Header

Saffat surəsi, 12-24-cü ayələrin təfsiri

Aa4a

Saffat surəsi, 12-24-cü ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 19 aprel 2011-ci il tarixli müsahibəsindən Saffat surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Saffat surəsi, 12: “Sən təəccüb edirsən.” Yəni, bunların necə inkar etdiyini görən müsəlmanlar təəccüblənir, elə deyilmi?

“Bu möhtəşəm yaradılışa təəccüb edirsən”, deyir Allah.”Bu ehtişama, xromosomlardakı quruluşa, atomun quruluşuna, hüceyrənin quruluşuna, təəccüb edirsən, və onların inkar etməyinə təəccüb edirsən”, deyilir. “Onlar isə (səni) ələ salırlar.”-buyurur Allah. Yəni, “öz ağıllarına görə ələ salırlar”, deyir Allah. “Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edirlər.”-deyir Allah. Yəni, Heç cür qəbul etmirlər.

“Və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı (dirildiləcəklər)?” De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz).”” “Həm də zəlil halda dirildəcəyəm size”, deyir Allah.
“Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən (dirilib) görməyə başlayacaqlar.” Deyir Allah. Bir səslə, heyrətdən çıxarılan bir səsə, çığırtı səsi eşidiləcəyinə işarə edir ayə İnşaAllah. Bir də baxacaqlar ətrafa, dümdüz bir ərazidə, ayaq üstədirlər.

“Baxıb dayanırlar”, deyir Allah. Təəccüblənmiş, heyrətlənmiş halda, ətrafa nə oldu deyə baxıb dayanarlar. “(Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”” “Nəzərdə tutulan buymuş, həqiqətən deyilənlər doğruymuş” deyirlər. “(Onlara deyiləcək:) “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!” (Mələklərə belə əmr olunacaq:) “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini”-deyir Allah. Çünki arvadı da öz düşüncəsində olar, yaxud əri də öz düşüncəsində olar. Allah buyurur: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini.”

Əgər Darvinə, Stalinə, Marksa ibadət edibsə, nəyə ibadət edibsə Allah onları bir yerə yığacağını deyir, hamısını bir yerə gətizdirir Allah. “Allahdan başqa (ibadət etdiklərini) onları Cəhənnəm yoluna yönəldin. Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar.” Cəhənnəmin yolunda dayandırılarlar və sonra bir-bir, bitib-tükənməz sorğu-suala çağırılacaqlar. Məsələn, “sən bu insana bu zülmü niyə etdin, atomun quruluşunu həqiqətən anlamadınmı, xromosomların quruluşunu bildiyin halda niyə bilməməzlikdən gəldin? Bir albalının, bananın Allah tərəfindən yaradıldığını görə bilmədin? Gözün quruluşunu anlamadın? Beyində görünüşün yarandığını hiss edə bilmədin?” soruşulacaq.

Hamısının bir-bir cavabını verəcəklər, müddəti çox uzundur. Hətta hədisdə Peyğəmbərimiz (s.ə.v): “Çətinliyin şiddətindən çox tərləyəcəklər” , deyir. Bu sorğu-sualın yaratdığı çətinliyə görə, “tər axacaq üzərlərindən, yerə axacaq” deyir. Çünki başa düşmədikərini bir-bir izah etməlidirlər. Məsələn, “dünyanın səmada, maqmanın üzərində insanların bu qədər rahat yaşamağının təsadüf olduğu qənaətində idin, elə deyilmi?

Göy üzündə daşlar var, məsələn, milyonlarla daş var səmada, amma dünyanın üzərinə düşmür (yağmır), göydə dayanır meteoritlər, “bu təsadüfdür?”, deyəcək Allah. Meteoritlər yağış kimi yağır, amma göydə qalar, bilirsiniz. “Bunu təsadüf kimi gördün” -deyəcək Allah. Ən keyfiyyətli cihazdan da keyfiyyətli səs eşidir insan beynində, bu təsadüfdür? “Bunu necə dəyərləndirdin” deyiləcək. Hansına cavab versin? Portağalın dadı soruşulacaq, üzümün dadı soruşulacaq, hamısı soruşulacaq, yəni çox uzun müddət çəkəcək. Möminlərdə çox qısa olar sorğu-sual, müsəlmanları ruhlandırmaq üçün olacaq.

images (2)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313