(Bədiüzzamanın kommunizmə qarşı fikri mübarizə aparmağın lazım olduğu ilə əlaqədar sözləri)
“Maddiyyunluq (ateist, materialist və darvinist fəlsəfələr) mənəvi taundur (yoluxucu bir vəba xəstəliyidir) ki” yəni hal-hazırda PKK-nın inancı marksist, leninist, ateist, materialist, darvinist fəlsəfə “bəşəri” insanları “bu xəstəliyə saldı”. yəni insanları bu böyük bəlaya saldı. “İlahi qəzəbə düçar oldu”. “Böyük bəla gəldi” -deyir. “Bunun ucbatından Allah bəla olaraq verdi” -deyir. “Təlqin və tənqid qabiliyyəti”. Baxın, təlqin; izah etmə, radiolardan, televiziyalardan, qəzetlərdən təlqin və tənqid etmək, tənqid qabiliyyəti “təvəssü etdikcə (inkişaf etdikcə), o taun da” marksist, leninist fəlsəfə də “təvəssü edər (inkişaf edər)”. (Mektubat, s. 513)
Təkrar edərək davamlı bunu inkişaf etdirirlər. Məsələn, Türkiyədə hər gün PKK və kommunist düşüncə radiolardan, televiziyalardan gecəli-gündüzlü təbliğat şəklində izah edilir. Hər kəs gecəli-gündüzlü PKK-dan danışır. Dövlət başçısı davamlı PKK-dan danışır. Radioda, qəzetdə, internetdə, televiziyada səhərdən axşama qədər PKK-dan bəhs edilir. Və kommunist fəaliyyətdə, terror hərəkətlərində, marksist, leninist düşüncədə təbliğat çox əhəmiyyətlidir. Yəni təşkilat təbliğatı çox əhəmiyyətlidir. Ağlasığmaz dərəcədə bir təşkilat təbliğatı edirlər. Marksizmi, leninizmi hər yerə yayırlar, izah edirlər, amma buna qarşı cavab yoxdur.
“Tabiiyyun, maddiyyun (materializm, darvinizmdən) fəlsəfəsindən təvəllüd edən (doğan) bir cərəyanı Nəmrudanə” kommunist hərəkət, “getdikcə Axırzamanda” özündən sonrakı dövrü söyləyir, “fəlsəfəi maddiyə vasitəsiylə” darvinist, materialist fəlsəfə vasitəsiylə, “intişar edərək” inkişaf edərək, yayılaraq “qüvvət tapıb, üluhiyyəti (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gəlir”. (Mektubat s. 57) İndi bu vəziyyətdir.
Bax deyir: “Böyük dəccal şeytanın iğvası (təlqinləri) və hökmü ilə şəriəti İsəviyənin əhkamını” yəni xristian hökmlərini, “qaldırıb xristianların həyatı ictimaiyələrini” ictimai həyatlarını, “idarə edən rabitələri” birləşdirən ünsürləri, “pozaraq, anarxistliyə və Yəcüc və Məcücə zəmin hazırlayar”. Çində, Rusiyada, Laosda, Kambocada, Vyetnamda demək olar ki, dünyanın hər tərəfində bu oldu.
“Şəriəti Məhəmmədiyə Əleyhissalatu Vəssalamın” Peyğəmbərimiz (s.ə.v)-ın gətirdiyi Quran əxlaqının şərtlərini “əbədi bir qisim ehkamını nəfs və şeytanın desisələri ilə” hiylələri ilə, “qaldırmağa çalışaraq” yəni İslamın, Quranın hökmlərini qaldıraraq, “həyatı bəşəriyənin” insan həyatının “maddi və mənəvi rabitələrini” birləşdirən ünsürlərini “pozaraq” yəni sevgi, şəfqət, mərhəmət, dürüstlük, yaxşılıq, bağışlayıcılıq kimi duyğuları pozaraq “sərkeş” inadçı “və sərxoş və sərsəm nəfsləri” yəni şüursuz, idarəsiz hala gəlmiş, nə etdiyini bilməyən nəfsləri “başıboş buraxaraq hörmət və mərhəmət kimi nurani zəncirləri qırar”. Məsələn, ramazana hörmət etmir, dinə hörmət etmir, mərhəmət də yoxdur. “Mərhəmət duyğularını qırar” -deyir. Dəccal nurani zəncirləri qırar. “həvəsatı mütəaffinə” nəfs ehtirasları “bataqlığında, bir-birinə hücum etmək üçün cəbri bir sərbəstiyyət” yəni qan tökməyi, dəhşəti, terroru, təşviq edərək bu mövzuda müdhiş bir azadlıq verər, deyir. Özbaşınalıq meydana gətirər, deyir.
“Bir azadlıq vermək dəhşətli bir anarxistliyə meydan açar”. Dəhşət, terror hal-hazırda görülən şeylərdir. “O vaxt, o insanlar çox şiddətli bir zorakılıqdan başqa nəzarətdə saxlanıla bilməz”. O da edilə bilməyəcəyi üçün nəzarətdə saxlaya bilmirlər. Tək həll, elmi həlldir. Yəni maddiyyun tabiiyyun taununun ortadan qaldırılmasıdır. Maddiyyun tabiiyyun taunu nə deməkdir? Darvinist, materialist, marksist fəlsəfə deməkdir. Buna elmi cavab verməsən, məğlub olarsan.
Bax, Bədiüzzaman deyir; “Hətta indi də kommunistlik içindəki anarxistin əhəmiyyətli efradı (əhəmiyyətli fərdləri) onlardandır”. Yəni Yəcüc Məcüc dəstəsindəndir. “Bilaharə Bolşeviklik də” kommunistlik də “çox müqəddəsatı əxlaqiyə” əxlaqın müqəddəs dəyərlərinə “və qəlbiyə” qəlbin gözəl duyğularına “və insaniyəni pozduğundan,” mərhəmət, şəfqət kimi gözəl duyğuları pozduğundan “əlbəttə, əkdikləri toxumlar heç bir sərhəd və hörmət tanımayan anarxistlik məhsulunu verəcək”. Məhz hal-hazırda da bu oldu. Bediüzzaman: “Anarxiya başlayacaq” -deyir. “Çünki insan qəlbidən hörmət və mərhəmət çıxsa,” insanın qəlbindən hörmət və mərhəmət çıxsa “ağıl və zəkavət, o insanları çox dəhşətli və qəddar canavarlar hökmünə keçirər”. Yəni “Artıq siyasətlə idarə edilməzlər”. “Biz idarə edərik” fikrindədirlər. Elə bir şey olmaz. Elmi istiqamətdən ağılla, məlumatla məğlub edə bilməsən məhv olarsan, Allah əsirgəsin.
Bədiüzzamana deyirdilər: “İfrata gedirsən”. O deyirdi: “İslam Birliyi olacaq, İslam hakim olacaq, Mehdi (ə.s) çıxacaq”. O dövrün doqmatikləri də: “İfrata gedirsən, xəyali həqiqət görürsən” deyirdilər. İslam Birliyinin olması, İslamın dünyaya hakim olması bir xəyaldır, deyirdilər. Amma sən həqiqət olaraq görürsən. “Bizi də təçhil ilə” cahilliklə “təhqir edirsən”. Alçaldırsan bizi.
“Zaman Axırzamandır, getdikcə daha pisləşəcək” -deyirlər. Bax, ümidini itirmiş əxlaqsızlar. İndi də elə əxlaqsızlar var, eyni ağıldadırlar. Bədiüzzaman deyir: “Cavab olaraq deyərəm ki, niyə dünya hər kəsə tərəqqi” irəliləmə “dünyası olsun, amma” Avropa irəliləyər, Amerika irəliləyir, Çin irəliləyir, Avropa Birliyi olur, NATO olur, Birləşmiş Millətlər olur, Varşova Pakdı olur, Aralıq dəniz Birliyi olur, Şanxay birliyi olur. Hər cür birlik olur. “Niyə dünya hər kəsə tərəqqi” irəliləmə “dünyası olsun, amma təkcə” müsəlmanlar üçün təkcə “bizim üçün tədənni” alçalma və pozulma “dünyası olsun?” Bediüzzaman: “Mən də sizinlə danışmayacağam. Sizinlə heç həmsöhbət olmayacağam” -deyir. “Bu tərəfə dönürəm; gələcəkdəki insanlarla danışacağam:”
Axırzamandakı Mehdi tələbələri ilə danışacağam. Yəni bu dövrü keçdim, öz zamanımı keçdim deyir. Əlbəttə o dövrün yaxşı olan insanlarını tənzih edirik. Gələcək Mehdi qrupu, Mehdi camaatı ilə danışıram deyir. “Ey üç yüz ildən sonrakı” 1300-lər olduğu üçün 300-lərdən sonra 1400 gəlir. 1400-lərdə çıxacaq olan “Ey üç yüz ildən sonrakı yüksək əsrin arxasında gizlənmiş”. Bədiüzzaman 1400-ü yüksək əsr olaraq götürmüş. “Gizlənmiş”. Mehdi də, tələbələri də gizlidirlər. “… və sakitcə Nurun sözünü dinləyən və bir nəzər-i hafi-i qeybi (gələcəkdə baş verəcək hadisələri görəcək gizli baxış) ilə bizə tamaşa edən Səidlər, Həmzələr, Ömərlər, Osmanlar, Tahirlər, Yusuflar, Əhmədlər və sairələr! Sizlərə xitab edirəm”. Mehdi camaatına. “Başlarınızı qaldırın, “Sadaktə (doğru) söylədin” deyin”. Biz də doğru söylədin, deyirik. Çünki Mehdi tələbəsiyik. “Və belə demək sizlərə borc olsun. Bu çağdaşlarım, istərsə getsinlər məni dinləməsinlər”.
Bədiüzzaman, o dövrün xurafatçılarına, ümidsizlik və ağlını itirməyin verdiyi gücsüzlüklə, o cılız ağlı ilə axmaqca danışanlar istədiklərini danışsınlar deyir. “Tarix deyilən keçmiş dərələrindən sizin yüksək gələcəyinizə uzanan simsiz teleqrafla sizinlə danışıram”. Bax, keçmişdən sizin zamanınızla danışıram deyir. Hicri 1400-lərlə. “Nə edim, tələsdim, qışda gəldim; sizlər cənnət kimi bir baharda gələcəksiniz”. Bu Ərəb baharı deyilən hadisədir ki, hal-hazırda bu hadisə içindəyik. “İndi əkilən nur toxumları, zəmininizdə çiçək açacaq”. Sizin zəmininizdə, sizin infrastrukturunuzda onlar da çiçək açacaq deyir. İndi toxum onlardır deyir, amma sizin zamanınızda çiçək açacaqlar. O vaxta qədər toxum olaraq qalacaqlar.
Yəni Mehdi dövrünə qədər toxum olaraq qalacaqlar. Bədiüzzaman öz zamanında toxum olaraq qalacaqlarını söyləyir. Mənim zamanımda açmayacaqlar, deyir. “Biz, xidmətimizin qarşılığı olaraq sizdən bunu gözləyirik ki: Keçmiş zaman qitəsinə keçmək üçün gəldiyiniz vaxt, məzarımızı ziyarət edin;” yəni keçmiş zamanı düşünmək üçün gəldiyiniz vaxt məzarımızı ziyarət edin, “o bahar hədiyyələrindən bir neçə dənəsini mədrəsəmin məzardaşı deyilən və sümüklərimizi qonaq edən və Horhor torpağının qapıçısı olan qalanın başına taxın. O bahar hədiyyələrindən bir neçə dənəsini,”
Mehdi (ə.s)-in hədiyyə olaraq gördüyü nədirsə və tələbələrinin hədiyyə olaraq gördüyü nədirsə yerini də söyləyir hara buraxmaları lazım olduğunu. “sümüklərimizi qonaq edən və Horhor torpağının qapıçısı olan”. Yer də məlumdur. Bax, Horhorda deyir. “Qapıçısı olan qalanın başına taxın”. Horhorda olan qalaya gəlin və qalanın başına o gətirdiyiniz hədiyyələri qoyun deyir. Bədiüzzaman: “Qapıçıya tənbeh edəcəyik; bizi çağırın. Məzarımızdan “sizi təbrik edərik” sədasını eşidəcəksiniz” –deyir. “Bunu eşidəcəksiniz” -deyir. Bu, Bədiüzzamanın kəramətidir.
“Bu zamanın məməsindən bizimlə süd əmən və gözləri arxada keçmişə baxan və təsəvvürləri özləri kimi həqiqətsiz və ayrılmış bu uşaqlar, istərsə, bu kitabın gerçəklərini xəyal hesab etsinlər”. Gözləri arxada keçmişə baxırlar, deyir. Yəni önünü görmür. Tam xurafatçıların xüsusiyyətini söyləyir. “və təsəvvürləri özləri kimi həqiqətsiz”, yəni təsəvvür gücləri özləri kimi həqiqətsiz, ağlını itirmişlər və ayrılmış bu uşaqlar deyir. Yəni uşaq ağıllı olduqlarını deyir. Yəni insanın ağlını itirmək xüsusiyyəti nədir? Uşaq ağlında olur. “Ayrılan bu uşaqlar, istərsə, bu kitabın gerçəklərini xəyal hesab etsinlər” yəni İslam Birliyinin olmasını, Mehdinin çıxmasını, İsa Məsihin enməsini istədikləri qədər xəyal olaraq görsünlər. Olmayacaq bir şey kimi görsünlər. “Çünki mən bilirəm ki, bu kitabdakı məsələlər həqiqət olaraq sizdə reallaşacaq”.
Bədiüzzaman: “Bu hadisə sizin zamanınızda olacaq” -deyir. 1400 il sonrasına söyləyir. “Ey həmsöhbətlərim! Mən çox bağırıram. Çünki əsri salisi aşrın (yəni on üçüncü əsrin) minarəsinin başında dayanmışam; zahirən mədəni və dində laqeyd və fikrən keçmişin ən dərin dərələrində olanları məscidə dəvət edirəm”. Bax “zahirən mədəni və dində laqeyd və fikrən keçmişin ən dərin dərələrində olanları məscidə dəvət edirəm”. Toplanmağa dəvət edirəm. “Ey iki həyatın ruhu hökmündə olan İslamiyyəti buraxan iki ayaqlı məzarı mütəhərrik”, hərəkətli məzar kimi olan “bədbəxtlər”.
Yəni ölü, yeriyən ölü, zombilər. Bədiüzzaman: “iki ayaqlı” -deyir və bu ümidsiz və axmaq xurafatçı dəstəsini heyvan yerinə qoyur. İnsan deyə belə xitab etmir. “İslamiyyəti buraxan iki ayaqlı məzarı mütəhərrik”, hərəkətli məzar qaçqını olan “bədbəxtlər” deyir. “Gələn nəslin qapısında dayanmayın”. Xurafatçı dəstəsini deyir. Mehdini dayandırmağa çalışmayın, camaatını dayandırmağa çalışmayın, o gənclərin fəaliyyətini dayandırmağa çalışmayın, ümidsizliyi buraxın. İsa Məsih enməyəcək, Mehdi çıxmayacaq, İslam Birliyi olmayacaq, qlobal dünya var filan deməyin. Bu tip nalayiqliklə önlərinə çıxmayın, deyir. “Məzar sizi gözləyir”, onsuz da ayağınız məzara sallanmış, “çəkilin”, kənara çəkilin, xurafatçılıq etməyin. “Ta ki, İslamın əslini layiqincə kainat üzərində dalğalandıracaq olan nəsil-i cədid gəlsin”, yeni nəsil gəlsin deyir. Yəni Mehdi camaatı İslamı bütün dünyaya hakim edəcək deyir.