Header

Nəhl surəsi, 112-113, 116-cı ayələrinin təfsiri

Aa4a

Nəhl surəsi, 112-113, 116-cı ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.112-ci ayə: “Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi”―yük maşınları ilə bir yerdən yeməklər gəlir, məsələn, İzmirdən zeytun gəlir. Başqa yerlərdən sitrus meyvələri gəlir, ət gəlir, hər şey gəlir. Məsələn, İstanbul olaraq hesab edək, yaxud hər hansı bir şəhər olaraq hesab edək. Paris də ola bilər, başqa bir yerdə ola bilər, İslam ölkəsindən bir yer. “Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. “Yəni iqtisadi böhran və terror. “And olsun, onlara öz içlərindən bir elçi”―bir Mehdi (ə.s), “gəlmişdi, lakin ona inanmadılar”. Əbcədi 2007-ci il tarixini verir. Qardaşım, bu qədər uyğunluq normal haldırmı? 150-dən çox ayə, dünya hakimiyyəti, yəni mehdiyyəti ifadə edən hansı cümlə varsa, hamısı axırzamanın tarixini verir. “Buna görə də əzab onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı”. Münafiq xurafatçılara, axırzamanın azğın, saxtakar bəzi müəllimlərinə, uyduran, xurafatçı müəllimlərinə Quranın bir işarəsi, bir izahatı, xəbərdarlığı var, inşaAllah. Allah Təalanın xəbərdarlığı Qurandadır.

“Diliniz yalana vərdiş etdiyi üçün”―münafiqlər, xurafatçılar yalançı olarlar. Quran ona diqqət çəkir. Qeyri-adi dərəcədə yalan qabiliyyətləri vardır. Xurafatçılar yalançıdırlar, normal ictimai həyatında da yalançıdırlar. Münafiq və xurafatçı yalnız din mövzusunda yalançı deyil, etdiyi bir əxlaqsızlıqda da, hər hansı məsələdə də yalançıdır. Özünü tərifləyərkən yalan danışar, bir şey izah edərkən yalan danışar, həmişə yalan danışar. Yalan onun dərmanıdır, qidasıdır. Quran buna diqqət çəkir. Bax, “Diliniz yalana vərdiş etdiyi üçün: “Bu halaldır, o haramdır!” – deməyin”. Bu halal, deyir. Nəyə görə? Mənim fikrimdir. Bu haramdır. Niyə? Bu da mənim fikrimdir. Quranda varmı? Yox. “Çünki Allaha iftira atmış olursunuz. Allaha iftira atanlar (axirət əzabından) nicat tapmazlar!”. Yalançı, saxtakar, xurafatçı (azğın) müəllimlərə inandınsa (uydunsa), xurafat alimlərinə inandınsa çöküntü başlayar. Ona görə də, müsəlmanlar çox diqqətli olmalıdırlar, inşaAllah.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313