Tövbə surəsi, 49 (Münafiqlər dini qarmaşıq və çətin olaraq görərlər)

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Tövbə surəsi, 49 “Onlardan bir qismi “mənə icazə ver, məni fitnəyə qatma” deyər.” Deyir ki; mən indi bu müsəlman birliyi içində olmaq istəmirəm. Mən çıxım. Məni fitnəyə salırsan, siz fitnə yaşayırsınız, fitnəyə düşmüsünüz, məni də fitnə içərisinə salma” deyir. “Mən ayrılıb gedəcəyəm” deyir münafiq. Niyə deyirsən. “Qardaşım, sən burada azadlıqdan bəhs edirsən” deyir, “burada ibadətlər asandır, İslamı yaşamaq asandır, Quranı yaşamaq asandır, belə bir din olmaz ki. Mənim dinim, anladığım din,qarışıq,çətin və dolaşıqdır. Sən çox asan bir dindən bəhs edirsən” deyir. “Mən bunu qəbul etmirəm. Bu bir fitnədir” deyir, “məni fitnəyə qatma” deyir. Nə etməyim lazımdır, “mən gedirəm” deyir. Münafiqin xüsusiyyətidir. “Xəbərin olsun, onlar fitnənin lap içinə düşmüşlər.” “Getdiyi yer əsil murdarlığın içidir” deyir Allah. Hanı deyirəm, donuzun ən murdar yerinə gedər yapışar münafiq.

quran_karim