Fatır surəsi, 1-3-cü ayələrinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.“Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! Allahın insanlara əta etdiyi mərhəmətə heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” Hz.Mehdi (ə.s) zamanında Allah rəhmətini yayar, artıq onu qısıb tutacaq kimsə qalmaz. Mal zibil kimi çox olar, əlhəmdulillah. “Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz” Yəni iqtisadi böhran yaradanda onu Allahdan başqa həll edəcək kimsə yoxdur. “Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?”
“Göydən və yerdən”―məsələn, indiki zamanda yeməklər təyyarələrlə gəlir, elə deyilmi? Ona da işarə edir. Yerdən maşınlarla, başqa vasitələrlə gəlir. Amma, ikinci mənası da göydən: göydəki azot bitkilərə keçir və yediyimiz ətin meydana gəlməsində, göydəki azotun torpağa qarışması və torpaqdan bitkilərə keçməsi, bitkilərdən heyvanlara keçməsi, heyvanlardan da ət olaraq bizə gəlməsidir. Göydən bizə nemət gəlmiş olur. “Və yerdən” hər cür meyvə, tərəvəz, ağaclar, bütün meyvə ağaclarını bir düşünün. Yerə milyonlarla taxtalar əkilmişdir. Taxtaların birinin ucundan banan, birinin ucundan alma, digərindən albalı, birindən nar, portağal, elə deyilmi? Allahın diləməsi ilə torpaqdan bizə nemətlər təqdim edilir. Yerə otlar girmiş, məsələn, ot kökləri girmiş; qarpızlar, qovunlar, naringilər, şaftalılar. Allah bizə hər zaman meyvə təqdim edir. Amma meyvələr xalı kimi dünyanın hər yerinə fışqırır. Bütün dünyanı rahat-rahat bəsləyir. Heyvanları da, insanları da bəsləyir. Və yerdən gecə-gündüz meyvələr fışqırmağa davam edir. Həm də dadlı, bir-birindən gözəl. Qoxuları gözəl, dadları gözəl, elə deyilmi? Tərəvəzlər növbənöv, pomidorlar, bibərlər Allah Təala tərəfindən davamlı yaradılır. Amma insanlar nankorluq etsə, günaha girmiş olarlar. Allaha şükür etməlidirlər, inşaAllah.