ADNAN OKTARIN A9 TV VƏ KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI SÖHBƏTİ

(16 MAY 2011; 00:30)

ADNAN OKTAR: maşaAllah. Bax, deyir ki, Allah Quranda, İsra surəsi, 107-ci  ayə. Şeytandan Allaha sığınıram. Dinləyən qardaşlarımızın da şeytandan Allaha sığınması lazımdır, onu xatırladıram. “De ki: “İstər ona inanın,”  Qurana istər inanın, “…istər inanmayın: O, daha əvvəl özlərinə elm verilənlərə oxunduğu zaman,” daha əvvəl özlərinə elm verilənlər kimlərdir? Xristianlar və yəhudilər. Nə edirlərmiş? “…çənələrinin üstünə uzanaraq səcdə edərlər” deyir Allah. Həqiqətən də, yəhudilər də, xristianlar da üzüaşağı yataraq səcdə edirlər. Bizim səcdəmiz kimi deyil onların etdiyi səcdə.

Üzüaşağı uzanıb, çənəsi yerə gələcək şəkildə, belə uzanırlar. Baxın,  “…çənələri üstünə uzanaraq” üzü yerdə bu şəkildə, tam uzanırlar yəni, əllərini də açaraq. “Və deyərlər ki: Rəbbimiz Ucadır, Rəbbimizin vədi əlbəttə reallaşır.” Qurana baxışları belədir Əhli-Kitabın, deyir Allah. “Çənələri üstünə uzanıb ağlayırlar və (Quran) onların huşu (hörmətdən yaranan qorxu)larını artırır. ” Qurana qarşı laqeyd olmurlar. Nə edirlər? Bax; “çənələrinin üstünə uzanıb ağlayırlar” o qədər coşurlar, Quranın həqiqətləri qarşısında “…və (Quran) onların huşu (hörmət dolu qorxu)larını artırır.” Nə deyir bəzi insanlar? Xristianlara, yəhudilərə Quran xitab etməz. Müsəlmana mı xitab edir yalnız? Təbii ki, onlara da xitab edər, hər kəsə xitab edər. Olar mı elə şey? Buddistə də, müşrikə də, hamısına xitab edər. Bütün dünyaya gəldi Quran.

ALTUĞ BERKER: Şəkil göstərə bilərəm hocam, uyğun hesab etsəniz.

ADNAN OKTAR: Bəli.

ALTUĞ BERKER: Xristianların yerə uzanmaları.

ADNAN OKTAR: Bəli, baxın ayədə ifadə edilən budur.

ALTUĞ BERKER: Yəhudilərdə də bu şəkildədir, hocam.

ADNAN OKTAR: Tam boylu boyunca uzanırlar. “De ki: “Allah, deyə çağırın, “Rəhman” deyə çağırın, nə ilə çağırsanız; sonunda ən gözəl adlar Onundur. Namazında səsini çox yüksəltmə, çox da qısma, bu ikisi arasında (orta) bir yol tut.” Bəzən namaz qılanlar öz səsini eşitmir, mən görürəm məsciddə, başqa yerlərdə; necə olur, yanına gəlirik, heç mümkün deyil, belə şey olar mı? Yanındakı adamın eşidəcəyi qədər olması lazımdır, baxın  ayədə nə deyir Allah: “Namazında səsini çox yüksəltmə, çox da qısma,” heç eşidilmir və bir çox insan da bunu səhv bilir. Öz dediyini eşitmir, öz dediyini eşidəcək, belə olmaz.

Öz dediyini eşidincə, yanındakı insan da onu eşidər. Yanında olan insanın eşidəcəyi kimi olmalıdır. “…bu ikisi arasında (orta) bir yol tut. Və de ki: “Tərif (həmd), övlad götürməyən,” hz. İsa (ə.s) Allahın uşağı deyil. “…övlad götürməyən, mülkdə şəriki olmayan və aciz olmadığı üçün (ehtiyacı) olmayan Allahadır.” İnsanlar acizləşə bilirlər. Allah heç bir zaman aciz olmaz, heç bir şəkildə yatmaz, heç bir şəkildə acizliyə düşməz, sonsuzdur, sonsuz gücə malikdir. “Və Onu təkbir edə bildikcə təkbir et. ” Allahu Əkbər, inşaAllah. “Onu təkbir edə bildikcə təkbir et.” Azanda Allah təkbir edilir, namazda təkbir edilir, inşaAllah.

Ucalığını, böyüklüyünü söyləmiş oluruq, inşaAllah. Mənəvi cəhətdən böyükdür Allah, mənən. Böyük deyincə həcm mənasında deyil. Mənən böyükdür, çünki Allah zaman və məkandan münəzzəhdir. Zaman və məkan bizim üçündür, inşaAllah. Allah həm zamanın içindədir, həm xaricindədir. Həm məkanın içindədir, həm xaricindədir. Hər yeri əhatə etmişdir, təcəllisi olaraq, Zatı deyil. Zatını biz heç bir zaman bilməyəcəyik. Nə cənnətdə; sonsuza qədər bilməyəcəyik. Zatını ancaq Özü bilər Allah. Allahın Özünü bildiyi kimi bilmərik. Allahın bizim bilməyimizi istədiyi qədər məlumatı alacağıq biz. Allahın Özünü bildiyi kimi bilmək üçün, Əstəğfirullah, Allah olmaq lazımdır. Ancaq Allah Özünü bilər, amma bizə istədiyi qədər məlumat verir, bizim anlayacağımız qədər məlumat verər, inşaAllah.

quran_karimBaxın, o mövzunu anlamazdan gələn hocalar Quranın bu hökmünü çox yaxşı bilməlidirlər. Deməli, Əhli-Kitab, xristianlar və yəhudilər Quran oxunduğunda, eşitdiklərində boylu boyunca səcdəyə uzanırlar. Və “gözlərindən yaş gəlir, o qədər sevinərlər” deyir Allah. Səmimi bir insanın Quranı anlamaması mümkündür mü?

Nə qədər böyük bir nemətdir, saf vəhydən ibarət olan bir Kitaba tabe olmaq nə qədər böyük asanlıqdır. O birisində nəql etmiş şəxs. “Sən nə deyirsən?” “Mən belə deyirəm”. Markosa görə belə, Lukaya görə belə, dörd ayrı kitabdır. Dördü də bir-biriylə ziddiyyətlidir. Deyirlər ki; ortaq nöqtədə birləşirlər, elə şey olar mı? Qurandakı ayələr necədir? Saf vəhydir. Ziddiyyət vardır mı? 6666 ayədə heç bir ziddiyyət yoxdur. Elmlə ziddiyyət təşkil edən bir yer var mı? Heç yoxdur, mükəmməldir, inşaAllah. Cənnət, cəhənnəm açıqlamaları necədir Allahın? Mükəmməldir. Qədər mükəmməl izah edilir, hər şey mükəmməl izah edilmişdir. Təəssüf, günah deyilmi? Sən insanlara təhrif olunmuş kitab verirsən. Bir gəncin əlinə elə bir kitab verirsən, necə anlayacaq onu, necə qavrasın?