Hörmətli Adnan Oktarın 19 anvar 2013-cü ildəki söhbətindən Qələm surəsi ilə bağlı şərhləri.
ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Nun. Qələmə və sətir-sətir yazdıqlarına and olsun”. Deməli Axırzamanda yazı, kitab çox təsirli olacaq. Ona işarə edir. Çünki Peyğəmbərimiz (s.ə.v)-in zamanında Quran yazılı deyildi, əzbərdə idi. Yəni Peyğəmbərimiz (s.ə.v)-in zamanında yazılı bir kitab yox idi. Quran sonradan kitab halına gətirildi. Amma burada, “Nun. Qələmə və sətir-sətir yazdıqlarına and olsun”. Hərçənd o zamanlar dərilərin üstünə, sümük parçasının üstünə, kürək sümüklərin üstünə ayələr yazılırdı. O şəkildə mühafizə edilirdi, amma kitab halında deyildi. “Nun”; məncə “Nun” hərfi mehdiyyətə işarə edir. “Nun” hərfində elə bir işarə var düşünürəm. “Qələmə və sətir-sətir yazdıqlarına and olsun”. Yenə Axırzamanda Axırzamana baxan işarəsi ilə kitabın və təbliğin əhəmiyyətinə Allah Təalanın diqqət çəkdiyini düşünürəm.
“Sən, Rəbbinin nemətiylə bir məcnun deyilsən”. “Dəli deyilsən” deyir Allah Təala. Peyğəmbərimiz (s.ə.v)-ə xitab olmaqla birlikdə hz. Mehdi (ə.s)-a da belə bir böhtan atılacağını, günahlandırılacağını ayədən anlayırıq, inşaAllah. “Sən, Rəbbinin nemətiylə” nemətlə, “Bir məcnun” bir dəli, “deyilsən”.
“Həqiqətən, sənin üçün kəsilməyən bir savab vardır”. Dayanmadan savab qazanacaqsan, dayanmadan təbliğ edəcəksən, dini yaşayıb, ibadət edəcəksən. Həmişə xeyir istiqamətində olduğun üçün dayanmadan savab qazanacaqsan. Peyğəmbərimiz (s.ə.v) ilə bağlı işarə açıqdır, amma eyni zamanda ayə hz. Mehdi (ə.s)-a baxır.
“Və şübhəsiz, sən çox böyük bir əxlaq üzərindəsən”. Peyğəmbərimiz (s.ə.v)-in əxlaqı çox yüksək idi, bilirsiniz. Ən yüksək əxlaqa sahib idi. Hz. Mehdi (ə.s)-ın da Peyğəmbərimiz (s.ə.v)-ə bənzəyəcəyini düşündüyümüzdə hz. Mehdi (ə.s)-a işarə etdiyini anlayırıq.
“Artıq yaxında görəcəksən və onlar da görəcəklər”. Beşinci ayə, beşdə başlayır altıda bitir. Beş və altı, yəni əlli altı. Ayələrdə də işarələr olur. Ard-arda gələrək yaranan bir rəqəm vardır. O istiqamətdə qardaşlarımız bir çox şeyi həll edə bilər, inşaAllah. “Artıq yaxında görəcəksən və onlar da görəcəklər”. Deməli, yaxında bir zəfər var. Peyğəmbər (s.ə.v)-in zamanına baxmaqla birlikdə Mehdi dövründə də yaxında bir zəfər, bir gözəllik müsəlmanların lehinə bir sevinc olacağı aydın olur.
“Sizdən hansınızın “fitnəyə uyub-dəli olduğunu”. Deməli, hz. Mehdi (ə.s)-a da fitnəyə uyduğunu, fitnə içində olduğunu və dəli olduğunu, ağlını itirdiyini, yoldan çıxdığını, yolunu itirdiyini iddia edəcəklər.
“Əlbəttə, sənin Rəbbin kimin öz yolundan çıxdığını daha yaxşı biləndir”. “Dəccalın kim olduğunu daha yaxşı bilir” deyir Allah. “Kimin hidayətə çatdığını da daha yaxşı biləndir”. “Kimin Mehdi olduğunu da daha yaxşı biləndir” deyir. Hidayətə çatan mehdi deməkdir. Hidayətə çatdıran, vəsilə olan da Mehdidir.
“Bu halda yalanlayanlara itaət etmə”. Yəni xurafatçı dəstəyə, darvinistlərə, materialistlərə itaət etmə. Axırzamana işarə edən tərəfiylə söyləyirəm.
Şeytandan Allaha sığınıram. “Onlar sənin özlərinə yaranmağını (uzlaşmağını) arzu etdilər”, yəni uzlaşmağını arzu etdilər, “o zaman onlar da sənə yaranıb-uzlaşacaqdırlar”. İndi darvinistlər nə deyirlər; “Quranda da darvinizm var, gəl səninlə anlaşaq” deyirlər. Mən də dedim; “Quranda darvinizm yoxdur”, izah edirəm. “PKK mövzusunda anlaşaq” deyirlər. “PKK heç bir şey etməyəcəkdir” deyirlər. O mövzuda da razılaşa bilmərik deyirəm. “Kommunizm mövzusunda razılaşaq” deyirlər. O mövzuda da anlaşa bilmərik deyirik.
Allah Təala deyir ki: “Bunların heç birinə itaət etmə: And içib dayanan, alçaq”. Kimlərin alçaq olduqlarını Allah bizə göstərir, üslublarından, rəftarlarından görürük. Özləri də bilir, alçaq olanlar onsuz da qrup halında olurlar.
“Bacardıqca günahlandırıb pisləyən”―baxırıq internetdə, feysbukda “bacardıqca” deyir bax, “günahlandırıb, pisləyən” Başqa bir mövzu yoxdur, həmişə günahlandırır, pisləyir. Yaxşı bir şey görmür, iltifat dediyi bir mövzu yoxdur. “…Söz gətirib- aparan” bir yerdən bir xəbər alır, onu yazır. Oradan alıb xəbəri, başqa yerə aparır. Ondan sənə gətirir, ondan ona aparır, elə deyilmi? İstər internetdə, istərsə də, telefonda olsun axşama qədər əli telefonda, axşama qədər əli kompyuterdə, dayanmadan söz gətirib aparır.
“Xeyirə mane olub davam etdirən” darvinizmə qarşı mübarizəni dayandırmağa çalışır. Təbliğ edirik, onu dayandırmağa çalışır. İslam Birliyini istəyirik, dayandırmağa çalışırlar. Hz. Mehdi (ə.s)-ın çıxışını müjdələyirik, onu dayandırmağa çalışır. İsa Məsihin gəlişini müjdələyirik, onu dayandırmağa çalışır. Bax, “xeyirə mane olub davam etdirən təcavüzkar”-ağzıyla hücum edir, sözləriylə hücum edir, yazılarıyla hücum edir. Feysbuka, ora-bura girdiyimizdə baxırıq, nə qədər təcavüzkar olduqlarını görürük. Həm anarxistlik, terroristlik tərzində təcavüzkardır. Təcavüzkarlığının nəticəsi olaraq bir qismi gəlir fosillərə hücum edir, bir qismi kitabxanaçılara, kitab dükanlarına hücum edir. Bir qismi əsgərə, polisə hücum edir. “Olduqca günahkar” öz ağılınca, Qurandan kənar bir xarakter göstərir. Kimi darvinist-materialist olur, tam fərqli bir inanca girib olduqca günahkar olur.
Bir qismi Qurana inanıram deyib Qurana əlavələr edərək günahkar olur. Qatı dinçi qruplar guya Peyğəmbərimiz (s.ə.v)-in hədisləri deyə uydurma hədislər çıxararaq Allahın hökmünə qarşı çıxırlar. Günaha girmiş olurlar. Çünki Allahın hökmünü dəyişdirmək çox böyük günahdır.
Allah deyir ki: “kobud-hörmətsiz”, kobud nə deməkdir? Vurub dağıtmaqdır. Kobudluq edir. Gedir müsəlmanlara hücum edir. Allahı xatırlayırlar deyə hücum edir, fosil sərgisi edirlər deyə hücum edir, kitab paylayırlar deyə hücum edir. “Kobud-hörmətsiz” çox tərs, hörmətsiz bir üslubdan istifadə edir. “Sonra da qulağı kəsik”, yəni qadağan olunmuş, pis hərəkətləri daima edir. Qulağı kəsik, artıq tərs rəftarlarıyla məşhur olmuşdur. Belə insanlarla müsəlmanlar qarşılaşırlar.
“Mal (sərvət) və uşaqlar sahibi oldu deyə..”- mal və uşaqlar Axırzamanın, insanların bir çoxunun ən böyük hədəfi oldu. Məsələn, evlənmə proqramlarına baxırıq, mala görə; mal və uşaqlar, həmişə mövzu onun üstündə dönür. Malı və uşağı olan baxırsan lovğalanır, Allahı unudur. Halbuki, uşağı da öləcəkdir, malı da batacaqdır. Axırda da nə malı qalar nə də uşağı qalar. Amma bunların onu əbədi edəcəyini düşünür. Ayədə də var, “Mal və uşağın onu əbədi edəcəyini düşünür” deyir. Şeytandan Allaha sığınaram. “Mal (sərvət) və uşaqlar sahibi oldu deyə,”- bir qisim müsəlmanlar da elə, əsas hədəfləri evlənmək, uşaq-muşaq sahibi olmaq, rahat yaşamaqdır.
“Ona ayələrimiz oxunduğu zaman: “(Bunlar) Köhnələrin uydurma nağıllarıdır” deyən”. İndi bir çox dinsiz, ateistin iddiası budur. Quran oxunduğunda, Allahın hökmləri oxunduğunda “Köhnələrin nağılları” deyir. “Əfsanələrdən alınmışdır” deyir. “Müxtəlif əfsanələrin bir araya gətirilməsindən yaranmışdır” deyir Quran. Tövrat? “Tövrat da o şəkildədir, əfsanələrdən meydana gəlib” deyir.
Allah deyir ki: “Yaxında Biz onun xortumu (burnu) üzərinə damğa vuracağıq. Həqiqət budur ki, Biz o bağça sahiblərinə bəla verdiyimiz kimi, bunlara da bəla verdik. O zaman ki, onlar, səhər vaxtı (erkəndən və kimsəyə xəbər vermədən) onu (bağçanı) mütləq yığacaqlarına dair and içmişlərdi”. Yəni “Mütləq gələcəyəm axşam” deyir. “Mütləq bunu edəcəyik, heç bir şey olmaz” deyir. And verir, yəni “Qəti edəcəyik” deyir.
“(Bu mövzuda) Heç bir istisna etmirdilər”. Yəni “inşaAllah demirdilər” deyir Allah. Allah diləsə, demirlər. “Mütləq gələcəyəm axşam” deyir. “Mütləq bunu edəcəyik, sabah səhər bunu edəcəyik, belə inkişaf edəcəyik, belə güclənəcəyik, belə əylənəcəyik, belə uşağa qarışacağıq”. Dindarlar da “Bunlar köhnələrin nağıllarıdır” deyir. Dinə də inanmır.
“Lakin onlar, yatarkən” -yatarkən; hər hansı bir şəkildə yatmaq da ola bilər. Bir insanın yatması: axşam yatağında yata bilər, komada yata bilər, huşsuz olaraq yata bilər, hər hansı bir şəkildə yatmasıdır. “Lakin onlar, yatarkən, Rəbbin tərəfindən bir bəla” onun üstünü bürüyüb -əhatə etdi”. Fəlakət yola çıxır, bəla gəlir, onu qucaqlayıb əhatə edir. Onu orada tutur.
“Sonunda (bağça) kökündən quruyub qapqara kəsildi”. Tamamilə, Allah “Qapqara etdim” deyir. “Yandırdım və bitirdim” deyir. “Kökündən, tamamilə qapqara kəsildi” deyir.
“Nəhayət səhər vaxtı bir-birlərinə səsləndilər. “Əgər məhsulunuzu yığacaqsınızsa, tezdən qalxıb-çıxın”. “Səhər tezdən çıxın, başlayın fəaliyyətə. Nəticəni alacağıq, səhər hər şey bitəcək. Hər cür nemətə, imkana səhər qovuşacağıq, istədiyimiz hədəflərimizə çatacağıq” deyirlər. “Aralarında pıçıldaşaraq çıxıb-getdilər: Bu gün əsla ora heç bir yoxsul girib qarşınıza çıxmasın”. Bax, yoxsullara da qarşıdırlar. İslam yoxsulları qoruyarkən, vəhşi kapitalist yoxsullara qarşıdır, yoxsula nifrət edərlər. Bir çox zəngin yoxsul görərkən heç xoşlanmaz. Zəngin gəldiyində çox sevgi göstərər, maraq göstərər. Yoxsul gördüyündə sıxılarlar. Nə deyir ayədə; “Bu gün əsla ora heç bir yoxsul girib də qarşınıza çıxmasın”. Çünki yoxsullara nifrət edirlər.
“(Yoxsulları) Mane olmağa gücləri çata bilərmiş kimi tezdən getdilər”. Amma onu gördükdə: “Şübhəsiz, biz (gedəcəyimiz yeri) çaşmışıq” dedilər. Xeyr, biz (hər şeydən və bütün sərvətimizdən) məhrum olduq”. Oradakı bağçanı gördükdə, şok olurlar. “Şübhəsiz, biz (gedəcəyimiz yeri) çaşmışıq” dedilər.” Bəlanı qəbul etmirlər, bu, küfrün bir xüsusiyyətidir. “Yox ona bir şey olmaz” deyərlər, “Buna bir şey olmaz” deyərlər, məhz “Biz yolumuzu çaşmışıq”. Çaşmamısan, doğru görürsən. Anlamazdan gələcəyin kimi deyil. Nə deyir? “Şübhəsiz, biz (gedəcəyimiz yeri) çaşmışıq” dedilər”. “Çaşdıq, hər halda səhv görürük” deyirlər.
“Xeyr, biz (hər şeydən və bütün sərvətimizdən) məhrum buraxıldıq. (İçlərində) Münasib olan biri dedi ki” mətanətli olan biri. “Mən sizə deməmişdimmi? (Allahı) Təsbih edib ucaltmanız lazımdır?” Həmişə aralarında münasib biri olar. Xızır (ə.s) insanlar arasında gəzər, insanlar fərqinə varmazlar. Münasib biri, içlərindən qaçaraq gələn bir adam şəklində görünər, inşaAllah. “Mən sizə deməmişdimmi? (Allahı) Təsbih edib ucaltmanız lazım deyildimi?”. İnşaAllah, MaşaAllah deməniz lazım deyildimi?
“Dedilər ki: “Rəbbimiz Səni təsbih edər, ucaldarıq; həqiqətən, biz zalım kəslər imişik”. Amma son anda, bitdikdən sonra deyirlər.
“İndi bir-birilərinə qarşı özlərini qınamağa başladılar. Təəssüflər olsun bizə, həqiqətən, bizlər azğınıqmış” dedilər”. Sonda bunu deyirlər. Özlərinin azğınlıqlarını qəbul etmələri yaxşı haldır.
“Bəlkə, Rəbbimiz onun yerinə daha xeyirlisini verər; şübhəsiz, biz, yalnız Rəbbimizə rəğbət edən kəslərik”. Çünki peşman olduqda insanlara deyil, yenə Allaha bağlanmaq, yenə Allahdan istəmək lazımdır. “Şübhəsiz, biz yalnız Rəbbimizə rəğbət edən kəslərik. Əzab belədir. Axirət əzabı isə, şübhəsiz, daha çox böyükdür; bir bilsəydilər”.
Qələm surəsində “O inkar edənlər, zikri (Quranı) eşitdikləri zaman, səni az qala gözləriylə devirəcəkdilər”. Qatı dinçi dəstənin gözləri çaşdırıcıdır. Qurana dözə bilmirlər. Quranı yetərli saymazlar. Bax nə deyir ayədə, şeytandan Allaha sığınıram: “O inkar edənlər, zikri (Quranı) eşitdikləri zaman, səni az qala gözləriylə devirəcəkdilər”. Darvinist-materialistlər də Quranı çox xoşlamırlar. Müsəlmanlardan çox xoşları gəlmir. Bir qismi də, təbii, hörmət edir. “O, həqiqətən, bir dəlidir” deyirlər. Bax, “gözləriylə nifrət dolu baxarlar sənə” deyir, hirslə baxarlar. “O, həqiqətən bir dəlidir” deyirlər” hz. Mehdi (ə.s) da Quranı müdafiə etdiyi üçün, insanların bir çoxu az qala onu gözləriylə devirməyə çalışacaqlar. Yəni nifrət dolu baxacaqlar hz. Mehdi (ə.s)-a qarşı və “həqiqətən, bir dəlidir” hz. Mehdi (ə.s)-ın da dəliliklə günahlandırılacağını ayədən anlayırıq.
“Halbuki, o (Quran), aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil” dir. Allah Quranı bu şəkildə tərifləyir.