Header

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (25 Sentyabr 2012-ci il)

Aa4a

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (25 Sentyabr 2012-ci il)

Əbdüləziz ibn Müslim, Rəsulullah (s.ə.v)-in buyurduğuna əsasən belə rəvayət etmişdir: “Deyir ki, İmam Mehdinin nizamı, müsəlmanların qürurudur. Dinə nizam gətirər. Müsəlmanlara qürur gətirər.“

“Münafiqlərin kinini özünə çəkər (cəzb edər).” Yəni nə qədər əxlaqsız, şərəfsiz varsa, Mehdi (ə.s)-a kin bəsləyər, nifrət edər, haqqında dedi-qodu edər, əleyhinə yazılar yazar. Öz aralarında, onların fikrinə görə guya bu yolla ona zərər verəcəklər.

“Kafirlərin məğlub olmasına vəsilədir.” Yəni küffarı (kafirləri), Allaha inanmayanları elmlə, ağılla, məğlub edəcək. Çünki Mehdi (ə.s) qan axıtmayacaq. Yalnız elmlə, ağılla məğlub olmalarının vəsiləsidir.

Rəsulullah (s.ə.v ) buyurur:
“İmam Mehdi, dövrünün yeganə adamıdır ki, heç kim onun səviyyəsinə çata bilməz, heç bir alim onunla yarışa bilməz. Onun bənzəri və həyat yoldaşı olmaz.”

“Fəzilət kimi açıq görünür, bütün fəzilətlər onda cəmlənib. Amma o (İmam Mehdi), bunlara istəyərək və çalışaraq nail olmamışdır. Yəni elmlə, akademiyada təhsil alaraq, yaxud mədrəsədə təhsil alaraq, müəllimlərdən elm öyrənərək, tədqiqat apararaq, çox səy göstərərək, çox çalışaraq deyil. Əksinə bu fəzilətləri verən, Uca bəxşedici olan Allah tərəfindən ona (İmam Mehdiyə) xas edilmiş xüsusiyyətlərdir. Bəzi cahillər, bəzi kəslərin Mehdi olmağı üçün çalışması lazım olduğunu, məhz “çox cəhd etsən, Mehdi (ə.s) olarsan” kimi cahil və ağılsız ifadələr işlədirlər. Çox çalışmaqla, çox səy göstərməklə, çox oxumaqla, universitet bitirməklə, müəllimlərdən dərs almaqla, mədrəsələrdə təhsil almaqla mümkün olduğunu düşünürlər … Bu mümkün deyil, belə bir hadisə ola bilməz. Çünki, Mehdi (ə.s), Mehdi (ə.s) olaraq yaradılır. Mehdi halıyla, surəti ilə, tipiylə, bədəniylə, tarixi ilə, gəldiyi şəhər etibarilə, küfrü məğlub etməyi ilə birlikdə Allah onu Mehdi (ə.s) olaraq yaradır, onu vəsilə edir.

1298628827_www_harikasozler_net_-_cennet_kuular

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313