Nəhl surəsi, 61-68

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. 61-ci ayədə Allah deyir ki; “əgər Allah, insanları zülmlərinə görə sorğuya çəkəcək olsaydı, dünyanın üstündə (yer üzündə) canlılardan heç bir şey buraxmazdı.” Yəni; “insanlar o qədər çox səhv edirlər, o qədər çox günaha girirlər ki” deyir Allah, “əgər belə bir vəziyyətdə cəza verilməsi gərəksəydi, dünyanı yerlə bir edərdim” deyir Allah. “Ancaq onları adı qoyulmuş bir müddətə qədər təxirə salır. Onların əcəlləri gəlincə nə bir saat təxirə salına bilərlər, nə də önə alına bilərlər.” Yəni; “qədərdə nəysə o olar” deyir Allah.

Onlar özlərinin xoşlamadıqları şeyləri Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir.” Yəni; “öz xurafatçı, öz nalayiq düşüncələrinin ən gözəl olduğunu düşünürlər” deyir. “Heç şübhəsiz, atəş onlar üçündür və heç şübhəsiz onlar, (cəhənnəmdə) öndə gedənlərdir.” Yəni cəhənnəmdə əzab çəkəcəklərini ifadə edir Allah. “And olsun Allaha, səndən əvvəlki ümmətlərə də (elçilər) göndərdik.” Hər dövrdə Mehdilər var. Yəni boş olan heç bir dövr yoxdur. “Lakin, şeytan onlara  etdiklərini gözəl göstərmişdir; bu gün də onların vəlisi odur və onlar üçün acı bir əzab vardır.” Yəni,məsələn, darvinizmi və materializmi onlara gözəl göstərir. Anormal bir şey olduğunda gözəl göstərir. Qumarı, zülmü,əziyyətləri gözəl göstərir.

“Bu gün də onların vəlisi odur” yəni şeytandır “və onlar üçün acı bir əzab vardır. Biz Kitabı ancaq, haqqında ixtilafa düşdükləri şeyi onlara açıqlamağın” bax, “ixtilafa düşdükləri şeyi onlara açıqlamağın”; istər Tövratda, istər İncildə, istərsə də xurafatçıların ortaya çıxardıqları düşüncələrdə “ixtilafa düşdükləri şeyi onlara açıqlamağın və inanan bir qövmə rəhmət və hidayət olması xaricində (başqa məqsədlə) endirmədik.” Yəni; “azğın olan inancları ortadan qaldırmaq üçün endirdik” deyir Allah.

Məsələn, təslis inancı insanlara əziyyət verən bir şeydir. Allah doğrusunu söyləyir. Amma, heyrət vericidir böyük insanların, ağlı başında insanların… Yəni hz. İsa (ə.s)-ın peyğəmbər olduğu açıq şəkildə müəyyəndir. İnsan; yeyir, içir, yatır. Adamlara baxırıq; “Hz. İsa (ə.s) kimdir?” deyirik, “Allahdır” deyir, o boyda insan. Və yüz milyonlarla insan bunu söyləyir. Kabus kimidir. Gözlərimə inanmıram. Yatır, yemək yeyir, Allaha dua edir, Allahın birliyindən bəhs edir. İnsan deyir ki; “Allahdır” deyir, “Hz. İsa (ə.s)” deyir. Yəni belə bir dünya var, belə bir qəribə mühit var. Allah, bunları düzəltmək üçün Kitabın endirildiyini, eyni zamanda Kitabın bir istiqamətinin də bu olduğunu söyləyir, bu anormallığı aradan qaldırmaq üçün olduğunu söyləyir.

sqr05eft0

“Allah göydən su endirdi, ölümündən sonra yeri onunla diriltdi; eşidə bilən bir birlik üçün bunda həqiqətən bir ayə vardır.” Yəni; “eşidə bilən bir birlik üçün bunda həqiqətən bir ayə vardır.” “Mən bunda bir işarə qoydum” deyir Allah, “bu şərhdə.” Bu ayənin zahiri mənası budur; yağışla ölü torpaq dirilər. Amma hədisdə bu ayə üçün, hz. Mehdi (ə.s)-ın nüzulu ilə Allah, ölümündən sonra yeri hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə dirildəcəyinə işarə etdiyini söyləyir.

ALTUĞ BERKER: Hocam, Əbu Məhəmməd Baqir; “birbaşa hz. Mehdi (ə.s) üçün nazil olmuşdur” deyir, “bu ayə.” “Nüzul səbəbi” deyir, “hz. Mehdi (ə.s).”

ADNAN OKTAR: Bəli, “nüzul səbəbi” deyir, “Hz. Mehdi (ə.s). Əsbabı nuzül odur” deyir. “Sİzin üçün heyvanlarda da əlbəttə, ibrətlər vardır.” Məsələn, heyvanları göstəririk; hər kəs sıxılır sevə bilmədiyi üçün. Əcaib şirindirlər. Biri o birisindən şirindir, o birisi o birisindən şirindir. İnsanın ilk ağlına gələn; “bir qucaqlasam bunu. Bir sevsəm, bir öpsəm.” Yəni insan nə edəcəyini bilmir; çox şirindirlər. Saf-saf da baxırlar insana. “Sizə qarınlarındakı fers (yarı həzm edilmiş qidalar) ilə qan arasından, içənlərin boğazından asanlıqla keçən dumduru bir süd içiririk.” Yəni “qan” deyir, “bədənindəki qandan” Allah “və bədənindəki həzm edilən qidalardan dümağ, xoş ətirli süd meydana gətirirəm” deyir Allah.

İndi orada istifadə edilən vəsaitlərlə süd çox ziddir; bədənindəki həzm edilən qida ilə qan; və yaranan şey xoş ətirli süddür. Südə baxırıq; yüksək nisbətdə kalsium, yüksək nisbətdə maqnezium. Bədənin skeletində istifadə edilən əsas minerallardır. Yüksək nisbətdə D vitamini, A vitamini, B vitamini qarışıqlarının hamısı, C vitamini, içində digər bədənə faydalı əlavə maddələr, zülal, ən keyfiyyətli zülal, yəni bədənin rahatca həzm edə biləcəyi zülal və nəfis bir qoxu, karbohidrat, şəkər, süd şəkəri; hamısı onun içərisindədir, amma bədənin ehtiyacı olan hər şey, kükürdə çatana qədər, yəni saçlar üçün lazım olan, əzələlər üçün lazım olan, dırnaq üçün lazım olan, bədənin bütün orqanları üçün lazım olan hər cür vəsait ən uyğun miqdarda və ən keyfiyyətli şəkildə südün içərisində var.

Vəsait nədir? Yarı həzm edilmiş qidalar və qandır. “Onun içərisindən” Allah, “çıxarıram” deyir, “südü.” Ki onsuz da pendir, süd  naharlarda, yeməklərdə, yoqurt əsas qidalardandır. Məsələn, yoqurtun ləzzəti çox gözəldir. Pendirlər elədir, növbənöv pendirlər, yoqurtlar, ayranlar, hamısı bir-birindən ləzzətlidir.

“Xurmalıqların və üzümlüklərin meyvələrindən qurduqları çardaqlarda həm sərxoş edən içki, həm gözəl bir ruzi əldə edirsiniz.” “Xurmalıqların və üzümlüklərin meyvələrindən”. Xurmalarda, məsələn xurmanı alırıq belə xüsusi paxlava kimi, xüsusi hazırlanmış kimi. Yəni çox bol şəkər var. Qatılaşmış mürəbbə kimidir artıq. Xeyli gözəl. “Üzümlüklərin meyvələrindən”. Məsələn, qurudulmuş üzüm də çox ləzzətlidir, yaş üzüm də çox ləzzətlidir. “Çardaqlarda həm sərxoş edən içki”. Quranda “sərxoş edən içki” deyə keçirmi o ayə? Ona bir baxaq.

ALTUĞ BERKER: İnşaAllah, hocam.

ADNAN OKTAR: Bəli o tam qarşılığına baxaq. “Həm gözəl bir ruzi əldə edirsiniz. “Bəhməz, sirkə hazırlanır, üzüm suyu hazırlanır, lavaş hazırlanır, hamsı edilir. “Şübhəsiz, ağlını istifadə edə bilən bir birlik üçün, həqiqətən, bunda bir ayə vardır.” Yəni; “əgər diqqətli düşünsək, tədqiq etsək, araşdırsanız çox-çox hikmət var” deyir Allah. qurani-kc999rim-3“Xurmalıqlar və üzümlər”. Yenə şəkərli şirin yeməklərdən, buradan da bala keçir Allah. “Rəbbin bal arısına vəhy etdi: Dağlarda, ağaclarda və onların qurduqları çardaqlarda özünə evlər qur.” Bal arısına vəhy edir. “Dağlarda, ağaclarda və onların qurduqları çardaqlarda özünə evlər qur.”