Yasin surəsi, 1-8, 18-23, 25-30, 38-ci ayələrin təfsiri
ADNAN OKTAR: “Rəhman və Rəhim olan Allahın adı ilə” şeytandan Allaha sığınıram. 1-ci ayə: “Yasin”. Ya hərfi və Sin hərfi. Bunun mənası nədir, kim bilə bilər? 2-ci ayə: “And olsun hikmətli Qurana” hikmət dolu, hikmət necə aydın olar: dərin düşünərək, dərin tədqiqlə, dərin ağılla, iti diqqətlə aydın olar, inşaAllah. 3-cü ayə: “Həqiqətən sən göndərilən elçilərdənsən”. Əbcədi də hz.Mehdi (ə.s)-ın çıxış tarixini verir. Allah peyğəmbərimiz (s.ə.v)-ə xitab edir. 4-cü ayə: “Doğru yoldasan! “. 5-ci ayə:
Bu Quran (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir”. Güclü, üstün olan. Allahın gücü və üstün olması möminlərin ürəyində rahatlıq yaradır. Ucsuz-bucaqsız aləmi yaradır, təyyarələri, qələmləri, insanları, danışmağı yaradır. Hər şeyi yaradır, inşaAllah. 6-cı ayə: “Ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!
7-ci ayə: And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) həqiqi olmuşdur, çünki onlar (Allaha və peyğəmbərinə) iman gətirməzlər.
8-ci ayə: Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir”. Allah “eqoistdirlər” deyir. 18-ci ayə: “Dedilər ki: “Hər halda biz sizlərdən ötəri uğursuzluğa uğradıq. Həqiqətən, əgər əl çəkməsəniz”. Baxın, müsəlmanları nə ilə ittiham edirlər “And olsun, sizi daşqalaq edəcəyik”.
Hər dövrdə bu xurafat (haqq dəlili inkar edən, azğın) Ərgənakon başı, iddia edilən Ərgənakon terror təşkilatının azğın, eqoist başı hər dövrdə olub “and olsun, sizi daşqalaq edəcəyik” bu faciəvi şəkildə öldürmə üsullarından biridir “və mütləq bizdən sizə şiddətli bir əzab toxunacaq”. Sizə işgəncə edəcəyik, döyəcəyik, söyəcəyik, hər cür rüsvayçılıq edəcəyik. 19-cu ayə: “Dedilər ki…” Müsəlmanlar cavab verir. “Sizin (uğursuzluğunuz) öz ucbatınızdandır” əsl uğursuz sizsiniz. “Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!” 20-ci ayə:
“Şəhərin ən ucqar yerindən bir adam çaparaq gəlib dedi:”Atı ilə çaparaq gələn hz.Xızır (ə. s.)-dır, inşaAllah. 21-ci ayə: “Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!” Onların doğru olduqlarını haradan bilir? Vəhy yolu ilə bilə bilər. Onların ödəniş istəmədiyini görür və doğru yolda olan kəslər məhz onlar olduqlarını deyir. 22-ci ayə: “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” 23-cü ayə: Mən heç Ondan başqa tanrılar qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.”
Yəni onlar nə dünyada bir faydaları olmaz, nə də axirətdə məni qurtara bilməzlər, şəfaətlərlə də qurtara bilməzlər. 25-ci ayə: “Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin!” 26-cı ayə: “Ona “Cənnətə daxil ol!―deyildi. Dedi: “Kaş qövmüm biləydi”. 27-ci ayə: “Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!” Allah onun cənnətdəki halını ifadə edir. 28-ci ayə: “Ondan sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. 29-cu ayə: (Onların cəzası) ancaq dəhşətli (tük ürpədici) bir səs oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər”. Yəni qışqırıq səsi, necə ki, topluca bir bəla gəldiyində qışqırarlar, fəryad edərlər, elə qışqırıq səsi. Hər evdən və hər yerdən eşidilən bir qışqırıq.
30-cu ayə: “Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza, (lağ) etməsinlər!”. Müsəlmanlarla həmişə lağ etmişlər. Elə meymun da maraqlı bir şey gördüyündə əli ilə, barmağı ilə işarə edərək gülür, lağ edir. Onlar da meymun kimi lağ edirlər. Allah burada bir möcüzəni də ifadə edir. 38-ci ayə: “Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)”. Bir sona doğru gedir. Günəş, Veqa ulduzuna doğru sürətlə irəliləyir, əvvəl-axır toqquşacaq, inşaAllah.