Kəhf surəsi, 65-86-cı ayələrin təfsiri
ADNAN OKTAR: 65-ci ayə: “Qatımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar”. Filan şəxs ledün elmi bilir deyə bilmərik. Ledün elminin bənzərini bilər, yəni onu xatırladar. Ledün elmi üçün vəhy lazımdır. Ledün elmi hər hansı bir adamın biləcəyi bir şey deyil. Çünki ledün elmi üçün qeybdən xəbər alınması da lazımdır. Allah bildirəcək, elə olmaz. 66-cı ayə: “Musa ondan soruşdu: “Doğru yol olaraq sənə öyrədiləndən…” kim öyrədir? Allah vəhylə öyrədir. “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe ola bilərəmmi?”. 67-ci ayə: “Sən mənimlə bir yerdə olmaq üçün səbir göstərməyə gücün çatmaz”.
Hz.Xızır (ə.s) bu işdə ona dözə bilməyəcəyini haradan bilir? Qeybi bildiyi üçün belə söyləyir. Bu da ledüni bir məlumatdır. Yoxsa bilməz. Qeybi bildiyi üçün dəqiq bilir. 68-ci ayə: “Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən? “Deməli, məlumatlı olmaq əhəmiyyətlidir. Hz.Mehdi (ə.s)-da hadisə necədir? Köklü məlumatdır. Zülqərneyndə mövzu nədir? Köklü məlumatdır. “Bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?”. Bilirsiniz insanlar səbir etməkdə çətinlik çəkirlər, insanlar üçün səbirli olmaq çətin gəlir. Baxın, “inşaAllah”. Bizə deyirlər ki, “niyə inşaAllah deyirsiniz?”, baxın, peyğəmbər söyləyir. 69-cu ayə: “(Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən”.
Bax, peyğəmbər söyləyir” Allahın izni ilə” deyir. “İnşaAllah səbirli olduğumu görəcəksən”. Peyğəmbər üslubudur. “Sənin heç bir əmrindən çıxmayacağam!” Bəziləri vardır, “buna uyaram buna uymaram” deyir. Bax, istisna qoymur. Deyir ki, “Sənin heç bir əmrindən çıxmayacağam!”, imama bu cür tabe olunar. Hz.Mehdi (ə.s)-a da bu şəkildə tabe olunacaq. Heç bir işdə əmrindən çıxmaq yoxdur. Peyğəmbərimiz (s.ə.v)-də də bu şəkildə idi. 70.”Dedi ki: “Əgər mənə tabe olsan,” şərtini söyləyir, “heç bir şey haqqında soruşma”. Yəni mən sənə izah edib danışana qədər o niyə oldu, bu niyə belə oldu deyə sual vermə. Mən sənə lazım olsa açıqlayaram, hər şeyin hikmətini söyləyərəm, deyir. “Bunu niyə etdin?”, “Bunu niyə belə söylədin, bu niyə belə oldu?” Belə olmaz.
Güvən, inam olmalıdır. Hüsnü-zənn etmək, hər hadisəni xeyirə yozmaq lazımdır. “Xeyirə yoza bilmirəm” desən, o zaman doğru yolda olmazsan. 71-ci ayə: “Bundan sonra onlar durub yola düşdülər”. Təbliğdə ən təsirli üsul təkbətək izahatdır. “Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi”. Deməli, hz.Xızır (ə.s) xalqın bildiyi kimi hər zaman kasıblara kömək edən, yaxşılıq edən biri deyil. Gəmini deşdi, orada adam öldürdü. “Hz. Musa (ə.s) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? And olsun, olduqca çirkin bir iş gördün” . Baxın and içir. Amma “harama girdin, günaha girdin” demir, “olduqca çirkin bir iş gördün” deyir. Musa (ə.s) etiraz etməyəcəyinə, səbir edəcəyinə söz vermişdi, nə oldu bəs? “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin?” deyir.
Bu olduqca ağır bir günahlandırmadır. Məlumdur ki, hz.Xızır (ə.s) gəmini kasıb-füqəra adamları batırmaq üçün deşmədi. Hz.Musa (ə.s) çox həyəcanlıdır, yerində dayana bilmir. Çox şirin peyğəmbərdir. 72-ci ayə: “(Xızır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?”. Çünki məlumatı vəhylə alıb. 73-cü ayə: “(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama”. “Unutdum” deyir. Mənə bunu unutduran Allahdır. “və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma! dedi”. Yəni özünün artıq heç bir şey soruşmayacağını zənn edir. 74-cü ayə: “Beləliklə ikisi yola düşdülər, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü”. Baxın durduğu yerdə adam öldürür, hikmətə görə, vəhyə əsaslanaraq.
“(Musa) dedi: “(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? “. Yəni hz.Xızır (ə.s)-a “cinayətmi işlədin?” deyir. Yenə də hz.Xızır (ə.s)-ı günahlandırır. “And olsun, sən pis bir iş etdin” deyir. “Bu səfər də pis iş gördün” deyir. 75-ci ayə: “(Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olarkən (edəcəyim əməllərə) əsla dözə bilməzsən?” deyir. Vəhylə bildirildiyi üçün belə cavab verir. 76-cı ayə “(Musa:) “Bundan sonra sənə bir şey soruşacaq olsam, artıq mənimlə yoldaşlıq etmə”. “Qəbul edirəm. İradəli olacam, bir şey söyləməyəcəyəm. Sən artıq məndən ötəri üzülürsən” dedi. 77-ci ayə: “Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər.
“Hz.Xızır (ə.s) arada yemək yeyər, bəzən də yeməz. Öz istəyinə bağlıdır. “Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi”. Hz.Xızır (ə.s) divar ustasıdır, yəni bənnadır. Massonların da piridir, inşaAllah. “(Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın. . .” O isə, Allah rizası üçün edir. 78-ci ayə: “(Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır”. Çünki özü söyləyir, “artıq ayrıla bilərsən” deyir.
“(Zahirən məqbul olmadığını gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!”. “Etdiyim şərhə də səbir edə bilməyəcəksən” deyir. 79-cu ayə: “Belə ki, gəmi dənizdə çalışan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi”. Halbuki, hz.Musa (ə.s) körpə ikən anası onu kiçik bir qayığa qoyub dənizə buraxmışdı. Anası onu öldürmək üçünmü etmişdi? Əlbəttə ki, xeyr, xilas etmək üçün etmişdi, elə deyilmi? Fironun ailəsi də onu ələ keçirdi. “Hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi”.
80-ci ayə: “Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-büluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq”. Uşağın gələcəkdə dinsiz olacağını vəhylə bilir, buna görə də uşağı öldürdü. İslama, Qurana zərər verəcəyini bilir. Bunları Allah vəhy edir, o da Allahın əmri ilə uşağı öldürür. Hz.Musa (ə.s) özü də bir adam öldürür, yumruq vurur öldürür, elə deyilmi?
Hz.Musa (ə.s)-dan onu soruşurlarmı? Hz.Xızır (ə.s) Musa (ə.s)-dan: “adamı niyə öldürdün, anan səni gəmiyə qoyub suya niyə buraxmışdı, öldürmək üçünmü buraxmışdı?” deyə soruşurmu? Soruşmur, çünki bunlarda bir hikmət olduğunu bilir. 81-ci ayə: “Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan” maddi, mənəvi təmiz “daha xeyirli” burada hz.Mehdi (ə.s)-a işarə var, “daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.” Əvvəlki ayə dəccalın ölümünə işarə edir. Dəccalı öldürmək hz.Xızır (ə.s)-ın vəzifəsidir. Eyni zamanda hz.Xızır (ə.s)-ın hz.Mehdi (ə.s)-a kömək edəcəyinə də işarə edir.
Baxın deyir ki; “Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik”. Bilirsiniz ki, hz.Mehdi (ə.s) çox mərhəmətlidir. Əsas xüsusiyyətlərindən biridir. 82-ci ayə: “Divara gəldikdə isə o, şəhərdə olan iki yetim uşağın idi”. Hz.Mehdi (ə.s) və hz.İsa Məsih (ə.s)-a işarə edir. Deməli, ikisi də divar ustaları ilə əlaqədə olacaqlar, ona da işarə var. Hz.İsa Məsih (ə.s)-ın da, hz.Mehdi (ə.s)-ın da tələbələri massonların içinə girəcəklər, ona işarə var.“İki yetim uşağın idi”. Hz.Mehdi (ə.s) da, hz.İsa Məsih (ə.s) da yetimdirlər, ataları yoxdur. “Altında onlara çatası bir xəzinə vardı. ” Bütün xəzinələr hz.Mehdi (ə.s) dövründə ortaya çıxacaq.
Hz.Süleyman (ə.s)-ın “Tabutu-Səkinəsi” tapılacaq. Quran ona da işarə edir, “Onların atası əməlisaleh adam olmuşdur”. Hər ikisinin ataları hz.İbrahim (ə.s)-dır. Quranda saleh olduğu keçir. Hz.Mehdi (ə.s)-ın da soy olaraq atası hz.İbrahim (ə.s)-dır. “Rəbbin dilədi ki, onlar yetkinlik çağına çatsınlar, öz xəzinələrini çıxarsınlar”. Hz. İsa Məsih (ə.s) da, hz.Mehdi (ə.s) da xəzinələri ortaya çıxaracaqlar: Tövratın orijinalını, İncilin orijinalını, Tabutu-Səkinəni, mannanın orijinalını, “(bu,) Rəbbindən bir rəhmətdir. Mən bunları öz ixtiyarımla etmirdim”. Yəni “düşünərək tapdığım, zəkamla-ağılımla tapdığım şeylər deyil, bunları vəhylə alıram” deyir.
“Sənin səbir edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!”. 83-cü ayə: “(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayə (bəzi xəbərlər) söyləyəcəyəm!”. Yəni hz.Mehdi (ə.s) barəsində, inşaAllah. 84-cü ayə: “Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik)”. Hz. Mehdi (ə.s) dövründə qeyri-adi bir dünya hakimiyyəti olacaq, “və ona hər şey verdik”. Yəni Allah tərəfindən hz.Mehdi (ə.s)-a hər cür imkan veriləcək. 85-ci ayə: “O, yola çıxdı. 86-cı ayə:
“Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”. Hz. Mehdi (ə.s)-ın da şəfqətlə davranacağını, mehdiyyət gərəyi, müsəlmanlıq gərəyi gözəl xasiyyətli olacağını bilirik. Quran ona işarə edir. Amma 86-cı ayədə, mehdiyyətə bir hücum olacağı aydın olur. 1986-cı ilə işarə edir. Çünki günəşin batmasından bəhs edir, bir də “quru palçıqlı bir çeşmə”, yəni hz. Mehdi (ə.s)-ın itməsinə işarə edir. Həbsxanada və yaxud hər hansı bir şəkildə itməsinə işarə edir, inşaAllah.