Möminlər canları alınıb axirətə gedərkən sağ tərəflərində və qarşılarında bir işıq vardır

 

Möminlər canları alınıb axirətə gedərkən, bilirsiniz; sağ tərəflərində bir işıq- qaranlıqdır çünki axirət- önlərində bir işıq və yanlarında da mehmandarları. Küfr əhli elə deyil, yanlarında heç kim yoxdur. Üzüstə sürünərək gedirlər. Yəni yol tapmağa çalışırlar Cəhənnəm torpağının üstündə. Möminlər iki tərəflərindən işıqla rahatlıq içindədirlər. Allah möminlərə, siz gəlin deyir. Hamısı cənnət qapılarından keçirlər. Kafirlərə də Allah, siz qalın deyir. Onlar də oradan cəhənnəmə alınırlar.

 

İman nuru insanın üstünə çökdüsə, bürüdüsə o artıq zirehdir

 

İman nuru insanın üstünə çökdüsə, bürüdüsə o artıq zirehdir. Od içinə belə girsə bayramdır. Qətranın içinə girsə bayramdır. Çünki qətranın içinə nuruyla girər, deşər. Odun içinə nuruyla girər, deşər.

 

 

Hörmətli Adnan Oktarın Əhqaf surəsindən ayə izahları

 

Əhqaf surəsi, 24-cü ayə 

Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud dedi: “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

Bir külək; onda acı bir əzab vardır.

“Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə”, Meteorit də bulud kimi gəlir göydən gələrkən. “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud dedi: “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!” Meteorit atmosferə girdikdə böyük duman şəklində girir, işıq saçaraq girir. O da; “Aa nə qədər şənlikli, çox əyləncəli bir şey olacaq hərhalda” deyir. Halbuki dünyanı deşib keçəcək meteorit olmuş olur. Əlbəttə ayənin işari mənasını söyləyirəm.

 

Əhqaf surəsi, 35-ci ayə

 

Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Bu, bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi?

“Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi …” Hz. Nuh (ə.s), İbrahim (ə.s), Musa (ə.s) ulul əzm peyğəmbərlər kimi deyir Allah. “Onlara əzabın tez gəlməsini istəmə”. Yəni küfr əhli üçün əzabın gəlməsinə tələsmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Bu, bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi? Qiyamətə ayənin ifadəsində işarə vardır. Bir saat qədər çəkəcəyi aydın olur ən çoxu, inşaAllah.