Header

İman Həqiqətləri İmanı Dərinləşdirər

Aa4a

İman Həqiqətləri İmanı Dərinləşdirər

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura Surəsi- 29)

İman həqiqətlərini yalnız Allaha inancı olmayan kəslərin deyil, eyni zamanda iman edən insanların öyrənməsi və dərindən düşünməsi son dərəcə əhəmiyyətlidir. Allah Quranda möminlərə, kainatda yaratdığı dəlillər üzərində dərin-dərin düşünmələrini əmr edərək iman həqiqətlərinin əhəmiyyətini vurğulamışdır.

iman_hakikatleri-pervin32

İman etmiş bir mömin namaz qılmaq, oruc tutmaq və digər ibadətləri yerinə yetirməklə bərabər dərin bir təfəkkürə də sahib olmalıdır. Quranda diqqət edilən “göylərdəki və yerdəki” yaradılış dəlilləri üzərində dərin təfəkkür etmək, möminin imanının artmasına, qəti bir məlumatla iman etməsinə vəsilə olar. Bir Quran ayəsində Allahın yer üzündəki dəlillərinin qəti əlamətlərlə iman etməyə yönəltdiyi belə bildirilir:

Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz? (Zəriyət Surəsi, 20-21)

Ayədə açıq bir şəkildə ifadə edilmişdir ki, insanın öz nəfsindəki və yer üzündəki iman həqiqətləri insanlara dəqiq bir əlamətlərlə inanmağa vəsilə olacaq. Dəqiq məlumata söykənən bir iman da insanda Allah qorxusunun artmasına, bu səbəbdən Allahın əmr və qadağalarını daha şüurlu və diqqətli yerinə yetirməsini təmin edəcək.

Yaradılış dəlilləri üzərində dərin təfəkkürə sahib olan insanlar, ibadətlərini huşu içərisində yerinə yetirərkən, etdiklərinin artıq Allahın gördüyünü və insanlara verdiklərinin qarşılığında Allahın onu mükafatlandıracağında dəqiq qənaətə gəlirlər. Eyni zamanda etdiyi ən kiçik səhvi də Allahın bilmiş olması onu tövbə etməyə və səhvlərindən sürətlə imtina etməyinə yönəldəcəkdir.

Allah Quranda iman edənlərə belə səslənmişdir:

Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə Surəsi, 35)

Ayədə bildirildiyi kimi, insanların özlərini Allaha yaxınlaşdıracaq vəsilə axtarmaları, qurtuluşa çatmağa ümid etmələri üçün bir yoldur. Məhz iman həqiqətləri də möminlərə, Allahın varlığı və sifətləri haqqında daha dərin bir qavrayış və anlayış verən, Allaha daha çox yaxınlaşmağı təmin edən vəsilələrdir. Məsələn, Allahın yaratdığı canlıları araşdırmaq, onlardakı mükəmməl quruluş və sistemləri müşahidə etmək və bunlar üzərində düşünmək Allahın sonsuz elminə və gücünə daha yaxından şahid olmağı təmin edəcəkdir.

Məsələn, insan bədənindəki möhtəşəm strukturları öyrənən adam, Allahın varlığının və sənətinin açıq dəlillərini görəcək, öz bədəni daxil olmaqla hər şeyin Allahın əsəri olduğunu və hər an Allahın idarəsi altında olduğunu anlayacaqdır. Eyni zamanda, acizliyini hiss edərək Allaha daha da yaxınlaşacaqdır. Allaha qarşı etdiyi bu yaxınlıq səbəbiylə Onun rızasını və rəhmətini qazanmağa daha çox yönələcəkdir. Məsələn, bəlkə daha əvvəl boş keçirdiyi vaxtlarını artıq Allahın rızasını daha çox qazanmağa yönəldəcək, ibadətlərini daha şövqlü bir şəkildə yerinə yetirəcəkdir.

Nəticə olaraq, iman həqiqətləri səthi və təqlidi bir imandan təhqiqi (dəqiq məlumatla, araşdırma yolu ilə) və qüvvətli bir imana keçməkdə çox əhəmiyyətli bir rol oynayar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313