Header

Ənam surəsi, 154-157,159,161-164-cü ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın may 2012-ci il müsahibəsindən Ənam surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Ənam surəsinin 159-cu ayəsində Allah: “Şübhəsiz ki, dinlərini parçalayıb”–yəni məzhəblərə, qruplara ayırıb- “firqə-firqə olanlarla”, baxın əvvəlcə dini parçalayıb məzhəblərə ayırır, sonra da məzhəblərin daxilində firqə-firqə olurlar. “Sənin heç bir əlaqən yoxdur”-deyir Allah. Bu ayə həmçinin hz. Mehdi (ə.s)-a da işarə edir. Allah: “Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir”-deyir. “Dinlərini parçalayıb firqə-firqə olanlarla”, yəni bu haramdır, Allah belə insanları lənətləyir. Müsəlman bölünməməlidir, birləşməlidir.

Şeytandan Allaha sığınıram. 161-ci ayə. “De: Həqiqətən, Rəbbim məni doğru yola”–əlhamdulillah-“həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı.” 162-ci ayə. “De: Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!.” Yəni mən Allaha təslim oldum, mənim hər şeyim Allaha aiddir. Beləliklə, həyatım da, ölümüm də, cəsədim də, öldükdən sonrakı həyatım da Allaha aiddir. 163-cü ayə. hz. İbrahim (ə.s): “Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur və mən müsəlmanların birincisiyəm”-deyir, maşaAllah.

164-cü ayə. “De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir.” Xalq arasında: “Bu işi gör günahı mənim boynumadır”-deyirlər. Ayə isə elə bir şeyin mümkün olmadığını deyir. Kim günah işləsə günahı öz boynunadır. Sonra Allah 154-cü ayədə belə buyurur:

“Sonra Biz Musaya yaxşı iş görən kimsəyə nemətimizi tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab verdik ki,-yəni Tövratı-“bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.” Çünki yəhudilərin bir qismi axirətə inanmır. Bəs Allah nə deyir? Allah: “Bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr. 155-ci ayə. “Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır”-deyir. Allah Quran haqqında: “Ona tabe olun və Allahdan qorxun.”-deyə buyurur. Bəs kim tabe olmalıdır? Dünyadakı bütün insanlar, xristianlar, yəhudilər, bir sözlə hər kəs tabe olmalıdır.

Baxın ayədə: “Ona tabe olun və Allahdan qorxun ki”–yəni Allahdan qorxun, halal və harama diqqət yetirin-“bəlkə sizə rəhm oluna”, deyilir. Allah bu təqdirdə onlara bəlkə rəhm edəcəyini bildirir. 156-cı ayə. “Biz bunu ona görə nazil etdik ki, siz: “Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik”–deməyəsiniz.” 157-ci ayə. “Və ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”–deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan –yəni Quran ayələrini- “və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?.”

Bu ayə Allahın hökmlərinə əlavələr və çıxarışlar edən xurafatçılara işarə edir. Ayələrimizdən üz döndərib onu dəyişdirənləri (təhrif edənləri) etdikləri bu qarşı çıxmalarına və dəyişiklik etdiklərinə görə çətin əzabla qarşılıq verəcəyik. Xalqımızın bir çox hissəsinin xurafatçıların ayələri necə dəyişdirdiyindən xəbərləri belə yoxdur. İnsanların əksəriyyəti Quranın hökmünün, yəni Allahın ayələrinin etibarsız olduğunu deyirlər. “Allah ayənin hökmünü qüvvədən saldı, artıq etibarsızdır”-deyirlər. Allahın ayəsi qiyamətə qədər necə etibarsız ola bilər? “Hökmü qüvvədən düşdü, etibarsız oldu”-deyirlər. Bəs neçə ayə? Bəziləri “30 ayə var”, bir qismi də “300-ə yaxın”, bəziləri də “3 ayə var” deyir. Hamısı boşboğazlıq edirlər. Çox ağılsızdırlar.

munafikmustagniyeti_clip_image001

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313