Header

Nur surəsi; 11-14 (Böhtanı təşkil edən daha çox günaha girər)

Aa4a

Adnan Oktarın 5 may 2011 A9 Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nur surəsi, 11-ci ayə “Doğrusu, uydurulmuş bir yalanla gələnlər, sizin içinizdən birlikdə davranan bir topluluqdur;” Müsəlmanlar öz içində yalandan, dedi-qodudan şiddətlə qaçacaqlar. “Siz onu özünüz üçün şər saymayın, əksinə o sizin üçün bir xeyirdir. Onlardan hər bir adama qazandığı günahdan (bir cəza) vardır. Onlardan (böhtanın-günahın) böyüyünü yüklənənə isə böyük bir əzab vardır.” Allah böhtanı təşkil edən, daha çox günaha girir, amma böhtana məruz qalanın əleyhinə olmaz deyir.

Yəni onun lehinə olar deyir. Çünki savab qazanmış olar. Böhtan atan adamın savabları da onun üstünə keçər. Bu səbəbdən, çox lehinə bir vəziyyət olmuş olar. Allah onu söyləyir. “Onu eşitdiyiniz zaman, kişi möminlər və qadın möminlərdən öz nəfsləri adına elə bir zənn edib: “Bu, açıq uydurulmuş böhtandır” demələri lazım deyildi mi?” Məsələn, müsəlmanlar haqqında, baron qəzetində bir böhtan atılır. Baxırsan saqqallı, cübbəli adam inanır. Qaz kimi inanır. Ağzı açıq, “vay-vay” deyir. Halbuki, mütləq araşdırılması lazımdır. Səmimi müsəlman, doğrudur mu, yoxsa səhvdir mi deyə araşdıracaq, inşaAllah.

Baxın, Allah deyir ki; “Ona qarşı dörd şahidlə gəlmələri lazım deyildi mi?” Dörd saleh şahid. “Şahidləri gətirmədiklərinə görə, artıq onlar Allah qatında yalançıdırlar.” Deməli, müsəlmana böhtan atmaqdan şiddətlə qaçmaq lazımdır. İsbat edilə bilmirsə xüsusilə çox dəhşətli bir vəziyyət olar. Allah deyir; “Onlar yalançıdırlar” Allah onları yalançı elan edir. Şeytandan Allaha sığınıram; 14, “Əgər Allahın dünyada və axirətdə sizin üzərinizdə fəzli və rəhməti olmasaydı, içinə daldığınız dedi-qoduya görə sizə böyük bir əzab toxunardı.” Bəzi düşüncəsiz insanlar vardır, işi gücü yoxdur oturar, müsəlmanların dedi-qodusunu edərlər. Axşama qədər dedi-qoduyla vaxt keçirərlər. Məşhurdur, müsəlmanlar bilərlər. Allah bunu qadağan edir. Baxın “daldınız” deyir, dalır çünki, özünü itirir. Dır dır dır, davamlı dedi-qoduyla vaxt keçirir. Onu, Allah çirkin bir hərəkət olaraq qadağan edir. 16-cı ayə “Onu eşitdiyiniz zaman: “Bu mövzuda söz söyləmək bizə yaraşmaz, (Allahım) Sən ucasan; bu, böyük bir böhtandır” deməyiniz lazım deyildi mi?” Bu vəziyyətdə müsəlman bu bir böhtandır deyəcək, inanmayacaq. Ya saleh dörd şahid gətirəcək, yoxsa onun sözünü etməyəcək.

quran_karim

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313