Kəhf surəsi, 40-cı ayəsinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, “Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun!”. Müsəlmanlar, Allah, Mehdi tərəfdarları dəccaliyyətin imkanlarını ələ keçirəcəklər, inşaAllah. Onun üstünə, göydən Allahın qüdrət əli ilə yandırıb yıxan bir fəlakət, yəni onları yerlə-yeksan edən vəziyyət olacaq, inşaAllah. “Hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun”. Axırzamanda torpağın keyfiyyəti dəccaliyyətin təsiri ilə itir, bu bir fəlakət, bəla olaraq axırzamanda özünü göstərir. Ona da diqqət çəkmiş olur. “Daha yaxşısını” hər şeyin daha xeyirlisi, yaxşısı var. Allah: “Göydən bir bəla endirsin”deyir. Məsələn, hal-hazırda döyüşlər göydən gəlir, elə deyilmi? Raketlər, havadan bombardman, ona da işarə etmiş olur, inşaAllah.