Header

Ənam surəsi, 133, 134, 135-ci ayələrin təfsiri

Aa4a

Ənam surəsi, 133, 134, 135-ci ayələrin təfsiri

ADNAN OKTAR: Məsələn, Qurani-Kərimdən hər hansı bir səhifə açıram, Bismillahir-rəhmanir-rəhim. Qovulmuş şeytandan Allaha sığınıram. Allah Təala Ənam surəsi, 135-ci ayədə buyurur: “De: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” Burada mövzu nədir? İmansızlıq. Buradakı problem nə şəriət, nə də təqva problemidir. Buradakı problem, imansızlıq problemidir. “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz”. Əgər ayənin zahir mənasına baxsaq “Bu yurdun (dünyanın) ) sonu”, yəni axırzamanın aqibətinin. “kimindir…” hz. Mehdi (ə.s), hz.İsa Məsih (ə.s)-ındır. “Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”. Dəccaliyyət mütləq məğlub olacaq, iddia edilən Ərgənakon terror təşkilatının heç bir şəkildə qurtuluşu yoxdur, çünki zalımlar mütləq yox olacaqlar.

“Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizi başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə bir başqasını gətirər”. (Ənam Surəsi, 133)

Məsələn, o dövrdə İslamı ən yaxşı qoruyanlar ərəb qardaşlarımız idi. Sonra bu vəzifə türklərə keçdi. Allah Təala nə deyir? “Yerinizə bir başqasını gətirər”. Yəni başqa bir qövm. Türk qövmü gəldi, inşaAllah.

“Sizə vəd edilən, şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!” (Ənam Surəsi, 134)

“Sizə vəd edilən mütləq gələcəkdir”. Nə vəd edilir? Hz.Mehdi (ə.s), hz.İsa (ə.s). Bu ayə həm qiyamətə işarə edir, həm dünya hakimiyyətinə, həm də hz.Mehdi (ə.s)-a, hz.İsa (ə.s)-a işarə edir, inşaAllah. Bax, “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm”. Biz də darvinistlərə: “əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm” deyirik. “Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz”. Onlar: “kommunistlərin olacaq” deyirlər. Xeyr, müsəlmanların, mehdiyyətin olacaq. “Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”. Bütün dəccallar gedəcək, yalnız haqq və həqiqət dünyaya hakim olacaq.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313