26/21- “Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökm (və hikmət) verdi və məni göndərilən (elçilərdən) etdi”.

26/22- “Mənə qarşı lütf-dediyin nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.

26/23- Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

26/24- Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”

26/25- Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşidirsinizmi?”

26/26- Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”

26/27- Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”

26/28- Musa dedi: “Əgər anlayırsınızsa (ağlınızı işlədə bilirsinizsə), bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”

26/29- Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”

26/30- Musa dedi: “Bəs sənə açıq-aşkar bir dəlil göstərsəm necə?”

26/31- Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”

26/32- Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.

26/33- Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.

26/34- Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!

26/35- O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”

26/36- Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,

26/37- bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.

26/38- Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.

26/39- Camaata deyildi: “Siz də yığışırsınızmı?

26/40- Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.

26/41- Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”

26/42- Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.

26/43- Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”

26/44- Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” – dedilər.

26/45- Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.

26/46- Sehrbazlar səcdəyə qapandılar

26/47- və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –

26/48- Musanın və Harunun Rəbbinə!”

26/49- Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.

26/50- Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.

26/51- Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.

26/52- Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik.

26/53- Firon şəhərlərə əsgər toplayanlar göndərdi.

26/54- O dedi: “Bunlar kiçik bir dəstədir.

26/55- Onlar bizə qarşı qəzəblidirlər.

26/56- Biz hamımız ayıq-sayıq olmalıyıq”.

26/57- Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;

26/58- xəzinələrdən və gözəl yerlərdən də qovduq.

26/59- Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.

26/60- Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar.

26/61- İki dəstə bir-birini görüncə Musanın camaatı dedi: “Artıq yaxalandıq!”

26/62- Musa dedi: “Xeyr, Şübhəsiz, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”

26/63- Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.

26/64- O birilərini də ora yaxınlaşdırdıq.

26/65- Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

26/66- O birilərini isə suya qərq etdik.

26/67- Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.

26/68- Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

Adnan Oktar: Şeytandan Allaha sığınıram, Musa dedi: “Mən onu edəndə nadan olmuşam. Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim”. Mehdi məhz bu tərəfiylə hz. Musaya bənzəyir, hədis var. Yəni qorxu mühiti olması və gizlənmək. Mehdi də bu şəkildə gizlənəcək. Bununla əlaqədar hədisi sonra oxuyacam. Amma sonradan Rəbbim mənə hökm (və hikmət) verdi və məni göndərilən (elçilərdən) etdi. Mənə qarşı lütf-dediyin nemətin də İsrail oğullarını özünə kölə etməyindir”. Firon “sənə lütf etdim” -deyir. Halbuki, o zamanki müsəlmanları, hz. Musanın tələbələrini özünə kölə etmişdir.

Firon dedi: “Aləmlərin Rəbbi nədir?” Aləmlərin Rəbbi dedikdə nəyi nəzərdə tutursan deyir, onu öyrənmək istəyir. Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” Yəni inanırsınızsa, yer, göy, ikisi arasında, yəni ayrı-ayrı Rəblər yoxdur. Yer üçün ayrı, göy üçün ayrı, arasındakılar üçün ayrı tanrı yoxdur, tək bir ilah var deyir. Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşidirsinizmi?” Lovğalanıb kinayə ilə danışır, “eşidirsinizmi?” onsuz da eşidir, yəni yüksək səslə danışır. Cahil insanlar ətrafındakılara belə nalayiq şou göstərərlər. O da elə lovğalanır. Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”. Yəni sırf sənin deyil deyir. Keçmişdəki ataların da eyni şəkildə O Allaha inanırdılar deyir. Və hər vaxt haqq din vardı, bunu söyləyir, yəni din indi ortaya çıxmadı deyir.

Aparıcı: Onsuzda həmişə vardı.

Adnan Oktar: Əlbəttə ki, həmişə vardı. Hz. Adəmdən etibarən vardır. Sənin ataların da haqq dinləri tanıdılar, gördülər, lakin sən bilmirsən deyir. Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” Hz. Musaya dəli deyir. Cübbəli də günlərdən bəri televiziyada mənim dəli olduğumu, hətta sənədimin olduğunu deyir. Mən fəxr edirəm, mən Allahın dəlisiyəm, İslamın, Quranın dəlisiyəm. Baxın, Peyğəmbərlərin hamısına dəli deyilmişdir. Rəsulullaha da dəli deyilmişdir, elə deyilmi? Bədiüzzaman həzrətlərinə də dəli deyilmişdir. Yəni çox-çox məqbul bir böhtandır, inşaAllah. Həmçinin, o sənədimiz də hərbi xəstəxana tərəfindən təkzib edildi. Tam sağlamdır deyə hərbi xəstəxana sənədi təkzib etdi. Bir də Ədli Tibbin Üst Qurulunda təkzib edildi. Yəni iki dəfə ayrı-ayrı yerlərdə təkzib edildi. Baxın, bu da sənədimizdir. Cübbəli sənəd istəyirsə, bunu götürsün.

Oktar Babuna: İmzalı, möhürlü, diaqnoz dəqiqdir, sapsağlam maşaAllah.

Adnan Oktar: Əlbəttə ki. Bu sənədi oxusun.

Oktar Babuna: Hətta bütün həkimlər də, mən də o dövrdə şahidik buna, inşaAllah.

Adnan Oktar: Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!” Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” Cübbəlinin də mənə dəli deməsiylə fəxr edirəm. Çünki biz Haqq aşiqiyik, Allahın dəlisiyik, inşaAllah, deyilmi? Allah eşqinin dəlisiyik, inşaAllah. Musa dedi: “Əgər anlayırsınızsa (ağlınızı işlədə bilirsinizsə)”, baxın, ağıl işlətmək çox əhəmiyyətlidir, deyir. “… bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”. Yenidən onu vurğulayır, çünki adam başa düşmədi, odundur. Bu tiplər elədir. Məsələn, izah et, biz söyləyirik görürsünüz, anlamır, yenidən vurğulayır. “Əgər anlayırsınızsa (ağlınızı işlədə bilirsinizsə)”, bilirsənmi nə demək istəyir? Yəni sən səfehsən, axmaqsan, ona görə başa düşmürsən demək istəyir, elə deyilmi? Axmaqlığını nəzakətli bir dillə deyir, Peyğəmbərlər nəzakətli olurlar. Bax, “Əgər anlayırsınızsa (ağlınızı işlədə bilirsinizsə)”, ağlını işlədə bilmədiyinə görə, odun olduğuna görə başa düşmür.

Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!” Despot, iddia edilən Ergenekon təşkilatı zehniyyətidir. Yəni inancı özü yaradır və “mən bir din meydana gətirdim. Buna səni zorla inandıracağam. Başqa heç bir inanc qəbul etmərəm. Mənim bir inancım var. Ona inanacaqsan” deyir. İnanmazsansa nə edərəm deyir? “Səni mütləq həbs etdirəcəyəm” ki, bu, Fironun ən yüngül cəzalarındandır. Bax, “məndən başqasına sitayiş etsən”, Fironun iddiası nədir? Bütün insanlıq, bütün heyvanlar və bitkilər Nilin palçıqlarından yaradılmışdır, yəni Darvinist, materialistdir. Buna inanacaqsansa, dost olarıq deyir. Əgər inanmazsansa, səni həbs etdirəcəyəm, deyir, baxın həbs, hz. Yusifin məkanı, hz. Mehdinin məkanı. Mehdi də həbs ediləcəkdir. Bizim ideologiyamızı müdafiə edəcəksən, anti-Darvinist, anti-materialist olmayacaqsan, yoxsa səni həbs etdirərik.

Musa dedi: “Bəs sənə açıq-aşkar bir dəlil göstərsəm necə?” Yəni mən sənə açıq dəlil gətirdim, deyir. Mehdi də çox açıq dəlillər gətirəcək. Fosillərlə, elmin bütün dəlillərilə, müasir texnologiyanın yaratdığı bütün imkanlarla dəqiq və qəti dəlillər gətirəcək. Fənin və fəlsəfənin bütün imkanlarını gözlər önünə sərəcək, inşaAllah. Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!” Madam doğru deyirsən,onda dəilini gətir baxaq, deyir. Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi”.

Ağac, taxta yerə atan kimi birdən ilan olur. Bəs təkamül vardı? Bəs Allah yarada bilmirdi təkamüllə yaradılırdı? Bəs vaxt lazım idi? Bəs milyonlarla il lazım idi, elə deyilmi? Bəs yavaş-yavaş inkişaf edirdi? Dərhal yerə atmasıyla bir neçə saniyənin içərisində, birdən ilana çevrilir və orada Fironun təkamül inancını yerlə bir etmiş olur. Hz. Mehdinin də edəcəyi budur, ilk edəcəyi budur. Yəni necə hz. Musanın ilk etdiyi təkamülü yox etməkdir, ilk təkamülü yox edir. Hz. Mehdinin də ilk edəcəyi təkamülü yox etməkdir, Darvinizmi yox etməkdir. Bunu Səid Nursi “Risalə-i Nur Külliyyatında”, 70 il əvvəl söyləyir. “Gəldiyi vaxt ilk bunu edəcək” -deyir.

“Darvinizmi, materializmi yox edəcək” -deyir. Əlini qoynundan çıxardan kimi”, belə sinəsinə soxur, sonra çıxarır. … o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu”. Əlinin dümağ çıxması onun möcüzələrindəndir. Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!” Çox bilir, amma sehrbazdır deyir. Yəni inandırmaq bacarığı ilə, sözlə sizə təsir etməyə çalışır deyir. Bu yolla insanları aldadır. Əslində həqiqi deyil, deyir. “O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?” Baxın, hadisəni siyasi nöqtəyə gətirir. Yəni bunun məqsədi din deyil, deyir. Bunun məqsədi siyasətdir. Bu iqtidar olmaq istəyir deyir, bunun məqsədi tam fərqlidir, deyir. Yəni ətrafı təhrik edib, yeni bir cinayət yaradır. Yəni məqsədi Allah rizası üçün onu dəvət edərkən, o hadisənin xüsusiyyətini tamamilə dəyişdirib yeni, tamam ayrı bir qanun maddəsinə çevirir. Dövlətə üsyan, dövləti ələ keçirmə, buna bənzər cinayətlərlə.

“O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?” Sehri ilə, necə? Onsuz da orada bir ovuc müsəlman var. Sənin nəhəng ordun var, adamların var. Ortada belə bir məqsədin olmadığı aydındır, saxtakarlıq edir. Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət”, yəni nəzarət altına al. Bunu nəzakətlə söyləyir. … və şəhərlərə adam yığanlar göndər”, nə qədər elm adamı varsa, Darvinist, materialist, ateist, boş-boş danışan dəstə varsa, hamısını yığ gətir deyir. “Bütün bilikli” baxın, mütəxəssis, məlumatlı, elm adamı, “sehrbazları sənin yanına gətirsinlər”. Elm adamlarını yığın, deyir. Baxın, məlumatlı, dəqiq, mütəxəssis, deyir. Sehrbaz deməkdəki məqsədi sözü fırladıb, demaqoqluqla insanları aldatmaqdır. Cadunun xüsusiyyəti təkrarlayaraq insanları boş bir inanca inandırmaqdır. Kütlə hipnozu yaratmaq. Məsələn, Darvinistlərin etdiyi budur. Latınca sözlər, Fransızca sözlər, düsturlar, x bərabərdir 11y-dirsə, deməli, təkamül gerçəkdir. Bu cür üslublar o dövrdə də vardı.

Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar. Bütün millətin görə biləcəyi şəkildə bir yerə gətirildilər. Məsələn, biz necə Habertürkə çıxdıq, bütün millətin gözü qarşısında, bizim qarşımıza da Darvinistləri, materialistləri gətirdilər. Necə onları belə Isparta xalçası kimi dümdüz etdik, yerlə bir etdik. O zaman orada da ona bənzər hadisələr var. Camaata deyildi: “Siz də yığışırsınızmı?”” Televiziya avtomatik insanları yığır. O dövrdə də insanlar bir yerə gətirilib, yığılır. Amma onsuz da televiziya hazır kütləyə xitab edən bir vasitədir

Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”. Qalib gəlsələr, sehrbazlara, yəni elm adamlarına tabe olacaqlar. “Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”” -deyir. Yəni o dövrün saxtakarları bunu pul və mənfəət üçün edirlər, çünki o dövrdə onu dolanışıq vasitəsi etmişlər. Adamın tutduğu yol odur, məsələn indiki Darvinistlər də, əlbəttə ki, mən onlara Fironun qrupudur demirəm, müqayisə etmirəm, amma bəzi elmi və tarixi baxımdan bənzərlik cəhətdən ifadə edirəm.

Baxın, o dövrdə də bir mənfəətçilik var, maaş alırlar, pul alırlar. Çünki, məsələn, həqiqəti izah edirik, indiki Darvinistlər də anlayırlar, amma çıxsa adamın bir xüsusiyyəti qalmayacaq, universitetdən çıxacaq. Yəni ya gedib ərik pomidor satacaq, ya da o məktəbdə işləyir deyə, iş yerində, universitetdə Darvinist fəaliyyətlərə davam edəcək. O da o zaman onu buraxmır, maaşını tərk etməmək üçün nə qədər həqiqəti görsə də əl çəkmir. İnsanlar zənn edir ki, bu insanlar həqiqətən bir şey bilir, ona görə bunu mühafizə edirlər.

Aparıcı: İnandığını müdafiə etmir.

Adnan Oktar: Əslində inanmır, əlbəttə, bu qədər dəlil qarşısında necə inansın. … bizə mükafat veriləcəkmi?” -deyirlər. Firon deyir: “Bəli”. Onsuz onları pulla tutmuşdur. “Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”. Yəni o dövrün kübar cəmiyyətinə sahib olacaqsınız, o kübar cəmiyyətin içinə girəcəksiniz, qadın, qız, əyləncə nə istəyirsə o dövrdə əldə etmiş olurlar. Pul, yəni cəmiyyətdən kənar düşməmiş olurlar. Yəni bir növ o Dəccalın, Firon Dəccalının cənnətinə, o uydurma cənnətinə girmiş olurlar. Sarayda qalırlar, saraya girib-çıxır, maaş alır, yemək, içmək, ev, hər cür imkanı var. Yaxın adamlardan olmaq da budur. Məsələn, yaxın olduğu üçün dövlət dairəsində bir işi olur, dərhal həll edilir. Bir qohumunu bir yerə təyin edilməsi lazımdır, dərhal təyin edilir. Həm pul, həm də bu mənfəətlər, bəli.

Aparıcı: Mənfəət və imkan yaradırlar.

Adnan Oktar: Əlbəttə. Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”. Əvvəl nə varsa atın baxım görək nə deyirsiniz. Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki”. Bax Allah adına deyil. O dövrün Fironu kimdirsə onun adına hərəkət edir, Allah adına yox. Halbuki, müsəlman Allah adına hərəkət edər, elə deyilmi? “… biz qalib gələcəyik!” – dedilər”. Psixoloji təbliğat aparırlar, biz beləyik, belə ağıllıyıq, belə həll edərik, belə bitirərik kimi. Bu anda da elə deyənlər var, elə deyilmi? Və bu adamlar iplərini və əsalarını atdılar. Yəni əllərindəki uydurma dəlilləri ortaya qoyurlar.

Allah Sonra Musa əsasını atdı” -deyir. … və əsa onların düzəltdikləri şeyləri uddu”. Baxın, indi biz Darvinistlərin üstlərinə fosilləri yağış kimi yağdırdıq. Altında qaldılar, üstlərinə yağış kimi daş, fosil yağır, altında qaldılar, altdan cik-cik səsləri gəlir. Körpə sincab səsi kimi. Hələ də o fosillərin altından qışqırırlar. Darvin yaşayır, babanız yaşayır deyə. Yəni istədiyin qədər sən yaşayır de. İnşaAllah. “Sehrbazlar dərhal səcdəyə qapandılar”.

Bax La İlahə İlləllah deyirlər, elə deyilmi? Musa Rəsulullah deyirlər. La İlahə İlləllah Musa Rəsulullah. O dövrdə elədir. Biz də olsaydıq, biz də elə deyəcəkdik. La İlahə İlləllah Musa Rəsulullah deyəcəkdik. Amma Məhəmmədi olduğumuz üçün La İlahə İlləllah Məhəmmədi Rəsulullah deyirik, inşaAllah. Sehrbazlar səcdəyə qapandılar və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –Musanın və Harunun Rəbbinə!””. Yəni adamlar pulu, mənfəəti hamısını bir kənara atırlar, dürüst, şəxsiyyətli adamdırlar. Musanın və Harunun Rəbbinə”. Bu çox vacibdir.

Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi Qurandakı Allaha biz inanırıq. Məslən, bir adam Allahı təsvir edir, yalnız səmaya hakimdir deyir. O, Allah o deyil. Elə deyilmi? Ya da Allahın gücü sırf yerin altındadır deyir, elə deyil. Biz Quranın təsvir etdiyi Allaha inanırıq. Tövratın, İncilin, Zəburun təsvir etdiyi Allah. Haqq İncilin, Haqq Tövratın, Haqq Zəburun və Haqq Quranın təsvir etdiyi Allah, gerçək Allaha iman edirik. Onun üçün Musa (ə.s)-ın və Harun (ə.s)-ın Rəbbinə deyir. Firavn deyə keçir. Bəli, Firavn.

Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz?”” Rəsmi ideologiya var. Sənin nə həddinə belə iman etmək, nə həddinə, nə cürətlə inanarsınız deyir. Yəni mənim dediyimi edəcəksiniz deyir.Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür”. Anti-təbliğata başlayır, yəni beyninizi yudu, böyüyünüzdür, deyir. “Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”. Bu dəfə psixopatlığa keçir.

Bax, daha əvvəl həbs, indi psixopatlıq mərhələsi, əl və ayağı çarpaz kəsmələr. İddia edilən Ergenekon təşkilatının da belə donuz bağı filan və s. var. “… hamınızı çarmıxa çəkdirəcəyəm”. Bu tam Ergenekon üslubudur. İddia edilən Ergenekonçuların üslubudur. Onlar həmişə asırlar. Adnan Menderesi asmaqları ilə fəxr edirlər. Daha əvvəlki Baş nazirləri şəhid etmələri ilə fəxr edirlər. Yəni öldürmə, asma, kəsmə iddia edilən Ergenekon Təşkilatının əsas xüsusiyyətidir. Bunların ağılları da eynidir.

Bax, aslanlara bax nə deyirlər. Onlar dedilər: “Zərər yox””. Sözün əsl mənasında dəliqanlıdırlar. Nə deyirlər, biz onsuz da öz Rəbbimizə qayıdacağıq”. Yəni əlindən gələni et, deyirlər. As, kəs, öldür nə edirsənsə et. Gəl deyirlər, elə deyilmi? Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.

Onlar, günahlarının bağışlanmasını istəyirlər, yəni onun asıb-kəsməsini əhəmiyyətli görmürlər. Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik”. Mehdi (ə.s) da gecə hərəkət edir, bilirsiniz. “Çünki siz təqib olunacaqsınız”. Yenə rəvayətlərdə Mehdi (ə.s)-ın təqib ediləcəyi yer alır. Mehdi (ə.s) o dövrdə təqib ediləcək. Yəni o bu mövzu ilə maraqlanan əlaqədar şəxslər, onu daima nəzarət altında tutacaqlar.

Aparıcı: Amma kim olduğu bilinmir, elə deyilmi?

Adnan Oktar: Mən bunu iddia edilən Ergenekon təşkilatı və Masonluq olduğunu düşünürəm. Çünki silahlı adamları deyir. Silahlı adam. Dəccalın silahlı adamları Mehdi (ə.s)-ı təqib edərlər, deyir. Yəni nə etdi, nə etmədi, telefonla danışdımı, hara getdi, oturdu-qalxdı, nə etdi hamısını izləyəcəklər. “Biz iman gətirdik aləmlərin Rəbbinə –Musanın və Harunun Rəbbinə!” -deyir, bəli. Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq” -deyirlər, Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik. Firon şəhərlərə əsgər toplayanlar göndərdi”.

Bu dəfə də Firon hərbi müdaxiləyə hazırlaşır. O dedi: “Bunlar kiçik bir dəstədir””. Mehdi (ə.s)-ın tələbələri də azdır, hz. Musa (ə.s)-ın camaatı da çox azdır. Bax, bu, ayədə çox açıq ifadə edilir. “Bunlar kiçik bir dəstədir”. Məsələn, iddia edilən Ergenekon təşkilatı da, hərbi təşkilatlanmadır. Əmrə uyğun hərəkət edirlər, silahlı bir gücdürlər. İnşaAllah. Və on minlərcə, hətta milyonlarla tərəfdarı var, xadimləri var. O dedi: “Bunlar kiçik bir dəstədir.

Onlar bizə qarşı qəzəblidirlər””. Yəni bunlar, müsəlmanlar bizə qarşı hirs bəsləyirlər. Hirs bəsləməlidirlər ki, xalqı hiddətə gətirsinlər. Yəni bunlar təhlükəli adamdırlar, bunlar hirs dolu adamdırlar, sizi asıb-kəsərlər. Hirslidirlər, ona görə də özünüzü müdafiə edin, onlar sizi əzmədən siz onları əzin. Halbuki, onlar müsəlmandırlar, məzlumdurlar, yəni onların kimlərləsə problemləri yoxdur. Hətta bizə icazə verin çıxıb gedək deyirlər. Asıb-kəsmək kimi bir iddiaları yoxdur.

Aparıcı: Amma təhrik etmək üçün.

Adnan Oktar: Bəli. Onları təhrik etmək üçün bunu söyləyirlər. Onlar bizə qarşı qəzəblidirlər”, yəni ondan nifrət etdiyinə görə, öldürməyə hazır olduğuna görə, ondan əvvəl davranıb, o da onu öldürməsi lazımdır. Bu səbəbdən onları təhrik edir. Əvvəl dövləti ələ keçirmək iddiası var, indi də belə bir iddia var. Yəni birliyinizə qarşı bir nifrət var, diqqət yetirin və intiqam alın, lazım olanı edin mesajını verir. “Biz isə ayıq bir qrupuq” Biz aydın, qabaqcıl, məlumatlı adamlarıq, deyir. Bax “Biz isə ayıq bir camaatıq”. Onların özünə qapanmış, geri düşüncəli, ağıllsız adamlar olduqları iddiasındadırlar. Quranın bir çox yerində bu iddiaları var. “Biz isə ayıq bir qrupuq” (dedi).

“Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq”. Hamısı ordu halında hz. Musa (ə.s)-ın və tələbələrinin dalınca düşürlər. Xəzinələrdən və gözəl yerlərdən də qovduq”. Məsələn, xəzinənin içindədir, oradan da adam pal-paltarını geyinib, qılıncını götürüb onların dalınca düşürlər. Böyük bir qırğın edəcəkləri üçün həyəcanlanırlar. Yəni müsəlman qırğını edəcəklər, bunlar da iddia edilən Ergenekon Təşkilatı 3 milyon müsəlmanı qətl etməyi nəzərdə tutmuşlar. 3 milyon. Bütün məhəllələrdə evlər, hər kəs təsbit edilmişdi. Başda mən olmaq üzrə. Bir görək baxaq yəni. Necə olurmuş bu iş. İnşaAllah. Xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik”.

Allah hamısına deyir, dayan deyəcəyəm, onların təsirini yox edəcəyəm, onların mallarına, mülklərinə, imkanlarına müsəlmanlar varis olacaq, deyir. Bu axırzamanda nəyə işarə edir? Türk İslam Birliyinə işarə edir. Müsəlmanların əllərindən torpaqlarını almağa, bölməyə, parçalamağa, yox etməyə cəhd etdilər, amma hamısına Türk İslam Birliyi əl qoyacaq, Allahın icazəsiylə, insaAllah. Yəni böyük bir zənginlik və güc əldə edəcəyik, inşaAllah. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar”. Günəşin doğduğu vaxt, bu ayə Mehdi (ə.s)-ın çıxış vaxtına da işarə edir. Yəni ikinci mənada buna işarə edir. Təqib daha da çoxalır. 60-cı ayə, 60 nəysə, 1960-ları düşünsək, Adnan Menderesin asıldığı dövrdür, elə deyilmi? İnşaAllah.

İki dəstə bir-birini görüncə Musanın camaatı dedi: “Artıq yaxalandıq!”” Təəssüf ki, yaxalandıq, deyirlər. Yəni Fironun ordusunu görüncə, çünki dənizin kənarındadırlar. Bu tərəf dəniz, orada da ordu var. Heyiflər olsun, tutulduq, deyirlər. Bax, Allahın aslanına, hz. Musa (ə.s)-a nə deyir. “Xeyr” dedi. “Şübhəsiz, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Əsla belə bir şey olmaz deyir. Bax, “Şübhəsiz, Rəbbim”, bax şübhəsiz deyir. “Şübhəsiz, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Mehdi (ə.s) da belədir. Əsla dayandırıla bilməz. Əsla. Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu” -deyir.

O anda Allah ya bir tsunamini səbəb edir, yaxud ona bənzər bir şey edir, dəniz tamamilə çəkilir. Amma ikiyə ayrılma deyərkən yəni belə beton kimi donma deyil. Dəniz tamamilə çəkilir. Tsunamidə dalğalar çox yüksək olur. Yəni böyük, məsələn 5 metr, 10 metr, 15 metrlik dalğa olar, yüksək olar. Yəni böyük bir dalğa yüksəkliyində meydana gəlir, geriyə çəkilir. Bu axmaqlar bəzən bu tip hadisələrlə qarşılaşdıqları üçün təəccüblənmirlər. Yəni o anda olması çox böyük möcüzədir. Çünki, məsələn ildə bir, 10 ildə bir, 5 ildə bir olan bir hadisə, o anda olmuş olur. Yaxud da 20-30 ildə olan bir hadisədir. Anlamırlar. Dəniz çəkilməsi normaldır deyə düşünürlər, qabarma-çəkilmə oldu zənn edirlər.

Adnan Oktar: Normal çəkilmədir və ordularını olduğu kimi hz. Musa (ə.s)-ın tələbələrinin dalınca atlarıyla düşürlər“Xeyr” dedi. “Şübhəsiz, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu”. Yəni dağ kimi deyincə, insanlar məsələn, 7-8 metrə çatdığını zənn edirlər. Elə deyil, dəniz tamamilə yarılır. İnşaAllah. Heç vaxt ağlın ixtiyarı qalxmaz. Yəni heç bir möcüzədə ağılın ixtiyarı qalxmaz.

Yəni insanların məcbur olaraq iman edəcəyi bir vəziyyət olmaz. Onsuz da Fironun qövmü risksiz görüb dallarınca düşürlər. Hz. Musa (ə.s)-ın qövmü də qarşıya keçdikdən sonra yenə azğınlığına davam etmişdir. Yəni ağılın ixtiyarını qaldırmadığını anlayırıq. Allah “O birilərini də bura yaxınlaşdırdıq” -deyir. Fironun ordusunu. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik”. Su qəfildən Fironun ordusunu örtür. Atlarla tam girmişkən, yəni ordunun hamısı Qırmızı dənizə girmişkən, birdən su bağlanır və hamısını udur.

Aparıcı: Firon da bunların arasındadırmı, hocam?

Adnan Oktar: Bəli, Firon da aralarındadır. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. Axırzamanın bütü nədir? Darvinizmdir. Materializmdir. Peyğəmbərlər ilk nəyi vururlar, bütləri. Mehdi (ə.s) ilk nəyi vuracaq, bütü. Axırzamanın bütü nədir? Darvinizmdir, onu çökdürəcək. Ən böyük bütdür, yəni dünya tarixinin gəlmiş-keçmiş ən böyük bütü Darvinizmdir.

Hz. Adəm (ə.s)-dan Qiyamətə qədər başqa daha böyük bir hadisə yoxdur. Yəni Darvinizm, materializm fitnəsi kimi bütün dünyanı örtən və bütün dünyanı ateist edən, 350 milyon insanın qətl edilməsinə, minlərlə şəhərin yerlə bir olmasına səbəb olan başqa heç bir pozğun Dəccali düşüncə olmamışdır. Və bu qədər geniş əhatəli, professorları, dosentləri də əhatə edən, minlərlə məktəbi, universiteti, yüz minlərlə məktəbi, universiteti əhatə edən belə bir Dəccali cərəyan heç olmamışdır. İlk dəfə olur. Və Mehdi (ə.s)-da bunu tam mənasıyla çökdürəcək.

(Adnan Oktarın 31 dekabr 2009-cu ildəki müsahibəsindən şərhlər)