İçeriğe geç

Səba surəsi, 8-9-cu ayələrinin təfsiri

Səba surəsi, 8-9-cu ayələrinin təfsiri

ADNAN OKTAR: Səba surəsindən davam edə bilərik. Şeytandan Allaha sığınıram.

 

Səba surəsi 8-ci ayə: “Allaha qarşı özündən yalanmı düzüb uydurur?”. Deməli, Allaha qarşı yalan uydurmaq bir bəladır. Bədiüzzamana qarşı, Bədiüzzamanın üslubuna qarşı yalan uydurulduğunu görürük. Və peyğəmbərimiz (s.ə.v)-in hədislərinə, Quran ayələrinə, Bədiüzzamanın ifadələrinə yalan qarışdırmağa çalışırlar. Allah buna icazə verməz. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı da böhtan atırlar, deyirlər ki, “Allaha qarşı özündən yalan uydurur?” Peyğəmbərimiz (s.ə.v) daim doğrunu söyləyən bir insan idi. “Yoxsa bir dəliliyimi var?” Həmişə müsəlmanlara  belə böhtan atırlar. Bədiüzzamanı da bilirsiniz uzun müddət ruhi-əsəb xəstəxanasına salmışdılar. Sonra həkim Bədiüzzaman üçün “bu dəli deyil, bu dahidir” demişdir. Ağlının “qeyri-adi olduğunu” söyləyib və Bədiüzzamanı buraxmışlar. “Xeyr, axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir azğınlıq içindədirlər”. Həm əzab içindədirlər, həm də uzaq bir azğınlıq içindədirlər. Fikir, düşüncə olaraq çox qəribə bir dünyagörüşünə sahibdirlər.

 

9-cu ayə: “Onlar göydən və yerdən, önlərində və arxalarında olanı görmürlərmi?” Bax, “göydən və yerdən önlərində və arxalarında olanı görmürlərmi?” Allah izləyici və diqqətli olmağımıza da diqqət çəkib. Bax, Allah bizlərin göyü də, yeri də izləməyimizi istəyir. “Önlərində və arxalarında olanı görmürlərmi?”, yəni Allah, hər yeri izləyən, hər yeri təsbit edə bilən bir ağıla, bir texnologiyaya sahib olmağımızı istəyir. “Əgər Biz diləsək, onları yerin dibinə keçirər”. “Ya da göydən üzərlərinə parçalar salarıq”. İndi bax, bu yaxında meteoritlərin sıxlaşdığını filmlərdə göstərdik, bir neçə dəfə göstərdik. Bir daha göstərə bilərik. “Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!”. Təbii ki, bu ayənin əbcədinə də baxmaq lazımdır.

 

ADNAN OKTAR: Meteoritlərdə ağılasığmaz bir artım var. Daha əvvəl çox az ikən, birdən-birə 1980-cı illərdən sonra çoxalmağa başlayıb. Yaşadığımız dövrdə meteoritlər, sanki bulud kimi dünyanın üzərini örtmüş vəziyyətdədir, elə deyilmi? 9-cu ayəyə bax, 1999-cu ilə işarə edir, inşaAllah.

images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz