Yusif surəsi, 44-48-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Bismillah, şeytandan Allaha sığınıram. Yusif surəsi 44-cü ayədə: “Onlar: “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik!” – deyə cavab verdilər. Çünki hz.Yusif (ə.s) çox gözəl şərh edən bir insan idi, yəni təfsir gücü yüksək idi. 45-ci ayədə: “Zindandan xilas olan oğlan bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) göndərin!” Əvvəl əhəmiyyət vermirlər, amma, orada hz.Yusif (ə.s)-ın çox ağıllı və əhəmiyyətli bir insan olduğunu bildiyi üçün gedib tapır. 46-cı ayədə: “Yusif! Ey doğru danışan adam”―peyğəmbərimiz (s.ə.v)-in ləqəbi nə idi? “Məhəmməd-ül Əmin; doğru danışan, əmin olan insan.” Hz.Yusif (ə.s)-a nə deyirlər? Ona da “doğru danışan” deyirlər.
Peyğəmbərlərdəki şəxsiyyət, həmişə eynidir. “Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi quru sünbül. Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mənasını) bilsinlər!” Məsələn, axırzaman hədislərini bizə ən mükəmməl şəkildə hz.Mehdi (ə.s) açıqlayacaq. İnsanlar qavraya bilməyəcək, anlaya bilməyəcəklər. O şərh etdikcə, o açıqladıqca, o möcüzəni anlayacağıq. Bizlər onun öncüləri olaraq bildiyimiz qədər açıqlayırıq, amma əsas hz.Mehdi (ə.s) açıqlayacaq, inşaAllah, burada da ona işarə var. Yusif hz.Mehdi (ə.s)-ı izah edən bir simvol kimi düşünə bilərik. Çünki hz.Yusif (ə.s) bir peyğəmbərdir və Allah Təala ondan nümunə götürməyimizi və ayədə Yusif surəsində çox gözəl hikmətlər olduğunu və onlardan istifadə etməyimizin lazım olduğunu söyləyir.
Hz.Süleyman (ə.s)-dan bəhs edildiyində biləcəyik ki, hz.Mehdi (ə.s)-dan bəhs edilir, axırzamana işarə edir. Çünki Allah, sırf keçmişdə olan hadisələri bilək deyə izah etmir. Allah Təalanın məqsədi oradan ibrət götürüb, öyrənməyimizdir. “Yeddi arıq inək yeddi kök (inəyin) yediyi” axırzamana bir işarə var. Əslinə baxsaq inək heyvan əti yeməz. Amma axırzamanda indi, malların bəslənməsində, çoxlu miqdarda heyvan yemi istifadə edilir. Bunlarda heyvan yemi yerinə nə istifadə edilir? Axırzamanda heyvan əti istifadə edilir, qanı, sümüyü və əti, heyvan yemi yerinə, zülal qaynağı olaraq istifadə edilir. Deməli, hadisə axırzamana işarə edir.
Mallara ət yedirirlər. 47-ci ayədə: “(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın”. Ən yaxşı əkini mühafizə etmə metodunun sünbüllə mühafizə etmək olduğunu bu il anladılar. Əkini mühafizə etməyin ən gözəl yolu sünbüllə mühafizə etmək olduğu qəzetlərdə yazıldı. Baxın, ayədə nə deyilir: “Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın”. Mühafizə etmək üçün. Xarab olmur, kiflənmir, gücünü itirmir, çox keyfiyyətli olaraq qalır, təmiz mühafizə olmuş olaraq qalır. Qırx yeddinci ayədə yeddi ildən bəhs edir. 48-ci ayədə: “Sonra bunun arxasından yeddi il quraqlıq olacaq” İqtisadi böhran neçənci ildə başladı?
2007-ci ildə başladı. Neçədə bitəcək? 2014-cü ildə bitəcək, inşaAllah. Ona işarə edir, baxın yeddi il, yeddi illik zaman halında. O dövrdə də böhran dövrü yeddi il davam etmişdi, indi də yeddi il davam edir. Mən əvvəl “böhran yeddi il davam edəcək” demişdim, insanlar: “Nə əlaqəsi var elə bir şey yoxdur, altı aya bitər, ən çox bir il çəkər” dedilər, Rəhmi Qoç və qrupu da daxil belə dedilər. Avropada dedilər: “Ən çoxu bir ilin içində bitər”.
“Yox həmyerlim, yeddi il davam edəcək” dedim, mübahisə apardılar. Sonda İMF çıxdı, rəsmi şərh etdi və dedi ki: “İqtisadi böhran yeddi il davam edəcək”. Haradan anladın? Mən söylədim, başqa qaynağın varmı? Yox. Heç bir başqa elmi qaynaq yoxdur, mənim xaricimdə açıqladıqları bir qaynaq yoxdur. Yeddi il davam edəcəyini bilirlər, mənim sözümün doğru olduğunu anladılar. Baxın, yeddi il iqtisadi böhran dalğalanaraq davam edir. Bu il yenidən iqtisadi böhran başladı. Yenidən gücləndi, dalğa artdı.