Fələq surəsi 1-5-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram.“De ki: Səhərin Rəbbinə sığınıram”. Əbcədi 1934-cü il tarixini verir. O dövrdəki şərli hadisələrə diqqət çəkir. “Yaratdığı şeylərin şərindən”―əbcədi 1941-ci il tarixini verir. Döyüş illəridir. “Zülmətə bürünməkdə olan gecənin şərindən”. Əbcədi 1971-ci il tarixini verir. Bu tarix Türkiyədə anarxiyanın başladığı ildir. Ustad həzrətlərinin söylədiyi: “Ayrı-ayrılıqda Çingiz Xan və Hülakinin zamanındakı dəhşətli şeyləri xəbər verir. İki birləşdiyində miladi 1971 olar, o tarixdə də dəhşətli bir şərdən xəbər verir. Əgər indiki toxumları məhsulu islah olmasa, iyirmi il sonra yumruqları (zərbələri) dəhşətli olacaq” deyir. Və həqiqətən 1971-ci ildə anarxiya başladı. 1971-ci ildə Türkiyədə kommunist anarxiya başladı. Xəbərdarlıq edildi. “Düyünlərə üfürən qadınların şərindən. Və həsəd etdiyi zaman həsəd aparanın şərindən Allaha sığınıram” deyir, inşaAllah. İndi bu ayələri də açıqlayaram, amma xüsusi söhbətdə açıqlasam daha yaxşı olar. Çünki əbcədləri də, mənası da çox dəqiqdir. İndi ortalığı bir-birinə qatmaq istəmirəm.