Səba surəsi, 8-9-cu ayələrinin təfsiri
ADNAN OKTAR: Səba surəsindən davam edə bilərik. Şeytandan Allaha sığınıram.
Səba surəsi 8-ci ayə: “Allaha qarşı özündən yalanmı düzüb uydurur?”. Deməli, Allaha qarşı yalan uydurmaq bir bəladır. Bədiüzzamana qarşı, Bədiüzzamanın üslubuna qarşı yalan uydurulduğunu görürük. Və peyğəmbərimiz (s.ə.v)-in hədislərinə, Quran ayələrinə, Bədiüzzamanın ifadələrinə yalan qarışdırmağa çalışırlar. Allah buna icazə verməz. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı da böhtan atırlar, deyirlər ki, “Allaha qarşı özündən yalan uydurur?” Peyğəmbərimiz (s.ə.v) daim doğrunu söyləyən bir insan idi. “Yoxsa bir dəliliyimi var?” Həmişə müsəlmanlara belə böhtan atırlar. Bədiüzzamanı da bilirsiniz uzun müddət ruhi-əsəb xəstəxanasına salmışdılar. Sonra həkim Bədiüzzaman üçün “bu dəli deyil, bu dahidir” demişdir. Ağlının “qeyri-adi olduğunu” söyləyib və Bədiüzzamanı buraxmışlar. “Xeyr, axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir azğınlıq içindədirlər”. Həm əzab içindədirlər, həm də uzaq bir azğınlıq içindədirlər. Fikir, düşüncə olaraq çox qəribə bir dünyagörüşünə sahibdirlər.
9-cu ayə: “Onlar göydən və yerdən, önlərində və arxalarında olanı görmürlərmi?” Bax, “göydən və yerdən önlərində və arxalarında olanı görmürlərmi?” Allah izləyici və diqqətli olmağımıza da diqqət çəkib. Bax, Allah bizlərin göyü də, yeri də izləməyimizi istəyir. “Önlərində və arxalarında olanı görmürlərmi?”, yəni Allah, hər yeri izləyən, hər yeri təsbit edə bilən bir ağıla, bir texnologiyaya sahib olmağımızı istəyir. “Əgər Biz diləsək, onları yerin dibinə keçirər”. “Ya da göydən üzərlərinə parçalar salarıq”. İndi bax, bu yaxında meteoritlərin sıxlaşdığını filmlərdə göstərdik, bir neçə dəfə göstərdik. Bir daha göstərə bilərik. “Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!”. Təbii ki, bu ayənin əbcədinə də baxmaq lazımdır.
ADNAN OKTAR: Meteoritlərdə ağılasığmaz bir artım var. Daha əvvəl çox az ikən, birdən-birə 1980-cı illərdən sonra çoxalmağa başlayıb. Yaşadığımız dövrdə meteoritlər, sanki bulud kimi dünyanın üzərini örtmüş vəziyyətdədir, elə deyilmi? 9-cu ayəyə bax, 1999-cu ilə işarə edir, inşaAllah.