ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (15 DEKABR 2010)

ADNAN OKTAR: “Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik. Yəni, Firon dəccaliyyəti və qövmünün etdikləri, etdikləri zülmü, təzyiqi, darvinist-materialist düşüncəni, inancları-“və ucaltdıqlarını darmadağın etdi. Məsələn tuğyanı, dəlaləti, ağrı-acını, insanlara təzyiq etməyi artırırdılar. Terroru və şiddəti, hər cür pis davranışları artırırlar. “Ucaltdıqlarını darmadağın etdik.”-deyir Allah. İkinci mənası da yüksəldib şeytanla əlaqə qurmaq üçün tikdikləri o daşlar, ucu piramida şəklində daşlardır. Hz. Süleyman (ə.s)-ın möhüründə də o piramidanın tərsi bir piramida vardır, tərs üçbucaq. Bir dik üçbucaq var, bir də tərs üçbucaq var. Bu şeytanı təsirsiz hala gətirmək üçün istifadə edilən vəsilələrdən biridir. Şeytana qarşı istifadə edilən vəsilələrdən biridir, bu altı bucaqlı ulduz. Hz. Süleyman (ə.s)-ın da möhürüdür bu. Şeytanı təsirsiz etmək üçün istifadə edilir. Bunun təfərrüatları var, amma mən yalnız bu qədər hissəsini deyirəm.