HÖRMƏTLİ ADNAN OKTARIN TÖVBƏ SURƏSİNDƏN AYƏ ŞƏRHİ

 

Tövbə surəsi, 28-ci ayə

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Niyə? Çünki orada pislik edirlər. Pislikdə məqsəd nədir? Cinayət işləyirlər, adam öldürürlər, mömin xanımları qaçırırlar, uşaqları qaçırırlar, vəhşilik tətbiq edirlər. Pislik etdikləri üçün Allah, etdiklərinin nə olduğunu izah edir. Yoxsa Allah müşriklər üçün digər ayədə, “Onlar, sizə bir əmanətdir.” deyir, “Siz onları təhlükəsizlik içində alın.” Bax, canınızı ortaya qoyaraq, təhlükəyə ataraq. Can əzizdir, deyilmi? “Canınızı təhlükəyə ataraq onları alın, təhlükəsiz yerə qədər götürün.” deyir. “Can təhlükəsizliklərini təmin edin. Can təhlükəsizliklərini təmin etdiyinizdən əminsinizsə ondan sonra buraxın.” deyir Allah. Pislik edənə də “Pislik edir.” Deyir Allah. Adam asırsa, kəsirsə, doğrayırsa pislik edir. Pislik etmirsə, sadəcə müşrik olmuş olar. Pislik edən üçün söyləyir onu Allah. Yəni, çünki Məscidulharamda dəhşət saçırlar. Bütün müsəlmanları Kəbənin olduğu bölgədə qətl etdilər. Onlar namaz qılarkən, onları şəhid etdilər. Əzab verdilər, xanımlara həqarət etdilər. Etdikləri işlər murdar olduğu üçün onu söyləyir. Yoxsa öz halında olan bir müşrikə İslamda bir şey demək yox. Can təhlükəsizliyi təmin edilir.