Adnan Oktarın 24 may 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Ya Allah, Bismillah. Şeytandan Allaha sığınaram. Səba surəsi, 8 “Allaha qarşı yalan mı uydurur, yoxsa özündə bir dəlilik mi var?” Bütün peyğəmbərlərə, Allahın dostlarına qarşı, həmişə eyni iddia olmuşdur; dəlilik iddiası. “Xeyr, axirətə inanmayanlar, əzabda və uzaq bir pozğunluq içindədirlər.” Həm “əzab var” deyir, “həm də uzaq bir pozğunluq içindədirlər” deyir. “Onlar, göydən və yerdən önlərində və arxalarında olanı görmürlərmi?” Yəni “diqqətləri açıq deyil mi” deyir Allah, bunu dərk edə bilmirlərmi? “Əgər Biz diləsək, onları yerin-dibinə keçirər, ya da göydən üzərlərinə parçalar atarıq.” Yəni “zəlzələ meydana gətirərəm” deyir Allah, “yerin dibinə keçirərəm, ölümlərinə səbəb olaram” deyir, “ya da göydən üzərlərinə parçalar atarıq.” Məsələn, meteoritlər daima dünyanın yanından keçir. Allah istəsə meteoritlə, dünyanı deşik- deşik edər, parça-parça edər. Çünki səmada, milyonlarla meteorit var və milyonlarla meteorit daima dünyanın yanından keçir, dəymir. Bu kimsəni maraqlandırmır. Düşünün, dünya bir qum fırtınasına tutulmuşdur, amma bir qum dənəsi belə dəymir. Yaxud düşünün, adi tüfənglə, adi güllələr atılır, dünya tam hədəfdə, lakin heç biri dəymir. Yaxud düşünün bir kürək qum götürüb atırsan, heç biri qarşıdakı o yumru kürəyə toxunmur. Göydə yağış kimi daş var və meteorit yağır. Amma dünyanın daima yanından keçir. Meteoritlər var, insanlar nə qədər rahatdırlar, deyirlər ki; “dəyməz”, öyrəşiblər, elm adamları da öyrəşib. Bu qədər kilometr kənarından keçir. Niyə o qədər kənarından keçsin? Birbaşa mərkəzindən dəyər. Dəymir. Baxın, Allah deyir ki; “göydən üzərlərinə parçalar atarıq. Heç şübhəsiz, bunda “könüldən (Allaha) yönələn” hər qul üçün bir ayə vardır.” “Bunu etmirəm deyir Allah. Amma istəsən edərəm” deyir. Səmadakı daşların nisbətini göstərən bir film vardı, onu yayımlayın, ayənin mənası daha dəqiqləşsin.

photo-qurani-kerim