Adnan Oktarın 26 iyun 2011 A9 tv və tv Kayseridəki canlı söhbətindən

Adnan Oktar: Cənnətdən bəhs edir Allah 17-ci ayədə; “Ətraflarında ölümsüzlüyə çatmış gənclər gəzərlər.” Qadınlar və bəylərdən ibarət olan cənnət gəncləri var, davamlı xidmət edirlər. Allah onlara diqqət çəkir. “Qaynağından (doldurulmuş) piyalələr,” təkamülçü babalar izah etsinlər mənə; bu piyalələr, cənnət piyalələri təkamüllə mi oldu? “Gümüş qablar və qədəhlər,” şüşə qədəhlər; bəzəkli, məsələn kristaldan, zümrüddən, yaqutdan qədəhlər, “Ki bundan nə başlarında bir ağrı tutar, nə də özlərindən keçib ağılları itər.” Belə ki, şərabın baş ağrıdıcı, xəstələndirici xüsusiyyətləri var, onlar yoxdur deyir Allah. “Arzulayıb-seçəcəkləri meyvələr, canlarının çəkdiyi quş əti.” Gözəldir belə, kim bilər cənnətin qızartması necədir, kababları necədir, inşaAllah. “Və iri gözlü hurilər,” bax, dərhal gözə diqqət çəkmişdir Allah, bədənin ən əhəmiyyətli parçası olaraq. Çünki göz ən şiddətli ehtirası, eşqi ifadə edən yerdir. Alnından anlamazsan, saçından aydın olmaz, boynundan aydın olmaz. Ehtiras və eşq gözdən aydın olar. Allah deyir ki, “Və iri gözlü hurilər, sanki gizli incilər kimi” tərtəmiz, çox düzgün, möhtəşəm bir dəriyə sahibdirlər. MaşaAllah.

bankoboev-ru_koran_svyaschennaya_kniga_musulmanVaqiə surəsi 37-ci ayə; “Yoldaşlarına sevgiylə tutqun (və) həmyaşıd” deyir Allah. Sevgi olmadıqdan sonra, ehtiras olmadıqdan sonra, ət-sümük heç bir şey ifadə etməz. Allah onun üçün gözlərə diqqət çəkir. Ruh, ruhda olan o şiddətli təsir çox əhəmiyyətlidir. O zaman insan bir məna ifadə edir. Cənnətdə də eyni sistemin var olduğunu söyləyir Allah.