Adnan Oktarın 19 aprel 2011 A9 Tv və Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Bəli, inşaAllah. Şeytandan Allaha sığınıram. Yasin surəsi 78 “Öz yaradılışını unudaraq” o dövrün darvinist, materialistləri deyirlər ki: “Bizə bir nümunə verdi” deyir  Allah. “Dedi ki: “Çürüyüb-xarab olmuşkən, bu sümükləri kim dirildəcəkmiş? De ki: “Onları, ilk dəfə yaradıb-inşa edən dirildəcək. O, hər yaratmağı bilər.” İlk dəfə necə etdim deyir Allah? Bir dəfə etdim, bir daha edəcəyəm deyir, aydın olmayacaq nə var bunda, deyilmi? Edə bilməyən birinci dəfədə edə bilməz. Məsələn, bu qələmi bir fabrik etdisə, fabrikə siz ikinci qələmi edə bilərsinizmi deyilirmi? Təşbehdə inşaAllah səhv etmirəm. İkincini də edər, onuncunu da edər, yüzüncünüdə edər. 81,”Göyləri və yeri yaradan, onların bir bənzərini yaratmağa qadir deyilmi? Əlbəttə (elədir); O, yaradandır, biləndir.” Dünyanı, kainatı yoxdan yaratdı Allah, deyilmi? Bir daha yarada bilməz deyilərmi? Bir dəfə etmişdir, gücünü göstərmişdir, neçə dəfə istəyirsən, on dəfə mi edilməsini istəyirsən? Bir dəfə edildisə tamamdır deyilmi, inşaAllah? “Bir şeyi dilədiyi zaman, Onun əmri yalnız: “Ol” deməsidir; o da dərhal olar. “Təkamülləşmir, “dərhal olar” deyir Allah.

bankoboev-ru_koran_svyaschennaya_kniga_musulman