Header

Ali İmran surəsi, 102-105-ci ayələrinin təfsiri

Aa4a

Ali İmran surəsi, 102-105-ci ayələrinin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. “Ey iman gətirənlər! Allahdan, Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!“ Allah, “ancaq müsəlman olduğunuz halda ölün!“ deyir. “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!“ “Hamınız” dedikdə nə nəzərdə tutulur? Pakistandakı müsəlmanlar, Türkiyədəki müsəlmanlar, Liviyadakılar, Mərakeş, Tunis, Əl-Cəzair dünyanın hər tərəfindəki müsəlmanlara Allah əmr edir. “Hamınız Allahın ipindən möhkəm yapışın“ Qurandan möhkəm yapışın, baxın “parçalanmayın!“ Adamlar parçalanmanın kitabını yazıblar. Baxın, həm dağılıb, həm də ayrılıblar. Allahın iki əmrinə də əməl etmirlər, dağılma da olub, ayrılma da. Parça-parça olublar və bir-birlərindən xəbərləri belə yoxdur.

Baxın halbuki deyir: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!“ qardaş olun, birlikdə olun. “Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz“ Bir-birləri ilə vuruşurlar, elə deyilmi? Hal-hazırda da bir çox müsəlman ölkələr bir-birlərinə düşməndir. “O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz“. Möminlər nə imiş? Qardaş. “Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi“. Cəhənnəmə düşərkən, bəlanın içərisinə düşərkən, anarxiyanın, terrorun içinə gedərkən, “… sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir“. İndi bu adamlar, ‘bu ayələri keç’ deyirlər. Yaxşı geriyə nə qalır, nə istəyirsiniz? ‘Səhərə qədər evdə zikr edək’ deyirlər. Sən evdə zikr edərkən, Əfqanıstanda uşaqlar təcavüz edilir, müsəlmanları doğrayırlar. Sən zikri Allahın dinini yayarkən edəcəksən. Cihad edərkən, təbliğ edərkən zikr edəcəksən. Evin içərisinə girib, evdən çıxmayaraq, yan gəlib yataraq olmaz. Vacib olan cihaddır. Cihad demək, cəhd etmək, cəhd göstərməkdir, bunu etməlisən.

Baxın Ali İmran surəsi, 104-cü ayə “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın“. Allah ‘təbliğ edən bir qrup olsun’ deyir . “Məhz onlar nicata qovuşanlardır“ deyir. Müsəlmanların hamısı məhz bunu etməlidirlər. “Məhz onlar nicata qovuşanlardır.” Allah, ‘O biriləri nicata qovuşa bilmir’ deyir . Baxın, “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər…” açıq-aşkar dəlil Quran gəlib. Parçalanma varmı? ən şiddətlisini etmişlər, parçalanmışlar. Ayrılma varmı? Ayrılma da var. Baxın, “… ayrılıb ixtilaf edənlər kimi olmayın“. ‘Yox, biz ixtilafa düşəcəyik’ deyirlər. Məzhəb ayrılıqları var, camaat ayrılıqları var, ixtilafa düşüblər. Parçalanma da var, İslam aləmi parça-parça olmuş vəziyyətdədir. Cənabı Allah, “onları böyük bir əzab gözləyir” deyir. Məhz müsəlmanların başına gələn bəlaların səbəbi də budur. Allah nə deyir? “Onları böyük bir əzab gözləyir“. Allah ona görə əzab verir. İslam Birliyinin fərz olduğunu izah edən yüzlərcə ayədən bir neçəsini oxudum.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313