Header

Şuəra surəsi, 143-159-cu ayələrin təfsiri

Aa4a

Şuəra surəsi, 143-159-cu ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. 143-cü ayə: “Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!”. Deməli, əvvəlcə güvən, etibar edilməsi lazımdır. Güvən olmadıqda dinləməz. İnsanların ilk ehtiyacı olan şey güvəndir, etibardır, qarşılıqlı güvən, ya güvənər, ya güvənməz, güvənmirsə onsuz da əlaqə olmaz. Onun üçün “etibarlı bir elçiyəm” deyir. 144-cü ayə: “Artıq Allahdan qorxub çəkinin” baxın, əvvəl güvənməli, sonra Allahdan qorxub çəkinməli, halala, harama diqqət yetirməlidir.“Mənə itaət edin”. 145-ci ayə: “Mən bunun müqabilində sizdən heç bir haqq (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!”, yəni yalnız Allah rizası üçün izah edirəm.

146-cı ayə: “Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?”, yəni yeyib-içib heyvan kimi yaşayacağınızımı zənn edirsiniz. 147-ci ayə: “Bağlar və çeşmələr içində”. 148-ci ayə: “Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircamlıqla ömür sürəcəksiniz)”? 149-cu ayə: “Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?” 150-ci ayə: “Artıq Allahdan qorxun və mənə itaət edin!” 151-ci ayə: “(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)”.

Yəni kommunistlərin, Allahsızların, kitabsızların əmrinə itaət etməyin. 152-ci ayə: “O kəslər ki, yer üzündə fitnə-fəsad törədər…”―anarxiya, terror çıxardar. “Və islah etməzlər”. 153-cü ayə: “Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan”. Yəni ağlında problemin var, ağlın yerində deyil, dəlisən. 154-cü ayə: “Sən isə yalnız bənzərimiz olan bir bəşərdən başqası deyilsən”―bir xüsusiyyətin yoxdur, deyirlər. “Əgər doğru söyləyirsənsə, bu vəziyyətdə bir ayə, bir möcüzə gətir də görək”, “dediyin bəlanı gətir də görək” deyirlər.

155-ci ayə: “(Saleh) dedi: “Bu, (Allahın möcüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)” 156-cı ayə: “Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!” Baxın, Allah bəla vermək üçün səbəb yaradır, bəzi insanlar bəlaya düçar olmaq üçün qaşınarlar, bir bəhanə tapılır ağzı-burnu qırılar, yerlə-yeksan edilər. Allah bəhanə yaradır. Allah etdikləri bəlaya qarşılıq bəlalarını verəcək. Saleh (ə.s): “dişi dəvəyə durduğu yerdə xətər törətməyəcəksiniz” dedi.

“Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!” 157-ci ayə: “Sonda onu (yenə də) kəsdilər, sonra da peşman oldular”. 158-ci ayə: “Artıq əzab onları yaxaladı (hamısı məhv oldu)”. Allahın istədiyi də budur, yəni adama özünün inkar etdiyini, pislik etdiyini göstərmək, özünü təsdiq etdirməkdir, yəni özünə “bəli mən pislik etdim” dedirtməkdir.“Halbuki, onların əksəriyyəti iman gətirmədi.” 159-cu ayə: “Və şübhəsiz, sənin Rəbbin, güclü və üstün olandır, əsirgəyəndir”. Hər kəsi qoruyan, yaradan Allahdır. Allah yaradır. Məsələn, Abdullah Öcalanı o adada saxlayan Allahdır. Peyğəmbərimiz (s.ə.v) hədisində: “dəccal bir adada zəncirlənilmiş olaraq tutular” deyir.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313