Dünyanın ən güclü eşidən canlısı:

PƏTƏK GÜVƏSİ

www.Kurandayaratilis.com

Eşitmək Allahın nemət olaraq yaratdığı çox əhəmiyyətli bir duyğudur. Hər canlı Allahın yaratdığı xüsusiyyətləriylə eşitməyi fərqli tezliklərdə reallaşdırır. Məsələn, pətək güvəsi dünyanın ən güclü eşidən canlısıdır.

Tədqiqatçılar pətək güvəsinin 300 kHz yüksəkliyində səs tezliklərini hiss edə bildiyini kəşf etdilər. Bu, dünya üzərində canlılar arasında bilinən ən yüksək tezlik həssaslığıdır.

İnsanlar ən çox 20 kHz tezlikdəki səsləri eşidirlər, yaş artdıqca bu 12-15 kHz dəyərinə qədər düşür. Ultrasəs dalğaları duyan delfinlər belə təxminən 160 kHz tezlikdəki səsləri qəbul edə bilirlər.

244062_15Strathclyde Universiteti (İngiltərə) Ultrasəs Mühəndislik Mərkəzi tərəfindən təşkil edilən tədqiqatda güvənin fövqəladə qavrayış qabiliyyətləri təyin olundu. Tədqiqatı idarə edən Dr. James Windmill bu məlumatı, “Güvənin bu səviyyədə səs tezliklərini eşitmə qabiliyyətinə sahib olması bizi heyrətə saldı. Bu tapıntılar ilə hava əlaqəli ultrasəsi daha yaxşı anlamağı ümid edirik “deyə açıqladı.

Havada ultrasəs istifadəsi son dərəcə çətindir, çünki yüksək tezlikdəki siqnallar havada sürətlə zəifləyirlər. Yarasalar ultrasəsi ünsiyyət üçün istifadə edirlər, artıq güvələrin də səsi çox qabaqcıl texnikalarla istifadə qabiliyyətinə sahib olduqları görüldü. Dr. Windmill və qrupu hava yolu ilə ultrasəs siqnallarını ötürmə və qəbul etmə mövzusunda anlayışlarını inkişaf etdirməyi hədəfləyirlər.

Elm adamlarının müasir texnologiya ilə istifadə etməyi ümid etdikləri hava əlaqəli ultrasəs güvələr yaradıldıqları andan etibarən milyon ildir istifadə edirlər. Bu səbəbdən, universitet təhsili almış, illərdir laboratoriyalarda təcrübə aparan elm adamlarının belə hələ inkişaf etdirə bilmədiyi bir sistemin təsadüfən təkamüllə əmələ gəldiyini iddia etmək ağıldankənar olar. Ağılı və vicdanı olan hər kəs belə üstün bir xüsusiyyətin Allah tərəfindən yaradıldığını qəbul edər. Bir ayədə Rəbbimiz belə buyurmuşdur:

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)