İçeriğe geç

Quranda mehdiyyət ilə əlaqədar ayələr

Quranda mehdiyyət ilə əlaqədar ayələr

ADNAN OKTAR: Zumər surəsi 22-ci ayə. Şeytandan Allaha sığınıram. “Allah kimin köksünü (qəlbini) İslam üçün açmışsa artıq o, Rəbbindən nur üzərindədir, (elə) deyilmi?!” Əbcədi 2022-ci il tarixini verir. Şəddəsiz də 1990-cı il tarixini verir. “Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar”. Bu da dəccaliyyətə işarə edir. Quranda  mehdiyyətdən, dəccaliyyətdən bəhs edilir. Həmişə mehdilərin və dəccalların mübarizəsi Qurana hakimdir. Hansı səhifəni açırsınız açın, mehdilərlə dəccalların döyüşünü, mübarizəsini görərsiniz. Hər hansı bir səhifə açaq baxaq, Bismillah.

Şeytandan Allaha sığınıram. “Onun özlərinə heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?! Onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı”, o dövrdəki dəccaliyyət insanları haqq dindən ayırmaq üçün qızıldan  buzov heykəli düzəldiblər. Dindən azdırmaq, mehdiyyəti dayandırmaq üçün, mehdiyyətə qarşı həll axtarırdılar. Qızılla, buzov heykəli ilə, böyürən bir buzov heykəli ilə insanların gözünü bəzəməyə çalışırdılar. “Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”. Ona da unutması ilə bağlı iftira atırlar, hörmətləri yoxdur.

“Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla  yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”. Bax, Harun da orada mehdilik vəzifəsindədir, elə deyilmi? Nə deyir: “Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla  yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”. Mehdi (ə.s) isə belə deyəcək: “Siz darvinizm, materializmlə fitnəyə salındınız. Sizin əsl ilahınız Allahdır”, elə deyilmi? O zamanın mehdisi kimdir? Harun və hz.Musa (ə.s)-dır, inşaAllah.”Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!” demişdi”.

Mehdi (ə.s)-ın də əmrinə tabe olub ona itaət edəcəyik, inşaAllah. Məsələn, Allah Təala buyurur: “Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. Sizə yetişməsindən qorxma, narahat olma!”. Hal-hazırda  dəccaliyyət müsəlmanları sıxışdırır. Buna görə də, müsəlmanlar  gecə hərəkət edirlər. Gündüz göründüklərinə görə dəccalın azğınlığından xilas olmaq üçün seçilməsinlər deyə gecə qaranlığında hərəkət edirlər. “Onlar üçün dənizdə quru bir yol aç”―yəni Mehdi (ə.s)-a quru bir yol aç. Peyğəmbərimiz (s.ə.v) hədisdə deyir: “Mehdi (ə.s)” eyni şəkildə İstanbula gələrkən “quru bir yoldan keçəcək“.

Yəni boğaz körpüsündən keçəcək. Peyğəmbərimiz (s.ə.v) hədislərində Mehdi (ə.s)-ın həm çıxış yerini, həm də gəldiyi yeri ifadə edir. Və “dənizdən keçərək sahilə gələcək və bayraq  sancacaq” deyir. İstanbulun hər yerinə böyük bayraqlar sancıldı, maşaAllah, inşaAllah“. Sizə yetişmələrindən qorxma, narahat olma”. Mehdiyyətə, Mehdi (ə.s)-a yetişməyə, tutmağa, qorxu verməyə çalışacaqlar. Amma Mehdi (ə.s) onların ona yetişəcəyindən qorxmayacaq. Qorxuya qarşı cəsarətlə cavab verəcək, inşaAllah. “Firon”, yəni dəccal “Firon öz ordusu ilə onları təqib etdi. Dəniz də (qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!” Allah Dəccal ordusunu  suların içində boğub yox edir. Dəccaliyyət hal-hazırda da elmin, məlumatın içərisində boğulub itdi, inşaAllah. “Firon”, yəni dəccal “Firon öz tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı”. Deyirlər ki: “Quranda dəccal, Mehdi haradadır?” Quranın hər tərəfində  hakimdir. Hansı səhifəsini açsaq dəccallardan, mehdilərdən bəhs edilir.

 images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz