İçeriğe geç

Kitab əhli ilə əlaqədar ayələr

Kitab əhli ilə əlaqədar ayələr

ADNAN OKTAR: Dəmirsoy qardaşımız bəzi ayələr göndərib, lakin Quranın bir qismini qəbul edib, bir qismini qəbul etməmək müşriklərin xüsusiyyətidir. Allah Quranda bunu açıqca ifadə edir. “Onlar ayələrin bir qismini qəbul edər, bir qismini qəbul etməzlər” deyir. İndi Dəmirsoy qardaşımız da, ayələrin bir qismini qəbul edir, bir qismini qəbul etmir. Bax bu olmaz. Allah ayədə: “Sizə ən yaxın dost olaraq, Xristianlarıq deyənləri görərsiniz“ deyir. Sən bu ayəni qəbul etməzsən. Ayəni qəbul etmədiyin halda, sən dindən çıxmış olursan. Allah: “Xristian və Yəhudi xanımlarla evlənə bilərsiniz”, “yeməklərini yeyə bilərsiniz” deyir. Sən bu ayəni qəbul etmirsən. Əgər qəbul edirsənsə, onda mövzu bağlanmışdır. Danışacağın başqa bir şey qalmaz. Müşriki və yaxud dinsizi dini cəhətdən dost seçmək onsuz da olmaz.

Yəni onun dediklərinə görə hərəkət etmək olmaz. Məsələn, Cənabı Allah müşrik üçün: “Əgər müşriklərdən biri, səndən ‘kömək istəsə’ ona kömək et: belə ki, Allahın sözünü dinləmiş olsun, sonra onu ‘təhlükəsizlik içində gedəcəyi yerə çatdır’ deyir. Allah “Canınızı təhlükəyə ataraq aparın” deyir. Bizim edəcəyimiz nədir? Müşriki dinə çəkmək üçün şəfqət göstərməkdir. Yoxsa müşrikin başını əzmək deyil. Məsələn, bir dinsiz sən ona uymadıqdan sonra səndən razı olarmı? Məsələn, Dəmirsoy qardaşımızın qohumlarından, yoldaşlarından dinsiz yoldaşları vardır. O, onlara uymadıqdan sonra, onlar onunla dost olmazlar. “Sən onların dinlərinə uymasan nə Yəhudilər, nə də Xristianlar səndən əsla məmnun olmazlar” ayəsi geniş əhatəli bir ayədir.

Bu buddist üçün də, kommunist üçün də keçərlidir. Məsələn, bir PKK –lı, sən PKK- lı olmazsan, adam səninlə dost olarmı? Olmaz. Yaxud qohumundan dinə hörməti olmayan, İslama uymayan insanlar vardır. Bu adam bunlarla birlik olarmı? Olmaz. O zaman burada nəzərdə tutulan nədir? İnsanlar inanclarda birlikdə olmazlar. Öz inancına çəkmək istəyərlər. Allah bunu qəbul etməyin deyir. Nəzərdə tutulan budur. Yoxsa ona təbliğ etməyin, şəfqət göstərməyin, İslama, Qurana dəvət etməyin, onunla ictimai bağlarınızı qoparın mənasında deyil. Qardaşlarımız bunu səhv anlayırlar. Əslində bu mövzunu Risalə halına gətirək və daha ətraflı  izah edək, yoxsa qavraya bilməyəcəklər. Dəfələrlə izah etdim, eyni şeyi bir daha izah etdirirlər, yaxşı olur, gözəl olur, savab qazanırıq, amma anlamaları baxımından yaxşı olar.

images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz