Header

Sad surəsi, 32, 34, 37-ci ayələrin təfsiri

Aa4a

Sad surəsi, 32, 34, 37-ci ayələrin təfsiri

ADNAN OKTAR: Hz.Süleyman (ə.s) deyir ki; “Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi”. Təbii ki, burada bir işarə var. “Onları mənə geri qaytarın” (dedi). Sonra (onların) qıçlarını və boyunlarını oxşamağa başladı”. Bu bir sevgi nümayişidir. Allah sevginin nə qədər gözəl olduğunu orada göstərir. Və sevgini ifadə etmə şəkli olaraq da bir nümunə verir. Bax, buradakı ifadə çox açıqdır. “Qıçlarını və boyunlarını oxşamağa başladı. And olsun, Biz Süleymanı imtahana çəkdik, taxtının üstündə bir cəsəd buraxdıq.” Bunun bir sirr olan tərəfi var, sonra bu mövzunu açıqlayacağam, inşaAllah. “Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı”. Allah, şeytanları hz.Süleyman (ə.s)-ın əmrinə verir. Allah Təala “Şeytanları da; hər bina ustasını və dalğıc olanı” əmrinə verir. Və hz.Süleyman (ə.s)-a bir imkan, bir güc verilir. Allah ona, daşları yonmaqda, sərt cisimləri kəsməkdə bir vasitə yaradır. Onu sonra araşdıracağıq, inşaAllah. Məsələn, hz.Süleyman (ə.s)-ın də əsasını gəmirən bir qurd var. Onun nə olduğunu da araşdıracağıq, inşaAllah. Bu elə bir şeydir ki, lazer kimi; daşı sanki incə bir işıqla kəsib atır və ülgüc kimi düz kəsir. İsraildə bu daşı görmək mümkündür. Necə kəsildiyi hal-hazırda da məlum deyil, açıqlana bilmir. İki daşın arasına ülgüc soxula bilməyəcək qədər düz kəsilmiş. Çünki əl dəmiri ilə kəsilmiş kimi görünmür. Bunlara baxacağıq, inşaAllah. Görəsən o, hz.Xızır (ə.s)-ın da istifadə etdiyi bir şeydir, ona da baxacağıq. Hz.Xızır (ə.s) da, bilirsiniz bina ustasıdır. Hz.Süleyman (ə.s) o ustalara nə təqdim etdi ki, onlar onunla o daşı kəsdilər, hələ bilinmir. Bunları araşdıracağıq, inşaAllah, amma, hələlik bu qədər kifayətdir. Hətta güllə qab içərisində saxlanılan bir cisimdən bəhs edilir. Buğda dənələrinin içərisinə qoyulmuş, yəni mühafizə qəsdiylə qoyulmuş, lakin hamısı da güllə qab içərisinə saxlanmış bir cisimdir. Bir yaşıl daşdan bəhs edilir, onlara baxacağıq, inşaAllah.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313