İçeriğe geç

Ali İmran surəsi, 150-152, 166-cı ayələrinin təfsiri

Ali İmran surəsi, 150-152, 166-cı ayələrinin təfsiri

Adnan Oktar: Qurandan sizə ayə oxuyum inşaAllah. Ya Allah Bismillah. Şeytandan Allaha sığınıram. Ali İmran surəsi 152-ci ayədə Allah deyir ki: “Allah sizə verdiyi vədini yerinə yetirdi“. Allah sözündən daşınmaz, Allah vədindən dönməz. Məsələn, hz. Mehdi (ə.s.)-ı vəd etdisə zühur etdirir. Hz. İsa (ə.s.)-ı vəd etdisə zühur etdirir. Nə dedisə edir. Cənabı Allah 150-ci ayədə, şeytandan Allaha sığınıram: “Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır“. 151-ci ayə “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi“ yəni vəhy olmadığı halda Allahın hökmü kimi söylədikləri şeyi, “Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!” Baxın, “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə“

Cənabı Allah müşriklərdən bəhs edir. Qadınlar haqqında böhtan dolu danışıqları eşitdiniz, dünən izah etdim. Bax Allah deyir ki : “Haqqında heç bir dəlil nazil etmədiyi“ yəni vəhy olmadığı halda vəhymiş kimi göstərdikləri üçün Allah deyir, “Allaha şərik qoşduqlarına görə, kafirlərin“ baxın, Allah kafirlər (küfr əhli) olaraq göstərir, “qəlblərinə qorxu salacağıq“. Xurafatçılar (haqqı inkar edənlər, azğınlar) dəstəsi əcaib qorxaqdır. “Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!“ Cənabı Allah Ali İmran surəsi 166-cı ayədə: “İki qoşunun üz-üzə gəldiyi gün“ yəni hz. Mehdi (ə.s.) ilə dəccalın qarşı-qarşıya gəldiyi gün, “sizə üz vermiş müsibət Allahın izni ilə oldu“. Məsələn, bəzi insanlar kaş ki, bunu etməsəydim belə olardı, elə olardı deyirlər. Həmişə taleni unudurlar. Bəzən unutmur, amma çox vaxt unudurlar.  Bir şey olduğunda onun təsadüfən olduğunu zənn edir, dəhşətə düşür. Halbuki, o mütləq taledədir. Şeytandan Allaha sığınıram. “İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın“. Yəni Allah imtahan üçün  deyir. Məsələn, müsəlman birdən heç ümid etmədiyi bir şeylə qarşılaşa bilər, ağır bir böhtanla qarşılaşa bilər. Həbs oluna, döyülə, söyülə bilər. Müsəlmanların içərisindən şəhidlər çıxa bilər. Müsəlman bunun qətiliklə Allahdan olduğunu biləcək, inşaAllah.

images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz