Header

Nisa surəsi, 114-116, 120-ci ayələrinin təfsiri

Aa4a

Nisa surəsi, 114-116, 120-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala 114-cü ayədə deyir ki: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur”. Məsələn, inkarçılar bir küncə toplanır pıçıldaşaraq müsəlmanların əleyhində bir plan hazırlayır. “Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!” Mən səninlə gizli bir şey danışmaq istəyirəm deyirsə, diqqət yetirsəniz bu işin arxasından mütləq lənətlənəcək pis bir iş çıxar. İnsanların xeyrinə olan, yaxşı niyyətli gizli pıçıldaşmalar çox nadir hallarda olur.

Çox vaxt insanlar birinə söz atar, ya birinə bir böhtan atar, birinin əleyhində pis şey söyləyərlər. Onun üçün gizli pıçıldaşmadan çəkinmək lazımdır. Sözün varsa, gəl söyləyəcəyini açıq-aşkar söylə, demək lazımdır. O zaman hər kəs biləcəyi üçün söyləyə bilməyəcək. Gizlicə söyləməsinin səbəbi də elə budur. Çünki sabah, bir gün onun bir pis işi ortaya çıxarsa, “mən elə bir şey demədim” deyəcək. Şahidi varmı? Yox. Quran ona diqqət çəkir.

“Kim doğru yol aşkar olduqdan sonra, elçiyə müxalif çıxsa, peyğəmbər (s.ə.v)-ə müxalif çıxsa” axırzamanda Mehdi (ə.s)-a müxalif çıxsa, “və möminlərdən başqasının yoluna uyarsa” axırzamandakı Mehdi (ə.s)-ın camaatından başqasının yoluna uyarsa, “onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və cəhənnəmə salarıq. Ora necə də pis yerdir”. Ayənin ilk mənası budur: “Kim doğru yol aşkar olduqdan sonra”, yəni Qurana uymaq “və elçiyə müxalif çıxsa” peyğəmbər (s.ə.v)-ə müxalif çıxsa “möminlərdən başqasının yoluna uyarsa”, yəni səhabələrin yolundan başqa bir yola uyarsa, “onun istədiyi (özünün yönəldiyi) yola yönəldər”. Yəni azğın yolda buraxarıq. “Və cəhənnəmə salarıq. Ora necə də pis bir yerdir”. “Allah Ona şərik qoşmağı heç vaxt bağışlamaz”. Şərik qoşmaqdan qaçmaq lazımdır. “Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlayar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır”.

“(Şeytan) Onlara vədlər verir”. Dəccal onlara vəd verir, “ürəklərində şübhə oyadır” vəsvəsələrə salır. “Lakin Şeytan onlara yalnız yalan vədlər verir”. Məsələn, darvinizm, materializm, kommunist dünya dövləti şeytanın bir yalanıdır. “Şeytan onlara vəd verir”. Nəyi vəd verir? Dünyada bir kommunist cəmiyyəti, kommunist dünya dövləti vəd verir. Və onlara Allahsızlığı, ateizmi, darvinizmi, materializmi izah edir. “Ürəklərində şübhə oyadır”. “Zülallar təsadüfən meydana gəlir” deyir. İnsanlar qurbağa kimi bir varlıq idi, böyüdü, budaqlara ayrıldı, budaqlardan enib düzənliyə gəldi, danışmağa başladı filan, deyir, elə deyilmi? İnsanlarda şübhə oyadır, vəsvəsə verir. “Lakin Şeytan onlara yalnız yalan vədlər verir”. Allah Təala bu vədlərin hamısı yalandır, deyir. Onsuz da hal-hazırda da şeytan insanlara lağ edir.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313