Adnan Oktarın Qaziantep Olay Tv-dəki canlı reportajı (15 fevral 2011)

Muminun surəsi. Bismillah. Şeytandan Allaha sığınıram. 61-cı ayə. “Məhz onlar, xeyirlərdə yarışırlar.” Xeyirlərdə yarışmaq necə olar? Var gücüylə hər kəs ən yaxşını əldə etməyə çalışacaq. “Və onlar buna görə önə keçirlər.” Deməli, dünyada bir yarış, təqva yarışı var, inşaAllah. “Heç kimə” bax, Allah bir sirr verir; “güc çatdıracağından artığını yükləmərik.” Allahın heyrət ediləcək bir möcüzəsidir. Allah heç kimə güc çatdıracağından artığını yükləmir. “Əlimizdə haqqı söyləyən bir kitab vardır.” Qədərdə bu yazılmışdır, Allah deyir. “Və onlar heç bir haqsızlığa məruz qalmazlar.” “Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.”

Bax, Quran ayələri oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz, deyir. Kimlər geri dönər? Bunu, mürtəcelər edər. Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Adam saatlarla xurafat izah edir, xurafatı ağzı açıq dinləyir. Söyləsənə; Qurandan izah et bizə, tam doğrunu izah et, bizə Kutub-i Sittədən izah et. Bizə Əhli Sünnə alimlərinin açıq əsərlərini izah et, demir. Sonuna qədər xurafatları dinləyir. “Həqiqətən, sən onları doğru olan yola çağırırsan” deyir. Bunun da əbcədi yenə mehdiyyətin dövrünü verir.

“Əgər haqq, onların həva (istək və ehtiras)larına uyacaq olsaydı” yəni Qurandan başqa bir vəziyyət olsaydı, “heç müzakirəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) məhv olmağa məruz qalardı.” İndi dünyada nə oldu? Bu oldu mu? Oldu. Bax, göylər; ozon təbəqəsi belə pozuldu. Göylər, yer; ərazi pozuldu, yer üzü ərazisi pozuldu, torpaqlar quraqlaşdı, eroziya başladı. “Bunların içində olan hər kəs (və hər şey) məhv olmağa məruz qalardı.” İnsanlar pozuldu, heyvanlar pozuldu, mühit pozuldu. “Xeyr, Biz onların öz şan və şərəf (zikr)lərini gətirmiş oluruq, lakin onlar öz zikrlərindən üz çevirirlər” deyir. Qurandan üz çevirirlər, Allah deyir. Allah dəccaliyyət dövrünü izah edir. “Yoxsa, sən onlardan xərac mı istəyirsən? Rəbbinin xəracı (dünya və axirət hədiyyəsi) daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir. Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan.” Mehdiyyətin yoluna, Haqqın yoluna, Quranın yoluna, inşaAllah. “Ancaq axirətə inanmayanlar, şübhəsiz, yoldan azanlardır” Allah deyir.