Hörmətli Adnan Oktarın 26 may 2013-cü ildəki söhbətindən Həcc surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Bismillah. Allah-Allah. maşaAllah. Şeytandan Allaha sığınaram. Həcc surəsi, 40- “Allah Öz (dini)nə kömək edənlərə.” Kimdir bu?Hz. Mehdi (ə.s) və tələbələri. Kimdir bu? Hz. İsa Məsih (ə.s) və tələbələri. “Allah Öz (dini)nə kömək edənlərə mütləq kömək edər.” Görürsünüzmü möcüzəni? “Mütləq kömək edər” deyir, “ortalıqda qoymaz” deyir, Allah. Mütləq kömək edər. Deyir ki; “möcüzə görmək istəyirəm.” Buyur sənə möcüzə. Allah Öz dininə kömək edənə mütləq kömək edər. 1980-ci ildə başladıq fəaliyyətə, heç bir şəkildə dayandıra bilmədilər. Neçə növ sui-qəsd etdilər. Oyun oynadılar. Məhkəmələrə verdilər, böhtanlar atdılar. Bütün mətbuat üstümə gəldi, onların indi küləkləri havalarda əsir. Ortalıqda yoxdurlar. Biz dimdik ayaqdayıq, əlhəmdülillah, yəni şəxsən özüm. Allah yaxşılara kömək edər, inşaAllah. “Şübhəsiz Allah, güclüdür, üstündür.” Əbcədi neçədir? 2007. 2007-ci ili verir, hərf cəmi. “Onlar ki” deyir, davam edir Allah, 41-ci ayə; “yer üzündə onları yerləşdirsək, iqtidar sahibi etsək.” Yəni;”Hz. Mehdi (ə.s) etsək, bütün müsəlman aləminin, dünyanın başına keçirsək”. Nə deyir? “Yer üzündə”. ‘Bir ölkədə, şəhərdə’ demir; ‘yer üzündə.’ “Özlərini yerləşdirsək, iqtidar sahibi etsək.” Əbcədi neçədir?1979. Hz. Mehdi (ə.s)-ın çıxdığı ili verir. Biri 2007-ci ili, digəri 1979-cu ili verir. Bunu görəndən sonra insanın iman etməməsi maraqlı olar, heyrətləndirici olar.

hqdefault