Şuəra surəsi, 22-76-cı ayələrinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.
“Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir”. O zaman faşist, kommunist dövlət, fironun dövləti İsrail oğullarını kölə etmişdi. Məsələn, kommunizmdə nə olur? Cəmiyyət kölə halına gəlir, elə deyilmi? Firon nə etmişdi? Bütün İsrail oğullarını, oradakı möminləri kölə etmişdi. Öz əmri altında işlədirdi. “Firon dedi ki: “Aləmlərin Rəbbi nədir? Musa dedi ki: ” Əgər qəti məlumatla inanacaqsınızsa, göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbidir”. Yəni “doğrusu budur” deyir, “sənin dediyin kimi deyil”. Yəni darvinist, materialist bir düşüncə deyil. “Ətrafındakılara dedi ki: “Eşidirsinizmi? “(Musa:) Dedi ki: “O sizin də Rəbbiniz, keçmişdəki atalarınızın da Rəbbidir”.
Bax, Firon cadu altında olduğu üçün, Musa (ə.s) yenidən təlqin edir bir daha eyni şeyi vurğulayır“. O sizin də Rəbbiniz, keçmişdəki atalarınızın da Rəbbidir”. Keçmişdəki atalarına fikri getməsin deyə, bütpərəstliyi fikirlərindən, başlarından silmək üçün: “Keçmişdəki atalarınız da pozğun idi” deyir. “Keçmişdəki atalarınızın da Rəbbi idi” deyir. “Amma onlar bilmədilər səhv etdilər” deyir”.“(Firon) Dedi ki: “Şübhəsiz, sizə göndərilmiş olan elçiniz, həqiqətən bir dəlidir”. Həll yolu tapa bilmədikləri halda dəli deyərlər. Peyğəmbərimiz (s.ə.v)-ə, hz.Musa (ə.s)-a dəli dedilər. Hz.Mehdi (ə.s)-a də dəli deyəcəklər. Çünki həll yolu tapa bilmədikləri halda dəliliklə ittiham edəcəklər. “(Musa) dedi: “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”.
Bax, hz.Musa (ə.s) qorxmur. Fironun ağılsız, qəddar, vəhşi olmasına baxmayaraq eyni mövzunu Allahın varlığını, tövhid inancını, Allahın birliyini müxtəlif dəlillərlə və daha da genişləndirərək, əhatəsini dəyişdirərək təbliğə, izah etməyə davam edir. Bir sözü bir-birinin eynisi olmur, amma vurğunu və diametrini genişləndirərək onun ağlındakı cadunu qırmaq üçün davam edir. “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə”, dərhal onu, ağlını işə salmasına (düşünməsinə) görə xəbərdar edir, çünki ağlını istifadə etmədiyini anlamışdı. Firon cadu altında ağlını itirmiş, hipnoza girmişdi. “(Musa) dedi: “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”
. Çünki onlarda müəyyən ilahlar var idi, buraya bu ilah, oraya bu biri ilah, “Hər şeyin Rəbbidir” deyincə hamısını əhatə edən bir gücün Allah olduğunu söyləyir. “(Firon) dedi ki: “And olsun”, bir də and içir, amma təbii ki, öz dininə görə and içir. Bu müsəlman andı deyil. Buradan da, küfrün də andı olduğunu anlayırıq. Dəlalətin də andı olur. Məsələn, imansızların da andı olur. “(Firon: ) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!”―dedi”. Rəsmi ideologiya, dövlət məcbur edir. Vətəndaşa: “mənim inancımda olacaqsan, əks halda həlli zindandır” deyir. “Dustaq edəcəyəm” deyir. Firon hz.Musa (ə.s)-ı həbslə qorxutmağa çalışırdı, amma həbs edə bilməmişdir. Hüquq sistemi ilə qorxutmağa çalışır. O dövrdə hüquqa dövlət hakim idi, normal halda həbsə salması lazım idi, mühakimə etməkdə hakimin mühakimə etməsi lazım idi, amma, dərin dövlət hakimiyyəti olduğuna görə, dərin dövlətdə məhkəmələr üsulu məhkəmələrdir.
Yəni dərin dövlət məhkəmələri idarə edər, təlimat verər, məhkəmə də təlimatları verilən yerinə yetirər. Yəni dərin dövlətdə hakim saxtadır. “Səni mütləq dustaq edəcəyəm” dedi. “(Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?”. Dəqiq bir dəlil gətirsəm necə, rədd edə bilməyəcəyin bir dəlil? Məsələn, biz də darvinizmə, materializmə qarşı dəqiq dəlil gətiririk, amma Firon quruluşu bunu heç bir şəkildə qəbul etməz. “(Firon) Dedi ki: “Əgər doğru söyləyirsənsə, onu gətir.” Firon adam idi, amma demokrat tərəfi də var idi, o da əcaib bir şeydi. Normal halda heç bunu dedirtməz. Çünki birbaşa həbs etdirməyə gücü var idi, atdıra bilərdi. Orada şəhid etdirə bilərdi, amma etdirmirdi.
O, xalqın fikrində bir şey (şübhə) qalmasın deyə hər vəziyyətdə fikri istiqamətdən, imani istiqamətdən tərpəniş olar, onu tamamilə ortadan qaldırım deyə düşünürdü. Yəni imani bir tərpənişin irəlidə təhlükə meydana gətirəcəyini düşünərək heç bir dəlil qalmasın deyə məşğul olurdu. “(Firon) Dedi ki: “Əgər doğru deyirsənsə, onu gətir”. Təbii ki, onu gətir deməsindəki məqsəd onu yox etmək idi. “(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu”. Əsa hər kəsin gözü qarşısında hərəkət etməyə başlayır. Əlini ürəyinin üzərinə doğru qolunun altına salır, “Əlini çəkib çıxartdı”. “Bir də (nə görürsün) o, baxanlar üçün parlayıb işıqlanmış”. Bax, həm parlamış, həm işıqlanmışdır. “(Firon) ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!” yəni çox məlumatı var, yaman cadugərdir, deyir. “Cadusu ilə sizi yurdunuzdan çıxarmaq istəyir; nə buyurursınız?”.
Bax, “Cadusu ilə sizi yurdunuzdan çıxarmaq istəyir; nə buyurursunuz?” Xalqı razı salmaq üçün, xalqı hiddətə gətirmək, veriləcək cəzanı istiqamətləndirmək üçün dövlət başçısını təhrik edir. Yəni hüquqi sistemlə təhrik edir. Yaranacaq hərəkəti məqbul hala gətirməyə çalışır. Aydındır ki, ya şəhid etmək və yaxud həbs etdirmək məqsədindədir. Amma özünü bir az da demokrat və xoş niyyətli göstərdiyi üçün, elə bir üslub verdiyi üçün birbaşa tətbiq edə bilmir. Onu uyğun hala gətirmək üçün zəmin və birliyi təhrik edərək onların dəstəyini almağa çalışır. Bax, “Cadusu ilə sizi yurdunuzdan çıxarmaq istəyir; nə buyurursunuz?”. Adamları təhrik edir. Nə ilə təhrik edir? “Malınızı, mülkünüzü əlinizdən alacaq” deyərək adamları təhrik edir.
Adam onsuz da mal-mülk dəlisidir, beynini, ağlını mal-mülklə pozub. Mal-mülk dəlisi olduğu üçün ən həssas nöqtələri sahib olduqları mal-mülklərini itirmələridir.“Sizin malınız mülkünüzü əlindən alacaq”.”Yurdunuzdan çıxarmaq istəyir”, yəni yurdunuza hakim olmaq istəyir, deyir. Onların milliyyətçi duyğularını təhrik edir, oyandırır. “Nə buyurursunuz?” deyir. Belə deyincə bir insan nə deyər? Dərhal asıb-kəsək deyəcək. “Onlar dedilər: “Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər”. Firon onlardan “öldürək” demələrini gözləyirdi. Fironun dəstəsi olan adamlar da, o dövrdə dövlətin sistemindən ötəri mübahisəyə meyilli idilər. “Onlar dedilər:
“Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər”, bunu isbat edin, yəni səhv oldub-olmadığını, bunun bir cadu olub-olmadığını isbat edək, dedilər.Təhlükəli olduğunu fikirləşiblər. “Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!”. Yəni bütün elm adamlarını yanına gətirsinlər. Firon Musanı fikrindən çıxara bilmirdi. Bunun səbəbi Tövratda hz.Mehdi (ə.s)-ın dünya hakimiyyətinə sahib olacağına dair çox şərh var. Firona aydın olur ki, Musa (ə.s) Tövratı oxumuş, araşdırmışdır. Tövratda dünya hakimiyyətini görüdükdə hz.Mehdi (ə.s)-ın, hz.Musa (ə.s)-ın bütün dünyaya hakim olacağını, hz.Musa (ə.s)-ın hakimiyyət başına keçəcəyini zənn etmiş ola bilər. Hz.Musa (ə.s) elə bir iddiada deyil.
Hz.Musa (ə.s): “Məni və qövmümü burax biz gedək, sənin vətənin, millətin sənə qalsın, bizim torpaqlarımız da sənə qalsın” deyir. Öz torpaqlarından da imtina edirlər. “Onu da sənə verəcəyik. Hər şeyi sənə verəcəyik. Biz canımızı qurtarmaq istəyirik. Sən bizi burax gedək” deyirlər. Firon da deyir ki, “Yox, siz getmək məqsədində deyilsiniz. Siz dünyaya hakim olmaq istəyirsiniz”. “Və siz Misir ölkəsinə də hakim olmaq istəyirsiniz” deyir. Halbuki, hakimiyyət hz.Mehdi (ə.s) dövründə olacaq bir hadisədir, hz.Musa (ə.s) dövründə deyil. Onlar fikri istiqamətdən üstün gələcəyindən qorxduqları üçün elmi istiqamətdən əzməyə, elmi istiqamətdən nəticələndirməyə çalışırlar.
Hal-hazırda da darvinistlər məğlub oldular, elmi istiqamətdən qalib gələ bilmək üçün bu səfər çırpınmağa başladılar, dövlətin imkanlarını istifadə etməyə başladılar. Məsələn,darvinistlər ŞEŞ TV-ni istifadə edirlər, TRT-ni istifadə edirlər. O zaman Fironun dəstəsi də belə edirdi, indi də darvinistlər bunu edir. Bu dövrün materialistləri də Firon kimi materialist düşüncədədirlər. Təbii ki, mən onlar Firondur demirəm. Amma materialist düşüncə baxımından eynidirlər. Bu səbəbdən qalib gəlmək üçün artıq dövlətin imkanlarına da sarılmış vəziyyətdədirlər. Yəni ŞEŞ TV-ni və TRT-ni istifadə etmələri və Elm Texniki jurnalında hələ də darvinist yazılar yazmaları və elmi olaraq isbat etdiyimiz halda, elmi dəlilləri heç bir şəkildə nəşr etməyə yanaşmamaları bunu göstərir.
Deməli, elmi istiqamətdən qalib gəlməyə çox əhəmiyyət verirlər. Qalib gələ bilməzlər. “Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!”. Bax, həmişə mütəxəssis, paleontologiya mütəxəssisi olur, geologiya mütəxəssisi olur. Mütəxəssis və bilikli cadugər. Bunlar da təlqin edir, səhv, yalan məlumatları verir. Məsələn, istifadə edəcəkləri heç bir şey, qalıq yoxdur. Amma şəkil olaraq istifadə edirlər. Məsələn, zülallar təsadüfən meydana gələ bilməz, amma meydana gəlirmiş kimi göstərirlər. Halbuki, hamısı olmayacağını bilir. “Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında yığıldılar”. Yəni böyük bir yığıncaq edib sehrbazları gətirirlər, məsələn, dövrümüzdəki sehrbazlar hal-hazırda nə edirlər? Geniş kütlələrə xitab edə bilmək üçün televiziyadan, radiodan istifadə edirlər.
“(Fironun xidmətçiləri tərəfindən camaata) deyildi: “Siz də yığılırsınızmı?”. Onların da gəlmələrini istəyirlər. Buradan da aydın olur ki, hz.Musa (ə.s)-ın xalq arasında təsiri olub , ona görə də camaatı çağırıb pozmağa çalışırlar. “Musaya belə vəhy etdik: “Qullarımla birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz! Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. Şübhəsiz ki, bunlar kiçik bir tayfadır!”. Məsələn, Mehdi (ə.s) camaatı da kiçik bir birlikdir. “Onlar bizi qəzəbləndirmişlər”. Baxın, dövləti təhrik etmək üçün nələr edirlər. Vətənimizi əlimizdən alacaqlar deyə bizə qarşı qiyama hazırlaşırlar, bizə qarşı qəzəblidirlər, elə deyilmi? Bunlar təhrikedici ifadələrdir.
“Biz isə qüvvətli bir camaatıq, dedi”. Yəni biz mədəni, bilikli insanlarıq, amma onlar elə deyil, deyir. “Beləliklə Biz onları (Firon və qövmünü) bağçalardan və bulaqlardan çıxardıq”. Deməli, ən gözəl yerlər onların əlindəymiş, bağçalar, bulaqlar, dövlətin zənginlikləri, millətin zənginlikləri onların idarəsində idi.“Xəzinələrdən” dövlətin xəzinəsi də onlarda idi, “və gözəl yerlərdən hamısından çıxartdıq və İsrail oğullarını oralara varis etdik”. Yəni o dövrün müsəlmanlarına varis etdik.
74-cü ayədə “Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!”―deyə cavab vermişdilər”. Darvinistlər də atalarını bu şəkildə görmüşlər. 1940-cı illərdəki ataları belə, şumerlər belə, fironun qrupu belə hamısı darvinistdirlər. “(İbrahim) demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü? Sizin və ulu babalarınızın?”. Yəni bu cürə azğın və səhv bir inanc izindəsiniz, deyir. Onun üçün bizi izləyən qardaşlarımız darvinizm mövzusunda diqqətlərini heç də dağıtmasınlar, təkidlə həm TRT-ni, həm ŞEŞ TV-ni, həm dövləti xəbərdar etsinlər, görünür ki, hal-hazırda dövlətin, hökumətin gücü çatmır. Hökumətə dəstək verək, hökumətin gücü yetmiş olsaydı TRT Tv-də bunu dayandırardılar.
Deməli, hökumətin üstündə bu bir gücdür, quruluşdur. Yəni hökumətin idarə edə bilmədiyi bir vəziyyət var. Çünki hökumət, gedin darvinizmi, materializmi izah edin deməz. Məhz bu da, dünyadakı darvinist diktatorluğun gücünü, təsir gücünü göstərir. Onun üçün hökumətə dəstək olub, təkid edilincə, hökumət sizlərin dəstəyini və təkidini lazım bilib orada bir elmi müdaxilə etmə imkanı yarana bilər, belə bir şeydə bütün Avropanı, Amerikanı qarşısına alması lazımdır. Elə bir baş nazir çıxmamışdır ki: “darvinizm bir yalandır” desin. Heç bir baş nazir bunu dünyada çıxıb deyə bilməz. Siz heç belə bir şeyin baş verdiyini eşitdinizmi?
OKTAR BABUNA: Eşitmədik müəllimim.
ADNAN OKTAR: Yəni bir baş nazir “bir zülal təsadüfən meydana gələ bilməz” deyə bilməz. Amma “darvnizmə inanıram” deyən baş nazirlər yüzlərlə, minlərlədir. Bunu hamısı deyər, böyük bir hissəsi deyər. Deməyən çox nadirdir. Bir baş nazir “350 milyon qalıq (fosil) yaradılışı isbat edir” deyə bilməz. Respublika başçısı bunu deyə bilməz. Amma “təkamül doğrudur, darvinizm doğrudur” deyərlər, inşaAllah. Məhz bu da dünyadakı darvinist diktatorluğun gücünü göstərir.