. Yəni ‘mən belə bir bəladansa elə bir bəlaya razıyam’ demir. Bax peyğəmbər üslubuna bax, “daha xoşdur” deyir. ‘Xoş görürəm mən’ deyir, ‘həbsi’ deyir. “Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər“ o da çox istəklidir. “Və cahillərdən olaram“. ‘Çəkinirəm ya Rəbbi’ deyir. Çünki məcbur edə bilərlər qadınlar həqiqətən. Havalanmış vəziyyətdədirlər. Əlini, qolunu bağlayarlar, məcbur edərlər. Çünki qadın köynəyini cırdığına görə dəlidir, yəni zarafatı olmaz onun. İndi digər qadınlar da dövrəyə girmiş, zorla əlaqəyə girə bilərlər. “Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir“