Saffat surəsi 154, 162, 171, 177, 181-182-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Quranda mehdiyyətin necə hakim olduğunu göstərmək istəyirəm. Bismillah. Şeytandan Allaha sığınıram. Haraya baxsaq mehdiyyətdir. Saffat surəsi, 154-cü ayədən başlayım. “Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç öyüd alıb düşünmürsünüz?”. Biz də darvinistlərə “Sizə nə olub, necə hökm verirsiniz?” deyirik. Ayə nə deyir? “Heç öyüd alıb düşünmürsünüz? Yoxsa sizin açıq-aşkar bir dəlilinizmi var?”.
“Dəlilinizi gətirin” deyirik, “qalıq varsa, zülallarla əlaqədar dəlil varsa, gətirin” deyirik. Ayə nə deyir? “Yoxsa sizin açıq-aşkar bir dəlilinizmi var? Əgər doğru söyləyirsinizsə elə isə gətirin kitabınızı. Onunla (Allahla) cinlər arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər”. Yəni cinlər də onların bəlanın içinə girəcəyini bilir, deyir. “Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır”. Yəni darvinistlər “Allah yoxdur, təsadüfən olduq” deyirlər. “Allahın müslis (mömin) bəndələri isə istisnadır”. Bu da mehdiyyətə işarə edir. “Nə siz, nə də ibadət etdikləriniz. Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz”.
Artıq darvinistlər kimisə fitnəyə sövq edə bilmirlər. “And olsun, (peyğəmbər olaraq) göndərilən qullarımıza (bu) sözümüz keçmişdir”. Yəni Mehdi olaraq göndərilən qullarımıza bu sözümüz keçmişdir.“Onlar mütləq qalib gələcəklər”. Mehdiyyət nədir? Dünyaya hakim olacaq, kömək və zəfər xüsusiyyətləri olacaq, inşaAllah. Əbcədi 1994-cü il tarixini verir. “Şübhəsiz bizim ordularımız labüd olaraq zəfər çalacaqlar!” Yəni Allahın ordusu dünyaya hakim olacaq. Baxın, Allah “şübhəsiz” deyir, “şübhə yoxdur” deyir. “Bizim ordularımız” Mehdi orduları, “labüd olaraq zəfər çalacaqlar“. “Elə isə sən, bir müddətə qədər onlardan üz çevir”. Yəni it-köpək dəstəsi ilə oturub həmsöhbət olma.
” Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!” Biz də deyirik ki, “on il sonra görəcəklər”, inşaAllah. “Onlar əzabımızın tezliklə gəlməyini istəyirlər? (O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) xəbərdar edilib qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq! Göndərilmişlərə (peyğəmbərlərə) salam olsun.” Mehdi (ə.s) göndərilmiş, İsa Məsih (ə.s) göndərilmişdir. Allah Təala onlara “salam olsun” deyir. “Göndərilmişlərə salam olsun və aləmlərin Rəbbi olan Allaha həmd olsun.”