MEHDİ (Ə.S) HZ. ADƏM (Ə.S)-IN DÖVRÜNDƏN BƏRİ GÖZLƏNİLİR

 

Hz. İbrahim (ə.s) dövründə gözlənilir. Sən “Yəhudilərmi gözləyir?”-deyirsən. Yəhudi onsuz da gözləyər, musəvi qaynaqlarda, Tövratda olduğu üçün gözləyər. Hz. İbrahim (ə.s) da gözləyirdi, Nuh (ə.s) da gözləyirdi. Baxın, çox heyrətləndiricidir, Hz. Adəm (ə.s) da gözləyirdi. (Moşiyah) Mehdi, hz. Adəm (ə.s)-dan etibarən gözlənilməyə başlanılmışdır. Artiq neçə min illər keçmiş fikirləşin? Rəsulullah (s.ə.v) hz. Mehdi (ə.s)-ı çox sevirdi. Ona görə ondan çox bəhs edirdi. “Mehdi, Mehdi, Mehdi”-deyərək həmişə bəhs edirdi.

Səhabələr də çox sevirdi. Hz. Əli (r.ə) öz nəslindən, övladlarından olduğu üçün çox sevirdi. Amma münafiqlər çox qəzəblənirlər. Öz aralarında təşkilat qururlar. Şiə o dövrdə gizli-gizli o zülmə qarşı ağlagəlməz şəkildə hazırlanmış, müsəlmanların silsiləsi olaraq davam etdi. Sünnilər də əlbəttə çox cəfa çəkdilər, çox əziyyətlər, əzablar çəkdilər. Amma onlar Mehdiyyəti məqbul bir intizarla gözlədilər, yəni daha sakit, daha məqbul şəkildə. Amma şiələr çox böyük bir həyəcanla gözləyərlər.

 

MÜNAFİQİ AYAQ ÜSTƏ DİK TUTMAQ KÜLÜ DİK TUTMAQ KİMİ ÇƏTİNDİR. HƏMİŞƏ PİSLİK VƏ ƏXLAQSIZLIQ İÇİNDƏDİR

Ali-İmran surəsi, 118: “Ey iman edənlər sizdən olmayanları özünüzə sirdaş etməyin”-yəni belə əxlaqsızları, münafiqləri, psixopat insanları sirdaş etməyin. “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər. Sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri isə daha böyükdür”. Həqiqətən münafiqlər çox kinlidirlər. Yəni münafiqi ayaq üstə dik tutmaq külü götürüb dik tutmaq kimi çətindir. Hər an aşar, hər an pislik içərisindədir münafiq.

Münafiqi tarazlıqda tutmaq çox çətindir. Çünki qəlbi şeytanla ittifaq halında olduğu üçün əxlaqsızlıq, pislik etməmək üçün özünü saxlaya bilməz və ən kiçik fürsətdə də pislik etmək istəyər. “Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir, kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. Yəni içində böyük kin, yəni vulkan kimi hirsi ürəyində qoruyub saxladıqlarını deyir Allah.