Təşbehli ayələr ilə əlaqədar şərhlər
ADNAN OKTAR: Allah Haqqə surəsinin 32-ci ayəsində buyurur: “Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!” ayədə yeddi rəqəmi keçir və bu yetmiş arşın ilə görəsən Allah bildiyimiz bir zəncirimi, yoxsa daha fərqli bilməyəcəyimiz bir sisteməmi işarə edir?
Şeytandan Allaha sığınıram. Allah Məaric surəsinin 4-cü ayəsində buyurur: “Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar”. Müəllimim, Allah məkandan münəzzəh və ucalar ucasıdır. Bu ayəni necə izah edə bilərik?
İndi zaman nisbidir. Quranda bir çox yerdə keçir, müxtəlif zaman vahidləri verilir. Amma Allah üçün zaman tək bir andır. An nədir? Ola biləcək ən qısa zamandır. Yəni sonsuz qısa zamandır. Sonsuz əvvəl və sonsuz sonra içərisindəki əlli min il olan bir gündə Allahın qatına qalxarlar. Allah onu bir gözəllik olaraq edir. Allah onu mələklərə elə qavratdırır, əlli min il olaraq qavrayırlar. Məsələn, bir başqası da, min il olaraq qavrayır, digəri bir gün olaraq, bir başqası bir saat olaraq qavrayır. O bir gözəllikdir. Məsələn, bir başqası da bir dəqiqə olaraq qavrayır. Əlli min illik yolu bir dəqiqə olaraq qavramış olur. Allah Təala xoşlarına gəlsin deyə, gözəllik olsun, əzəməti, böyüklüyü yaxşı təqdir edilsin deyə belə möcüzələr yaradır.
“Onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!” Biz bunu axirətdə görəcəyik, hal-hazırda bilmirik. Amma məsələn, biz axırzamanda Mehdi (ə.s) mövzusunda, İsa Məsih mövzusunda, axırzaman əlamətlərində insanın başında tam fərqli bir görünüş olur, hadisənin baş vermə şəkli fərqli olur, bizim başımızdakı görünüş kimi olmur. Məsələn, peyğəmbər əfəndimiz (s.ə.v) “Kəbə basqını” dedi oldu, amma kiminsə diqqətini çəkmədi. Yəni baxın İslam tarixində ilk dəfə oldu və dəqiq, amma olduğu halda belə insanın diqqətini çəkmədi. Məsələn, axirətdə adamın əlində yetmiş arşın uzunluğunda bir zəncir olduğunu görərsən. Amma incə bir zəncirdir, yetmiş arşındır. Və yaxud adamlar bizə Allah tərəfindən çox böyük bir həcmdə göstərilə bilər.
Həqiqətən, onları əhatələyən (bürüyən) zəncir yetmiş arşındır. Çünki axirətdə ağılın ixtiyarı onsuz da qalxmış olacaq. Məsələn, birdə baxarsan ki, yetmiş arşınlıq bir əzab zənciridir. Məsələn, işıqdan bir zəncirdir, adamı qucaqlamışdır (bürümüşdür) və ona əzab verir. Yaxud acı-ağrılı zəncirdir, ağrı verən bir zəncir ola bilər. Allah Təala hz.Süleyman (ə.s)-da da “zəncirlərlə bir-birinə bağlanmış şeytanlardan” bəhs edir. Bu zəncirlər bəlkə də mənəvi zəncirlərdir. Yəni ehtimalla mənəvi zəncirdir, Allahu aləm (doğrusunu Allah bilir). Çünki Mehdi (ə.s) axırzamanda dinsizləri də, ateistləri də İslama xidmət etdirəcək. Başıboş buraxılmazlar. Zəncir bir idarə sistemi də ola bilər. Zəncir adamı nəzarət ediləcək hala gətirməkdir.
Yəni insanların zərər verməyəcək hala gətirilməsidir. Mənəvi zəncirdir. Bədiüzzaman da mənəvi zəncirdən bəhs edir: “Dəccal mənəvi zəncirləri qoparar (insanlarda hörmət və mərhəmət kimi)” baxın “mənəvi zəncirləri qoparar, həvasat (həvəs) bataqlığında bir-birlərinə hücum etmək üçün cəbri (məcburi etdirilən) sərbəstlik verər”. Deməli, bir mənəvi zəncir hadisəsi var. Bədiüzzamanın şərhində də bunu görürük, hz.Süleyman (ə.s) hekayəsində də görürük. Amma axirətdəki şəkli ilə hadisə mütləq olur, amma heç təxmin etmədiyimiz bir şəkildə də ola bilər.
Məsələn, Allah adama yetmiş qat zəncir vurduğuna görə adam heç qolunu tərpədə bilməz. Məsələn, bu atəş zənciri də ola bilər, bir əzab zənciri ola bilər, bildiyimiz klassik zəncirə də bənzəyə bilər. Heç görmədiyimiz maddədən də meydana gələ bilər. Yəni bilmirik. Biz zəncir deyərkən iç-içə keçmiş halqa olaraq bilirik. O tərzdə zəncir də olmaya bilər. Yəni daha çox dəyişik texnika ilə düzəldilmiş bir zəncir də ola bilər. Allah onu eynilə bizim zehinimizdə olduğu şəkli ilə yaratmağa məcbur deyil. Allah mənim dediyim zəncir budur desə, nəzərdə tutulan zəncir odur. Onu orada görmüş olarıq. İnşaAllah.