Adnan Oktarın 22 aprel 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Hud surəsi, 117-ci ayə; “Xalqı, islah edən kəslər ikən, sənin Rəbbin o ölkələri zülm ilə həlak edəcək deyildi.” Yəni, bir ölkədə, bir yerdə haqqıyla təbliğ varsa; nəhy-i anil münkər, əmr-i bil maruf varsa, mehdiyyət varsa, o ölkədə zülmlə həlak olmur. Bədiüzzaman deyir ki; “Risalə-i Nurun intişarı, Türkiyənin ll Dünya müharibəsinə girməsinə maneə törətdi” deyir və Qurandan əbcədlə də buna işarə edən də şərhləri var. Həqiqətən, Risalə-i Nur külliyyatı, o dövrdə bütün Anadolunu əhatə etmişdi. Qəribə bir şəkildə dünya liderləri, dünyanı idarə edən qaranlıq güclər toplandılar, heç cür Türkiyəni döyüşə salma qərarını ala  bilmədilər. Allah aldırmadı. İblislə, şeytanla çox boğuşdular, şeytana çox təkid etdilər, amma şeytandan o icazəni heç cür ala bilmədilər. Şeytanın ağzı burulmuşdu çünki, danışa bilmədi şeytan və ll Dünya müharibəsinə Türkiyəni sala bilmədilər. Risalə-i Nurun bərəkətiylədir, inşaAllah. Allahın icazəsiylə, inşaAllah.

qurani-kc999rim-3