Header

Hörmətli Adnan Oktarın yeni izahları (12 fevral 2014)

Aa4a

HÖRMƏTLİ ADNAN OKTARIN QAF SURƏSİ VƏ FƏTH SURƏSİNDƏN AYƏ İZAHLARI

Qaf surəsi, 30-cu ayə

“O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir”.

Bu əlbəttə ki, Allahın bir təhdididir. Deyirlər: “İnsan şəfqətli, mərhəmətlidir. Allah da şəfqətli, mərhəmətlidir. Amma Allah sonsuz şəfqət sahibidir. Qullarını cəhənnəmə soxmaz”. Allah Allah. Allah qövmləri yerlə bir edirmi? Edir. Suriyanı, İraqı, Əfqanıstanı yerlə bir edir. Dünyanı cəhənnəm əzabı kimi bir əzab bürümüş vəziyyətdədir. Demək ki, Allah dediyi edilmədikdə belə bir cavab verir. Anlamamazlıqdan gəlməyin mənası yoxdur. Allahı düz, ağıllı bir məntiqlə qiymətləndirmək lazımdır.

Qaf surəsi, 31-ci ayə

“Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır”.

Yəni cənnət yaxınınızdadır mənasını verir, inşaAllah.

Fəth surəsi, 4-cü ayə

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir”.

“… qəlbinə rahatlıq göndərən Odur”. Demək ki, insanın ürəyində bir güvən hissi olduqda rahatlayır. Bəzən də Allah güvən hissini alar. İnsan dəliyə dönər. Özünü heç cür idarə edə bilməz. Allah verməsin, güvən hissi olmadıqda insan xəstə olur. Həkimə gedirlər, nə edəcəyini bilmir. “… qəlbinə rahatlıq göndərən Odur”. Məsələn, Allah rahatlığı, hüzuru aldıqda adam: “İçimdə bir narahatlıq var” -deyir. Heç cür sakitləşə bilmir. Allah qəlbindən hüzur və rahatlığı alır. Allah: “Hüzur və rahatlığı Mən endirərəm” -deyir. Onun üçün hüzur və rahatlıq böyük bir nemətdir. Adam deyir: “Onsuz da rahatam, nə var bunda?” Halbuki hüzur və rahatlıq xüsusi endirilmiş bir nemətdir. Qəlbindən hüzur və güvən hissi bir qaldırsa pərişan olar. Onu səbəbsiz bir qorxu bürüyər. Bu çox təhlükəlidir, bir bəladır. Allah hüzur, güvən, rahatlığı nemət olaraq verir. Hər kəs bu neməti çox yaxşı bilməlidirlər.

Fəth surəsi, 7-ci ayə

“Göylərin və yerin orduları Allahındır. Allah Qüdrətlidir, Müdrikdir”.

“Göylərin və yerin orduları Allahındır”. Məsələn, yerdə Çin, Rus ordusu, Türk ordusu Allahın ordusudur. Allah orduları istədiyi kimi istifadə edir. Məsələn, Suriya ordusu da Allahın əmrindədir. Hamısı Allahın əmrindədir. Allah istədiyi kimi istifadə edir. İstədiyi vaxt zalıma müsəllət edir və ya məzlumu qorumaq üçün istifadə edir. İnsanlar bunun hikmətini bilə bilməz. Allah bilər. Amma insanlar axirətdə anlayarlar. Allah istəsə izah edər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313