Ənfal surəsi, 41-ci ayənin təfsiri
Adnan Oktar: Şeytandan Allaha sığınıram, Cənabı Allah deyir ki, Ənfal surəsi, 41-ci ayə: “Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir“. Beşdə birini kim götürür? Peyğəmbərimiz (s.ə.v.) götürür. Paltarlar, ayaqqabılar, yemək, qızıl materiallar, düyü, yarma nə varsa hamısını kafir, azğın insanlar ələ keçərirlər. Nə edir? Müsəlmanlar demir ki, bu kafirə aiddir, bundan istifadə etməyək. İstifadə edirlər. Baxın, məsələn deyir ki, ‘Mübarizə nəticəsində kafirlərdən ələ keçən qılınc, qalxan, paltar kimi şəxsi əşya müsəlmanlara paylanır’. Ərəb dilində buna ‘sələb’ deyilir. Xurafatçılar (haqqı inkar edənlər, azğınlar) bunu müsəlmanlara haram etməyə çalışır. “Haybər fəthində Rəsulullah (s.ə.v.) qızı hz. Fatimə (r.ə) də daxil olmaqla beş yaxın qohumuna təxminən beş ton xurma verir”. Bir adama beş ton. Xurafatçı ‘kafir xurmasıdır’ deyir. Xurmanın nə günahı var? Kafir öz yerində, o ayrı məsələ. Müsəlmanlar üçün xurma qənimətdir, nemətdir. ‘Rəsulullah (s.ə.v.) qızı hz. Fatimə (r.ə) də daxil olmaqla beş yaxın qohumuna, təxminən beş ton xurma verir. Ayrıca öz xanımları olan hz. Aişə (r.ə), hz. Həfsə (r.ə), hz. Ümmü Həbibə (r.ə), hz. Cüveyriyyə (r.ə), hz. Zeynəb (r.ə), hz. Safiyə (r.ə), hz. Meymunə (r.ə) və hz. Ümmü Sələmə (r.ə)-a təxminən 13 ton xurma vermişdir’. Bir adama 13 ton. Ucu bucağı olmaz. Zəfərdə 2 min dəvə və 5 min qoyun müsəlmanlara paylanmışdır. Xurafatçılara görə kafirə aid olanı yemək olmaz.