Axırzaman əlamətlərinin axışı sanki bir saat kimi işləyir

Peyğəmbərimiz (s.ə.v) hədislərində hicri əsrin əvvəlində―1400-cü ildə də zühur edən ən böyük mücəddid, qütbü-əzəm və ən böyük vəli olan hz. Mehdi (ə.s)-ın gəlişini xəbər verən diqqəti cəlb edən hadisələrdən bəhs etmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bütün bu əlamətlərin, yaşadığımız hicri 1400-cü ildə ard-arda həyata keçməsi, hz. Mehdi (ə.s)-ın çıxışı dövründə olduğumuzu göstərməsi baxımından olduqca əhəmiyyətlidir.

 

Qiyamət əlamətləri bir-birinin ardınca meydana gəlir: bir sıradakı muncuqların ard-arda qopması kimi.

 

(Ramuz-El Ehadis, 277/6; Camiü’s-Sagir, 3/167)

Peyğəmbərimiz (s.ə.v)-in hədislərlə bildirdiyi Axırzamanda baş verən bu hadisələr sanki zaman müəyyən edicisidirlər. Mərhələli zamanları təmsil edirlər. Bu istiqamətləri ilə Axırzaman hadisələrinin hamısı bir saat kimidir və hz. Mehdi (ə.s)-ın zühurunu müjdələyən hadisələr, bütün mərhələləri ilə bu saat üzərində mərhələli şəkildə baş verir. Belə ki, bizim bu saata, yəni hadisələrin baş vermə sırasına baxaraq Axırzamanın harasında olduğumuzu təsbit etməyimiz də sözü gedən məsələ ilə bağlıdır. Hətta yenə Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar bu hədislərinə baxaraq gələcəkdə baş verən hadisələr haqqında fikir sahibi olmağımız da Allahın izni ilə mümkündür.

İLKİN ƏLAMƏTLƏR

HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ZAMANI YAXINDIR. ONUN ZÜHUR ZAMANI OLAN YÜZİLLİK (ƏSR) ƏVVƏLİNƏ GƏLƏNƏ QƏDƏR NECƏ məbdələr (BAŞLANĞIC ƏLAMƏTLƏRİ) və MÜQƏDDİMƏLƏR (İLKİN ƏLAMƏTLƏR) ZÜHUR EDƏCƏK….

 

HZ. MEHDİ (Ə.S) DAHA BÖYÜKDÜR. Buna görə İslam və müsəlmanlar çox möhkəmlənəcəklər. Onun vəliliyinin belə zahir və batini böyük səlahiyyəti vardır. Nə qədər möcüzələrin və kəramətlərin sahibi olacaq. ONUN ZAMANINDA NƏ QƏDƏR HEYRƏTAMİZ HALLAR BAŞ VERƏCƏK…. Onun cisminin zühurundan əvvəl qeyri-adi möcüzəli hallar meydana gələcək.

 

İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 2. cilt, 381. Mektup, s. 1184-1186)

 

Axırzamanda baş verən və din əxlaqının, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin bütün dünyada hakim olmasına vəsilə olan hz. Mehdi (ə.s)-ın zühurunun əvvəlində meydana gələn əlamətlər ilkin əlamətlərdir. Bu əlamətlər hz. Mehdi (ə.s)-ın zühurunun yaxınlaşdığını müjdələyən ilk əlamətlərdir.

 

  1. Hicri 1400-cü ilin (1979) əvvəlində baş verən məşhur qətliamlar
Hz. Mehdi (ə.s)-dan əvvəl, məşhur qətliamların baş verəcəyi böyük fitnə görünəcək.

 

(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)

 

 

 

– Təxminən 60 milyon adamın həyatını itirdiyi II Dünya müharibəsi dünyanın gördüyü ən böyük müharibələrdən biri idi. Bütün Avropanı, Rusiyanı, Asiyanın bir hissəsini, Yaponiya və Amerikanı da əhatə edən döyüş geniş sahədə çox böyük qırğınlar yaşanmasına səbəb oldu.

– 1945-ci ildə nasistlərin ölüm düşərgələrinin birində (Nordhausen, Almaniya) çəkilən fotoşəkil, II Dünya müharibəsində yaşanan vəhşiliyin dəlillərindəndir.

– Almaniyanın Nuremberq şəhərinin 1945-ci ildə çəkilmiş şəkillərində II Dünya müharibəsindəki qırğın və dağıntıların ölçüləri açıq şəkildə görülür.

– 1948-ci ildə, 1956-cı ildə, 1967-ci ildə və 1973-cü ildə yaşanan Ərəb-İsrail döyüşləri əsnasında minlərlə insan həyatını itirərkən yüz minlərlə insan da yurdlarından məhrum oldu.

2. Şəhərlərin yox olması

 

Böyük şəhərlər sanki dünən heç olmamış kimi yox olar.

 

(Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, s. 38)

1945-ci ildə Amerikanın Hiroşimaya atdığı atom bombasının partlayış anında və ondan sonra təxminən 100.000 adam ölmüşdür. Hiroşima fəlakətindən 3 gün sonra yenə Amerikanın Naqasakiyə atdığı digər atom bombası nəticəsində partlayış anında təxminən 40.000 adam həyatını itirmişdir. Bombalar bir tərəfdən insanların ölümünə səbəb olarkən, digər tərəfdən də çox böyük bir yaşayış sahəsi məhv olmuş, həyatda qalan bölgə əhalisində isə radiasiyaya görə nəsillər boyu düzəlməyəcək genetik və fizioloji pozulmalar meydana gəlmiş, bu şəhərlərin tam hədislərdə bildirildiyi kimi yox olmasına səbəb olmuşdur.
3. Köhnə İordaniya kralı Abdullahın öldürülməsi

 

Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də, haşimilərdən yüksək vəzifəli birinin öldürülməsidir.

 

(Risalet-ül Huruc-ül Mehdi, s.12)

 

Bilindiyi kimi İordaniya, Haşimi Krallığı olaraq xatırlanır. İordaniya kralı Abdullah 1951-ci ildə ingilislər tərəfindən öldürtdürülmüşdür.

  1. Hicri 1400-cü ildən əvvəl öldürülən Şam və Misir məlikləri

 

Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, məmləkət sahibi) öldürüləcək…

 

(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 49)

 

 

1920-ci ildə öldürülən Suriyanın keçmiş Prezidenti Salah Al-Deen Beetar.

1921-ci ildə öldürülən Suriyanın Baş naziri Droubi Paşa.

1949-cu ildə sui-qəsdə uğrayan Suriyanın Baş naziri Muhsin əl-Bərazi.

1910-cu ildə sui-qəsdə uğrayan Misirin Baş naziri Butros Qali.

1945-ci ildə öldürülən Misirin Baş naziri Əhməd Maher Paşa.

1948-ci ildə sui-qəsd nəticəsində öldürülən Misirin Baş naziri Mahmud Nukraşi Paşa.

 

5. Misirlilərin əsir alınması

Şam əhli misirli qəbilələri əsir alacaqdır.

 

(El Kavl-ul Muhtasar Fi Alamat-il Mehdiyy-il Muntazar, s. 49)

26 oktyabr 1956-cı il tarixində İsrail Misirə hücum etdi və Sina yarımadasının işğalına başladı. Birləşmiş Millətlər Təşkilatının birləşməsi ilə qarşıdurmalar bir müddət səngidi və İsrail sərhədinə BM Sülh Gücü yerləşdi. 1967-ci ildəki Altı Günlük müharibə isə İsrail-Misir arasındakı digər müharibə idi. 5 iyunda İsrail Hava Qüvvələri Misirin bəzi hava bazalarına hücum etdilər. Bu hücumlara görə çox böyük zərər çəkən Misir Hava Qüvvələri 5 iyundan sonrakı günlərdə baş verən qarşıdurmalarda heç bir fəaliyyət göstərə bilmədi. Sinadaki Misir orduları geri çəkildi. 9 iyunda İsrail Colan təpələrinə hücum etdi və bölgəyə hakim oldu. Bu zaman Qərb Şəriyə və Qüdsü də yavaş-yavaş ələ keçirirdilər. Bu müharibənin sonunda İsrail, Qəzzə Şeridi samariya ilə Sina yarımadasının hamısını, İordaniyanın qərb sahillərini, Qüds şəhərini və Colan təpələrini ələ keçirdi. Daha sonra aparılan razılaşmalarla İsrail Sinadan tamamilə çəkildi. Ancaq bu gün hələ də qərbi Şəriyə, Colan təpələri və Qüds İsrail işğalı altındadır. Bu döyüşlər zamanı çoxlu sayda misirli İsrail əsgərləri tərəfindən əsir alındı. Bir çox misirli da həyatını itirdi.

 

6. Şamda fitnələr

 

Şamdakı fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən alovlanar…

 

(Risalet-ül Huruc-ül Mehdi, s. 63)

Şam bölgəsi yalnız Suriyanın paytaxtı olan Şam şəhəri ilə məhdudlaşmır. Şam, ərəb dilində sözün lüğəvi mənası olaraq “sol” mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində olan ölkələri əhatə edir. Təxminən əlli il ərzində bu bölgədə baş verən bəzi böyük hadisələri belə sıralaya bilərik:

Birinci Ərəb-İsrail müharibəsi1948-ci il

Süveyş müharibəsi 1956-cı il

Altı Günlük müharibə 1967-ci il

Yom Kipur müharibəsi 1973-cü il

Livan Vətəndaş müharibəsi 1975-1991-cı il

Fələstin torpaqlarında hələ də davam edən qarşıdurma və gərginliklər… 2000 -…

 

 

 

bis susleme5

 

7. Ayın yarılması

 

1969-cu ildə ilk dəfə aya səyahət edildi.

Quranın 54-cü surəsinin adı “Qəmər” dir. “Qəmər”in mənası isə “Ay”dır. Bu surənin birinci ayəsində qiyamət vaxtı ilə əlaqədar çox əhəmiyyətli işarə vardır:

Saat yaxınlaşdı və Ay yarıldı. (Qəmər surəsi, 1)

 

Ayədə istifadə edilən “yarmaq” felinin ərəbcə qarşılığı, “şakka” dır. Bu sözün ərəb dilində fərqli mənaları vardır. Bəzi Quran təfsirlərində “ikiyə yarılma” mənası üstün olsa da, “şakka” kəlməsi ərəb dilində “torpağı şumlamaq, torpağı qazmaq” mənalarında da istifadə edilir. “Ayın yarılması” 20 iyul 1969-cu ildə ay üzərində aparılan tədqiqatlarla reallaşmışdır. Bu tarixdə amerikalı astronavtlar aya ayaq basmışlar, Ay torpağını qazaraq üzərində elmi araşdırmalar aparmışlar, daş və torpaq nümunələri götürmüşlər. Bu hadisə ayədəki ifadələrə tamamilə uyğun gəlir.

Bu barədə digər əhəmiyyətli işarə vardır. Əl-Qəmər surəsində keçən bu ayənin bəzi sözlərinin əbcəd dəyəri bizə aya ayaq basma ili olan 1969-cu il tarixini verir.

 

… Saat yaxınlaşdı və ay yarıldı…

 

Əbcəd: HİCRİ: 1390, MİLADİ: 1969

Ancaq bunu da ifadə etməliyik: Əlbəttə, ayın yarılması Allahın Peyğəmbərimiz (s.ə.v)-ə verdiyi möcüzələrdən biridir. Bir hədisdə bu möcüzə belə bildirilmişdir:

…Səid ibn Əbi Arubə Katadeyədən; o da Ənəs ibn Malik (r.ə)-dən rəvayət etdi: Məkkə əhalisi Rəsulullahdan onlara bir ayə (möcüzə) göstərməsini istədilər. O da onlara ayı ikiyə bölünmüş göstərdi, hətta məkkəlilər Hira dağını o iki bölük arasında gördülər. (Sahih-i Buhari ve Tercemesi, cild 8, no.88)

 

 

8. Allahın açıq şəkildə inkar edilməsi

 

Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz.

 

(Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, s. 27)

 

19-cu əsrin sonundan etibarən yayılmışdır. Materializm, darvinizm kimi Allahın varlığını və Allahın bütün kainatı yoxdan yaratdığını inkar məqsədi ilə yaradılmış fəlsəfələr xüsusilə, 19-cu əsrdən etibarilə insanlara müxtəlif təbliğat üsulları ilə qəbuluna cəhd göstərilmişdir.

 

 

bis susleme5

 

9. Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl böyük hadisə baş verəcəkdir

 

Hz. Mehdi (ə.s) çıxışından əvvəl Mədinədə (böyük bir şəhərdə) qapqara daşların qan içində itəcəyi böyük hadisə olacaq. Bu hadisədə bir qadının öldürülməsi bir qamçının sallanması qədər asan olacaq. Və bu hadisə 2 km-ə qədər yayılacaq. (EI-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-iI Muntazar, 41)

 

 

Bu hədisin işarə etdiyi hadisə 1 may 1977-ci ildə onlarla adamın ölümünə və yüzlərlə adamın yaralanmasına səbəb olan və asfaltların qanla örtüldüyü Taksim hadisələrinə işarə edir.

Ərəbcədə Mədinə sözü eyni zamanda böyük şəhər kimi də istifadə edilir. Aşağıdakı hədis buna misaldır.

 

Hz. İbni Əmrdən rəvayət edilmişdir. Rəsulullah (s.ə.v) buyurdu ki:

 

Ey ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz… Altıncısı da Mədinənin fəthidir.

Deyildi ki: Hansı Mədinə? Buyurdu ki: Konstantinopol. (İstanbul)

 

(Bu İstanbulun hz. Mehdi (ə.s)-ın mənəvi fəthidir)

 

(Kıyamet Alametleri, s. 204 Ramuz EI Ehadis 1/296)

 

1 May Taksim hadisəsində 34 ölü və 200 adamın yaralanmasından axan qanlar, qara daşlar (yəni asfalt yol) üzərinə tökülmüş, bu qanlar küçələrə yayılmışdır.

 

 

10. Fəratın suyunun kəsilməsi

 

 

Hz. Mehdi (ə.s)-ın əlamətlərindəndir: Fərat çayının dayandırılması.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 39)

 

1975-ci ildə Fərat çayı üzərinə Keban anbarı qurularaq Fəratın suyu ilk dəfə anbarla kəsilmişdir.


BAŞLANĞIC ƏLAMƏTLƏRİ

 

Başlanğıc əlamətləri adını verdiyimiz Axırzaman əlamətləri Peyğəmbərimiz (s.ə.v)-in, hz. Mehdi (ə.s)-ın zühur etdiyini müjdələyən və bir boyunbağının muncuqları kimi ard-arda reallaşan əlamətləri əhatə edir. Bu əlamətlərin hamısı, hicri 1400-cü illərin başlanğıcından zəncirvari olaraq bir-birinin ardınca reallaşmışdır.

 

1. Günahsız vətəndaşların qətli

 

Çox acınacaqlı vəziyyətlər və şiddətli mənzərələr görülər. Fitnələr ard-arda davam edər… Ana, ata, qız, kişi hər kəsi öldürər… Bunların arasında fitnə, şiddət, ölüm və köçkünlər olar. Nə vaxt bitdi deyilər, yenə də davam edər.

(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 36)

 

– 1979-cu ildə Əfqanıstan ruslar tərəfindən işğal edildi, işğal illəri ərzində böyük zülmə məruz qalan Əfqanıstanda 3 milyon adam yurdunu tərk etmək məcburiyyətində qaldı.

 

– 1980-1988-ci illər arasında davam edən İran-İraq müharibəsi əsnasında təxminən 1 milyon insan həyatını itirdi.

– 1982-ci ildə İsrailin Livanı işğalı ərəfəsində Sabra və Şatilla düşərgələrinə edilən basqın, tarixə ən əhatəli və ən böyük soyqırımlardan biri olaraq keçdi. Xristian Falanjist qrupların İsrail əsgərlərinin dəstəyi və istiqamətləndirməsi ilə reallaşdırdıqları hücum əsnasında, çoxu qadın və uşaq olmaqla 3.000-dən çox insan qətlə yetirildi.

– 1992-1995-ci illərdə serblər tərəfindən bosniyalılara qarşı Bosniya – Hersoqovina torpaqlarında böyük soyqırım həyata keçirilmişdir. 300 min adamın öldüyü döyüşdə, yalnız Srebrenitsa qətliamı nəticəsində 8 min müsəlman bir gündə qətlə yetirilmişdir.

– Ruandada hutulərlə tutsilər arasında 1960-cı ildən etibarən davam edən qarışıqlıqlar 1990-cı ildə yüz minlərlə insanın ölməsinə və ya evlərini tərk etməsinə səbəb olan böyük daxili müharibəyə çevrilmişdir.

– 1991-ci il I Körfəz müharibəsi nəticəsində təxminən 200 min insan öz həyatını itirdi.

– 1997-ci ilin yazında 5 böyük ölkəni, Konqo, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bölgəyə təsir edən bir müharibə iki böyük qəbilə arasında baş verdi.

– 2003-cü ildə başlayan İraq işğalında aradan keçən 6 il ərzində təxminən 1 milyon adam öldü, 4 milyon insan da evini tərk edib qaçqın düşdü.

 

 

bis susleme5

2. Əfqanıstanın işğalı

Əfqanıstana heyif oldu. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır.

(Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 59)

 

1979-cu ildə Əfqanıstan torpaqları Rusiya tərəfindən işğal edilmişdir.

 

3. Kəbə basqını və Kəbədə qan tökülməsi

 

Onun çıxacağı il, insanlar həccə, başlarında əmir olmadan gedəcəklər… Həmişə birlikdə Beyti-Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cemrəsinin üzərinə axacaq.

(Kıyamet Alametleri, s. 168-169)

 

Həcc ərəfəsində baş verən Kəbə hücumunda eynilə hədisdə təsvir edildiyi şəkildə qırğın yaşanmışdır. Çox maraqlıdır, bu qanlı Kəbə basqını da Axırzamanın başlanğıcının və hz. Mehdi (ə.s)-ın çıxışının digər əlamətlərinin reallaşdığı dövrün əvvəlində, yəni hicri 1400-cü ilin ilk günündə, məhərrəm ayının 1-i 1400 il (21 noyabr 1979-cu il) tarixində baş vermişdir. Bundan 7 il sonra 1987-ci ildə yenə Həcc ərəfəsində daha böyük qanlı hadisə baş vermişdir.

 

4. Dördüncü sülh və Ərəb -İsrail sülhü

 

Sizinlə insanlar (başqa nüsxədə romalılar deyilir) arasında dörd sülh olacaq, dördüncü sülh, Herakl əhlindən bir insan vasitəsi ilə olacaq və bu yeddi il davam edəcək.

(Kıyamet Alametleri, Osman Çataklı, 299/8)

 

İslam aləmindən bir çoxlarının qənaəti, bu hədisdə keçən “4-cü sülh”ün, 1979-cu ildə ABŞ-İsrail və Misir arasında Amerikada Camp Daviddə əldə edilən razılaşma olduğudur.

5. Səmanın alov və dumana bürünməsi

 

Şərqdən bir alovu gördüyünüz zaman Ali Məhəmmədin (hz. Mehdi (ə.s)-ın) çıxmasını gözləyin.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)

 

İndependenta adlı 150 min qros tonluq Rum yükdaşıyan gəmisi 1979-cu ildə İstanbul qarşısında partlamışdır. Bu hadisə nəticəsində böyük bir partlayış baş vermiş və ardınca da çox böyük alov və tüstü səmanı bürümüşdür.

6. İran – İraq müharibəsi

 

1980-1988-ci illərdə İran və İraq arasında 1 milyon insanın həyatını itirdiyi böyük müharibə baş vermişdir.

Şəvval ayında qiyam, Zilqədədə hərbi danışıqlar, Zilhiccədə isə döyüş baş verəcək.

(Kıyamet Alametleri, s. 166)

Fars istiqamətindən gələcək bir qövm belə deyəcəkdir: “Ey Ərəblər! Siz qatı dinçiliyə daha çox meylləndiniz! Siz bunlara lazımi kimi haqq verməsəniz, sizinlə heç kim birlik yaratmayacaqdır… Bir gün, onlara və bir gün də sizə verilsin, qarşılıqlı vəd verilsin… “Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağı düzənliyə enəcəklər… Müşriklər qarşı tərəfdəki Rakabə deyilən qapqara bir çayın kənarında dayanacaqlar… Aralarında döyüş olacaq: Allah iki ordudan heç birinə qələbə qazandırmayacaq…

(Kıyamet Alametleri, s. 179)

 

 

bis susleme5

Fars tərəfdən gələn: İran tərəfindən gələn

Fars: İran – İranlı

Düzənliyə enməli olanlar: düzənliyə enənlər (İraq düzənliyi)

– Mutık: Bölgədəki bir dağın adı

– Rakabə: Neft quyularının çox olduğu bölgədir.

“Ey Ərəblər! Siz qatı dinçiliyə daha çox meylləndiniz! Siz bunlara lazımi kimi haqq verməsəniz, sizinlə heç kim birlik qurmayacaqdır”

Hədisin bu hissəsində iki tərəf arasında irqçilikdən qaynaqlanan anlaşılmazlığın olacağına işarə edilə bilər. Bu anlaşılmazlığa görə “Yazı”ya (yəni İraq düzənliyinə) eniləcəyi və döyüşün başlayacağı aydın olur.

Allah iki ordudan heç birinə qələbə qazandırmayacaq…

 

Bu hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq bir nəticə əldə edilməmişdir. İki tərəf də qəti üstünlük əldə etməmişdir.

 

7. Böyük hadisələrin və heyrətamiz şeylərin meydana gəlməsi

 

Onun (hz. Mehdi (ə.s)-ın) dövründə bir sıra heyrətamiz hallar zühur edəcək (baş verəcəkdir). (Mektubat-ı Rabbani, 2/258)

1970-ci illərin sonundan etibarən görünən Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.

1985-ci ildə Kolombiyanın Nevado del Ruiz vulkanının püskürməsi 20.000 adamın ölümünə səbəb olmuş böyük fəlakət idi.

1985-ci ildə Meksika zəlzələsi.

2500 illik İran şahlığı devrildi və İran şahı Rza Pəhləvi öldü.

29-30 aprel 1991-ci ildə Banqladeşdə baş verən sel fəlakətində 139.000 insan həlak olmuşdu. Təxminən yarım milyon heyvan da tələf olmuşdu.

1997-ci ildə Şimali Dakota Grand Forksda çayın daşması ilə 1.8 milyon hektar kənd təsərrüfatı sahəsi su altında qalmışdı. 1 milyard dollardan çox ziyana səbəb olan hadisə qəzetlərdə “Böyük Palçıq: Şəhər yoxa çıxdı” başlığı ilə bəhs edilmişdi

1999-cu il “Tayvanda 7.6 ballıq zəlzələ baş verdi”

Kəbəyə hücum edildi və çoxlu sayda müsəlmanın qanı axıdıldı.

– Hindistanın Bombey şəhərindəki fabrikdən sızan qaz 20.000 adamın ölümünə səbəb oldu.

– İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edən müharibə başladı.

– Ruslar Əfqanıstanı işğal etdi.

– Mexiko şəhəri şiddətli zəlzələ ilə yerlə yeksan oldu.

– Şimali Kolumbiyadakı Nevado Del Ruiz vulkanı 400 ildə ilk dəfə püskürdü. Əriyən qar və buzun yaratdığı palçığa görə Armero şəhəri xəritədən silindi. 20.000 adam öldü.

– Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.

– Xristianlığın mərkəzi olan Romanı su basdı.

– 1986-da Çin tarixində ən böyük meşə yanğını baş verdi.

– Hindistanın Baş naziri İndra Qandi, Misir prezidenti Ənvər Sədat, İsveç Baş naziri Olof Palme öldürüldü.

– Papa II  Jean Paul vuruldu.

1980-ci ilin əvvəllərində ilk QİÇS xəstəliyi təsbit edildi. Bu günə qədər on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə “Əsrin vəbası” adı verildi.

1986-cı ildə kosmik gəmi Kallengerin kosmosa buraxılmasından sonra partlayış baş verdi.

– 26 aprel 1986-cı il Ukraynadakı Çernobıl nüvə stansiyasında indiyə qədər görünən ən böyük nüvə partlayışı baş verdi. Bir çox Avropa ölkəsi, yayılan radiasiyanın təsirinə məruz qaldı.

– Ozon təbəqəsinin deşilməsi dünya iqliminə çox böyük mənfi təsir etdi.

– SSRİ dağıldı və Qorbaçovla birlikdə müstəqil dövlətlər ortaya çıxdı.

– İraqın Küveyti işğal etməsindən sonra illərlə davam edən Körfəz müharibəsi başladı.
– Ermənistandakı zəlzələdə şəhər xarabaya çevrildi. 500.000 adam evini tərk edərkən, ölənlərin sayı 40.000-i keçdi.

– 1989-cu ildə Çində kommunist bölüklər tanklarla şagirdlərin üzərinə yeridi, Tiananmen meydanında 2000 şagird öldü.

– Soyuq müharibənin simvolu olan Berlin divarının tikilməsindən 28 il sonra ləğv edildi.

– 1990-cı ildə Kəbədə tuneldəki izdihamda 1400-dən çox hacı həyatını itirdi.

– 1991-ci ildə Banqladeşdə baş verən sellərin nəticəsində təxminən 139.000 adam öldü, on milyonlarla insan evsiz qaldı.

– Son 20 ildir Amerikada fırtınalar, qasırğalar və sellər ara vermir. Minlərlə insan öldü, milyonlarla insan evini tərk etdi və dəymiş ziyan milyard dollarla ölçüldü.

– Bosniya və Kosovadakı qırğınlarda yüz minlərlə müsəlman öldürüldü və yüz minlərlə insan yurdundan çıxarıldı.

– Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.

– Əli Nino bütün dünya ölkələrinə böyük fəlakətlər gətirdi.

– 19 oktyabr 1987-ci ildə London birjası çökdü. Baş verən böyük çaxnaşma nəticəsində 50 milyard sterlinqlik dəyər itdi.

– 19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki Federal binaya edilən bombalı hücumda 168 insan öldü.

– 22 mart 1997-ci ildə Hale-Bopp quyruqlu ulduzu saatda 160 km sürətlə dünyanın 195 milyon km yaxınlığından keçdi. Adi gözlə görünən Hale-Boppun keçməsi, bütün dünyada milyonlarla insan tərəfindən böyük maraqla qarşılandı.

– 10 may 1997-ci il İrandakı 7.1 ballıq zəlzələdə 1500 adam öldü.

– 4 fevral 1998-də Əfqanıstandakı 6.1 ballıq zəlzələdə 5 min adam həyatını itirdi.

– 25 yanvar 1999-cu il Kolumbiyadakı 6 ballıq zəlzələdə 1171 adam həyatını itirdi.

– 21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 ballıq zəlzələdə 2100-dən çox adam həyatını itirdi.

– 11 sentyabr 200-cü ildə ABŞ-a tarixin ən böyük terrorist hücumu təşkil edildi: İki sərnişin təyyarəsi səhər saatlarında 18 dəqiqə ara verməklə Nyu Yorkdakı Dünyanın Ticarət Mərkəzi olan iki göydələni vurdu. Ardınca bir başqa təyyarə Pentaqona düşdü. Hücumda beş mindən çox insan öldü.

– Hindistanda böyüklüyü 7.9 bal olan zəlzələ baş verdi və minlərlə adam həyatını itirdi.

– Avropadakı həddindən artıq isti hava 10 minlərlə insanın ölümünə səbəb oldu.

– 60.000 ildən bir baş verən hadisədə Mars planeti dünyaya ən yaxın mövqeyə gəldi.

– Noyabr 2003-cü ildə dünyanın ən quraq bölgələrindən olan Məkkədə baş verən sel fəlakətində 12 insan həyatını itirdi.

 

 

 

bis susleme5

8. Şam və Misir məliklərinin öldürülməsi

 

Ondan (hz. Mehdi (ə.s)-dan) əvvəl Şam və Misir məlikləri (hökmdar, məmləkət sahibi) öldürüləcək…

(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 49)

– Ənvər Sədat 1981-ci ildə rəsmi keçid ərəfəsində müxalifləri tərəfindən təşkil edilən sui-qəsd nəticəsində həyatını itirmişdir.

– 1982-ci ildə bombalı sui-qəsdə məruz qalan Livanda Falanjist lideri Bəşir Cemayel öldü.

– Livanın Baş naziri Rafiq Haririyə 14 fevral 2005-ci ildə sui-qəsd təşkil edildi, Hariri həyatını itirdi.

– Livan Sənaye Naziri Pierre Cəmayel, 2006-cı ilin noyabrında sui-qəsd nəticəsində həyatını itirdi.
9. Ramazan ayında ay və günəş tutulmaları

Hz. Mehdi (ə.s) üçün 2 əlamət vardır ki… Bunun birincisi Ramazanın birinci gecəsi ayın, ikincisinin də ortasında günəşin tutulmasıdır.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

– 1981-ci ildə (hicri 1401-ci ildə) Ramazan ayının 15-ci günü ay, 29-cu günü də günəş tutulmuşdur.

– Yenə “ikinci olaraq”, 1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan ayının 14-cü günü ay, 28-ci günü də günəş tutulmuşdur.

Heyrətləndirici şəkildə oxşar tutulma hadisəsi 2002 və 2003-cü illərdə də baş vermişdir.

Ay tutulması: 20 noyabr 2002-ci il

1423-cü ildə Ramazanın ortasında

15 gün sonra

Günəş tutulması: 4 dekabr 2002

1423-cü ildə Ramazanın sonunda

Ay tutulması: 9 noyabr 2003-cü il

1424-cü ildə Ramazanın ortasında

15 gün sonra

Günəş tutulması: 23 noyabr 2003-cü il

1424-cü il Ramazanın sonunda

 

10. Quyruqlu ulduzun görünməsi

 

Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu ulduz çıxacaq. (Kıyamet Alametleri, s. 200)

Ancaq 76 ildən bir dünyamızın yaxınlığından keçən Halley quyruqlu ulduzu 1986-cı ildə, 76 illik fasilədən sonra yenidən dünyanın yaxınlığından keçmişdir.

Tarix boyu bu kometanın keçdiyi zamanlarda müsəlmanlar üçün çox əhəmiyyətli, hətta dönüş nöqtəsi sayılan hadisələr baş vermişdir. Bunlardan bir qismi Peyğəmbərimiz (s.ə.v)-dən köçürülən rəvayətlərdə də bildirilmişdir:

Bu ulduz ilk dəfə çıxanda:

Hz. Nuh qövmü həlak olmuşdur.

Hz. İbrahim oda atılmışdır.

Hz. Musa ilə mübarizə aparan Firon və qövmü yox edilmişdir.

Hz. Yəhya öldürülərkən də görülmüşdür

Siz o ulduzu görəndə fitnənin şərindən Allaha sığının. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 32)

 

Bu ulduz çıxarkən baş verən digər əhəmiyyətli hadisələr də bunlardır:

Hz. İsa doğulmuşdur.

Peyğəmbərimiz (s.ə.v.)-ə ilk vəhy gəlmişdir.

Osmanlı dövləti tarix səhnəsində iştirak etməyə başlamışdır.

İstanbul Fatih Sultan Mehmet tərəfindən fəth edilərkən də bu ulduz görünmüşdür.

 

 

bis susleme5

11. Müsəlmanların bir-biriləri ilə vuruşmaları

 

İki böyük İslam ordusu bir-birləri ilə müharibə etmədikcə qiyamət qopmayacaq.

(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 454, no.831)

Hicri 1400-cü illərin əvvəlindən etibarən bəzi müsəlman ölkələri arasında döyüş və qarşıdurmalar baş vermişdir. İran-İraq müharibəsi, İraqın 1990-cı ildə Küveytin işğalı və s. bu döyüşlərə nümunədir.

 

12. Sistemlərin dəyişməsi

Zamanın inkitaya uğradığı (zamanın kəsildiyi) bir dövrdə Mehdi deyilən bir şəxs gələcək…

(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)

Bu hədisdə Peyğəmbərimiz (s.ə.v), Mehdinin “zamanın kəsildiyi”, yəni bir çox hədis şərhçilərinin də ifadə etdiyi kimi “zamanın fərqləndiyi”, “sistemlərin dəyişdiyi” bir dövrdə gələcəyini bildirmişdir. 20-ci əsrdə dünyanın dörd bir tərəfində hakim olan kommunist rejimlərinin əsrin sonlarına doğru devrilməsi ehtimal olunur.

– 1989-cu ildə Berlin divarı yıxılmış,

– 1991-ci ildə SSRİ dağıdılmışdır.

 

13. Azərbaycanın işğalı

.. Əbu Basir deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Atam mənə belə buyurdu: “AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQDIR. Onun qarşısında heç nə dayana bilməyəcək. BELƏ BİR ŞEY BAŞ VERƏRKƏN EVİNİZDƏ OTURUN. Biz nə etsək siz də onu edin. (Yəni biz evdə oturarkən siz də oturun). Bizim qiyam edənimiz (hz. Mehdi (ə.s.)) fəaliyyətə başlayanda sürətlə, dayanmadan ona doğru tələsin…  (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 311)

1990-cı ilin sonlarından etibarən ermənilər tərəfindən Azərbaycanın işğalı başlamışdır.

 

14. Şərq tərəfdən alovun görünməsi

“And içirəm ki, bir atəş sizi bürüyəcək. O atəş bu gün Berehut deyilən vadidə sönmüş vəziyyətdədir. O atəş içində əzab olduğu halda insanları bürüyər. O atəş insanları, malları yandırıb yaxar. Səkkiz gün ərzində küləklə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecədəki istisi gündüzdəki hərarətindən daha şiddətlidir. O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyü olar” deyə―buyurdu.

(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 461)

1991-ci ildə bu hadisə reallaşmışdır. İyul ayında İraqın Küveyti işğal etməsi və Küveytə aid neft quyularını yandırması nəticəsində Küveyt, Bəsrə körfəzi çox böyük alova bürünmüşdür. Səddamın əmri ilə əsgərlər Küveytdəki neft quyularını yandırmışdılar.

 

15. İsrail-Fələstin sülh danışıqları

 

Beyti-Məqdisdə sülh razılaşması olacaq.

(Risalet-ül Huruc-ül Mehdi, cild 3, s. 184)

Beyti-Məqdis: Məscidi-Əqsa

Hədisdə Beyti-Məqdis deyilərək Qüdsdə baş tutacaq sülh razılaşmasından bəhs edilir. Bilindiyi kimi Fələstin torpaqlarında qarşıdurma və gərginlik əlli ildən çoxdur ki, davam edir. Ancaq 1993-cü ildə Osloda aparılan sülh danışıqları bu torpaqlara dinclik və təhlükəsizliyin olması üçün əhəmiyyətli addım hesab edilir.

 

 

bis susleme5

 

16. Küləklər və qasırğalar

Qiyamətdən əvvəl on əlamət görünmədikcə o qopmayacaq. Onuncusu, insanları dənizə atan qasırğa…

(Kıyamet Alametleri, s.288)

1987-ci ilin oktyabr ayında Cənub-şərqi İngiltərə 1703-cü ildən bəri baş verən ən böyük fırtına ilə qarşılaşdı.

1990-cı ildə Filippin adalarındakı Mike 750 adamın ölümünə səbəb oldu.

1991-ci ildə Thelma fırtınası Filippinin Leyte adasını cənginə aldı. 6 mindən çox adam öldü.

1992-də Andrev qasırğasının səbəb olduğu ziyan yalnız Meksika körfəzində təxminən 0.50 milyard dollardır.

1995-ci ildə Filippində Angela qasırğasında minə qədər adam öldü.

13 may 1996-da Banqladeşin qərbində olan fırtınalarda təxminən 500-1000 adam ölmüşdür.

1998-ci ildə Orta Amerikada, xüsusilə Honduras və Nikaraquada baş verən Mitch qasırğasında 9 mindən çox adam öldü, 15 min adamın itkin düşdüyü, 2.3 milyon adamın qasırğadan əziyyət çəkdiyi məlum oldu.

1999-cu ildə Hindistanın Orissa əyalətində baş verən fırtınada ən az 10 min adam öldü.

2002-ci ilin avqustunda Avropanın orta və şərq bölgələrində baş vermiş sel nəticəsində ölənlərin sayı 114-ə çatmışdı. 21 sentyabr 2003-cü ildə Cənubi Koreyada son 40 ildə baş vermiş ən şiddətli qasırğada isə 2 gündə təxminən 200 insan ölmüşdür.

2004-cü ildə Haitidə Jeanne qasırğasında 1890 adam öldü, təxminən 850 adam itkin düşdü.

2005-ci ildə Katrina qasırğası ABŞ-ın cənubunda xüsusilə Luiziana və Mississippidə 1500-dən artıq adamın ölümünə səbəb oldu.

2007-ci ildə Banqladeşdə baş vermiş Sidre qasırğasında ən az 4 min 400 adam öldü, milyonlarla insan evsiz qaldı.

 

17. Tozlu-dumanlı fitnə

Tozlu dumanlı, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək…

(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 26)

11 sentyabr 2001 tarixində, Amerika Birləşmiş Ştatlarının Nyu York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi baş tutmuşdur. Televiziya ekranlarında və qəzetlərdə də gördüyünüz kimi, bu iki böyük terror hadisəsinin ardınca böyük toz buludu və duman ətrafı bürümüşdü.

 

18. Zəlzələlərin artması

 

“Ümmətimdə zəlzələlər olar. Belə ki, bu zəlzələlərdə on min, iyirmi min, otuz min adam ölər. Allah bu ölümü müttəqilər üçün öyüd-nəsihət, möminlər üçün rəhmət, kafirlər üçün isə əzab edər”.

(İbni Asakır, Geleceğin Tarihi 1, Orhan Baytan, Mevsim Yayıncılık, s. 81)

1989-ci ildə San-Fransiskoda, 1988-ci ildə də Ermənistanda baş verən şiddətli zəlzələlərdə minlərlə adam ölmüş, yüz minlərlə insan evsiz qalmışdır. Dəymiş ziyan milyardlarla dollarlarla ölçülürdü.

90-cı və 2000-ci illərdə də zəlzələlər şiddətlənərək artmış, Kobedəki böyük zəlzələni, Türkiyə, Afina, Tayvan və Meksikada baş vermiş zəlzələlər davam etdirmişdir.

Alyaskada baş verən 9.2 ballıq zəlzələ nəticəsində yerdə böyük yarıqlar meydana gəlmişdir.

Kaliforniyada 17 yanvar 1994-cü ildə baş verən 6.7 ballıq zəlzələnin maddi ziyanı 40 milyard dolları keçirdi.

Kobe zəlzələsi 12 saniyə davam etməsinə baxmayaraq şəhəri tanınmaz hala salmışdı.

2008-ci ildə Çində baş verən böyük zəlzələ on minlərlə insanın həyatını itirməsinə, bir çox insanın da şikəst qalmasına səbəb olmuşdur.

1985-ci ildə Meksikada baş vermiş şiddətli zəlzələ nəticəsində 1 milyon insan evsiz qalmış, 9.000 ölmüş və 30.000-i yaralanmışdır. (Qapalı) Xarab olmuş Benito Juarez xəstəxanası.

 

19. Dünyada qarışıqlıq və çaxnaşmanın yayılması

 

Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzisinə hücum edəndə, böyük kiçiyə mərhəmət etməyəndə, böyüklə təmkinli davranılmayanda Allah onlardan ədavətin (düşmənliyin) kökünü təmizləyərək dəlalət (iman və İslamiyyətdən ayrılmaq) qalalarını fəth edəcək və əvvəlcə mənim dini saxladığım kimi, Axırzamanda dini saxlayacaq, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdini) göndərəcək.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s.12)

(* Hərc-mərclik: İnsanlar arasında yaranan fitnə, fəsad, dağınıq, qarışıqlıq, nizamsız mühit)

Hədisdə təsvir edildiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıq, döyüşlər, qırğınlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır.

Yeni Şəfəq, 29 dekabr 1999-cu il, “Qırğınlar əsri ”

Zaman, 2 sentyabr 2000-ci il, “Dünya sülhə həsrət”

Vətən, 17 yanvar 2003-cü il, “Anarxizm xortladı”

Respublika, 2 yanvar 2002-ci il, “Dünya sülh istədi”

 

 

bis susleme5

20. Müsəlmanlara təzyiqlərin artması

 

Rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. Zülm, fəsad çıxarar, günah edər. Alim və zahid qətlə yetirər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Ali Məhəmmədə düşmən kəsilər…

(Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, sf. 37)

 

Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmrlər, əmrlərdən sonra zalım məliklər gələr. Son olaraq da əhli-beytimdən biri çıxar.

Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, sf. 84)

 

Dövrümüzdə və yaxın keçmişdə İslam dünyasının müxtəlif bölgələrində yaşanmış qarşıdurmalar və qarışıqlıq mühiti, bəzi müsəlman ölkələrindəki diktator idarəedicilərin səbəb olduğu zülmlər, hədislərdə xəbər verilmiş hadisələrin həyata keçməyə başladığını göstərən dəlillərdəndir

 

21. İnsanların bir-birindən qaçması

 

“Ey Allahın elçisi, Ahlas fitnəsi nədir?” “Qaçmaq-yəni insanlar arasındakı həddindən artıq düşmən münasibətlərinə görə bir-birilərinə etibar edə bilmədikləri üçün bir-birlərindən qaçmaları və insanların mallarının talanmasıdır” buyurdu.

(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 386, no.714)

Son 20-30 ildə bu artım diqqəti cəlb edən bir rəqəmə çatmışdır. 2001-ci ildən etibarən təxminən 23 milyon olan dünyadakı qaçqınların sayı, 2002-ci ildə az qala 30 milyona yaxınlaşmışdır.

 

22. Günəşdən bir əlamətin meydana çıxması

O, (hz. Mehdi (ə.s.)) günəşdən bir əlamət görünənə qədər gəlməyəcək.

(El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

Bu əsrin ən böyük günəş partlayışı 4 noyabr 2003-cü ildə baş vermişdir.

 

23. Bir ordunun itməsi

 

Hz. Mehdi (ə.s)-ın beş əlaməti olacaq. Bunlar Süfyani, Yəməni, səmadan bir sayha (çağırış, nərə), Beydada bir ordunun batması və günahsız insanların öldürülməsidir.

(Nuaym Bin Hammad)

2003-cü ildə baş verən İraq müharibəsi ərəfəsində İraq ordusunun böyük qismi birdən-birə yox oldu. Bir çox qəzet və televiziyada, Respublika mühafizəkarları kimi tanınan təxminən 60.000 nəfərlik ordunun və Fədailər kimi tanınan təxminən 15.000 iraqlı əsgərin itməsi xəbər olaraq yer aldı.

 

 

bis susleme5

24. İraqlıların pulu qalmayacaq

 

İraqlıların əlində ölçə biləcəkləri çəki aləti və alış-veriş edə biləcəkləri bir pul demək olar ki, qalmayacaq.

(Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, s. 45)

İraq müharibəsindən sonra İraq dinarının tədavüldən qaldırılması əsas məsələ olmuşdur. Son döyüşlə birlikdə İraq dinarının sürətlə dəyərinin itməsi və tədavüldən çıxma ehtimalı 2003-ci il tarixli qəzet xəbərlərində geniş yer almışdır.

 

25. Bağdadın yandırılaraq yox edilməsi

 

Axırzamanda Bağdad yandırılaraq yox edilər…

(Risalet-ül Huruc-ül Mehdi, Cild 3, səh. 177)

2003-cü ildə İraq müharibəsində müharibənin ilk günündən etibarən Bağdad, ən çox bombardman edilən şəhərlərdən biri olmuşdur. Ağır bombardman gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi od içində yanmasına səbəb olmuşdur.

 

26. İraqın yenidən qurulması

 

…İraqa hücum olmadıqca qiyamət qopmaz. İraqdakı günahsız insanlar Şama doğru sığınmaq üçün yer axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular.

(Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, s. 254)

2003-cü ildəki İraq müharibəsinin ardınca, İraqda bir çox şəhər yerlə yeksan olmuşdur. Bu döyüşdən sonra yaşanan talançılığın təsiri ilə böyük xarabaya çevrilən İraqın yenidən qurulması məcburi olmuşdur.

 

27. İraq xalqı Şama, şimala qaçır

 

Günahsız və təmiz İraq xalqı Şama qaçar.

(Risalet-ül Huruc-ül Mehdi, s. 210)

2003-cü ildə İraq müharibəsi başlamamışdan əvvəl on minlərlə iraqlının, Suriya başda olmaqla müxtəlif ölkələrə köç etmək səyləri bu hədisdəki hadisələrlə üst-üstə düşür

 

 

bis susleme5

28. Günəş tutulması

 

Günəş bir əlamət kimi doğulmadıqca hz. Mehdi (ə.s) çıxmayacaq.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 33)

 

Günəşdəki əlamət 20-ci əsrdə baş vermiş partlayışla bərabər, ötən illərdə yaşanan böyük Günəş tutulmasına da işarə edə bilər. 11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son Günəş tutulmasıdır. Bu əsrin ən böyük Günəş tutulması isə 22 iyul 2009-cu il tarixində baş vermişdir.

 

29. Səmadan bir əl

 

Esma binti Umeys dedi ki: O GÜNÜN (HZ. MEHDİ (Ə.S)-IN zühurunu) ƏLAMƏTİ SƏMADAN UZADILMIŞ VƏ İNSANLARIN ONA BAXDIĞI BİR ƏLDİR.

.. MƏHZ O ZAMAN (HZ. MEHDİ (Ə.S -IN ZÜHURU ZAMANINDA) SƏMADAN  ÖZÜNÜ BİLDİRƏN BİR ƏL GÖRÜNƏR…

(Celalettin Suyutinin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin El Muttaki, S. 69)

 

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədislərdə göydə bir “əl”in görünəcəyi və bu əlin hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən olduğu bildirilir. Bu dövrə qədər ixtilafların davam edəcəyi və hz. Mehdi (ə.s)-ın səmadan, yəni radio, televiziya və internet kimi ünsiyyət vasitələri vəsiləsi ilə, aramsız gündəmdə olacağı hədislərdən aydın olur.

Amerika Milli Hava və Kosmik dairəsi (NASA)-nə bağlı Chandra Rentgen rəsədxanası tərəfindən çəkilən kosmos fotoşəkilində əl formasındakı neytron ulduzlar topası başqa bir ulduz topasını tuturmuş kimi görünür. (2009)

Hədislərdə bildirilən əl ifadəsi, NASA tərəfindən “Allahın əli” olaraq adlandırılan və kosmosda baş verən göy hadisəsinin vəsilə olduğu bu görünüşə işarə edilmiş ola bilər (Doğrusunu Allah bilir).
 

30. Hz. Mehdi (ə.s)-ın İmam Rəbbani tərəfindən bildirilən yeni bir ​əlaməti də reallaşdı: Buynuzu xatırladan iki uclu ulduzun çıxışı

Vəd edilən hz. Mehdi (ə.s)-ın zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ PARLAQ BUYNUZ ÇIXAR.

(İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, s. 1184)

24 fevral 2009-ci ildə Lulin kometası dünyanın yaxınlığından keçmişdir. Elm adamlarının bu kometanın bundan sonra ancaq 1000 il sonra dünyanın yaxınlığından keçəcəyini söyləmişdilər.

 

31. Böyük iqtisadi böhranın olması

(Hz. Mehdi (ə.s)-ın zühurundan (ortaya çıxışından) əvvəl) Ticarətin durğun olması, qazancların azalması olacaq.

(Kıyamet Alametleri, s. 148)

 

 Bazarların tənəzzülü qiyamət əlamətlərindəndir. Dedim ki, “bazarların tənəzzülü nə deməkdir?” Bunlardır: “Hər kəsin qazancının azlığından  şikayətlənməsi…” (İbni Merduveyh Əbu Hüreyrə (r.ə)-dən…)

(Kıyamet Alametleri, Pamuk yayınları, s.146)

Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də Axırzamanda çox böyük iqtisadi böhranın baş qaldırmasıdır. Hədisdə insanların “az qazancı, bazarın durğun olması, işlərin zəifləməsi” kimi iqtisadi çətinliklərdən şikayətlənəcək böhran dövrünə giriləcəyi xəbər verilmişdir. 2007-ci ildə baş qaldıran və bütün dünyanı təsiri altına alan böyük iqtisadi böhran hələ də bütün şiddəti ilə davam edir.